Biz tarixin ən şərəfli anlarını yaşayırıq

 

Xalqımız tarixi günlər yaşayır: möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti özünün ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə - Vətən Müharibəsinə başlayıb. Sentyabrın 27-də təcavüzkar Ermənistanın cəbhəyanı zonada növbəti təxribatlar törətməsi nəticəsində hərbçilərimiz və əhali arasında tələfatın olması, mülki obyektlərə ciddi zərər dəyməsi ölkəmizin rəhbərliyini qəti və təsirli qərar qəbul etmək məcburiyyətində qoyub. Azərbaycan Ordusunun cəbhənin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən bölmələri müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə düşmənin atəş nöqtələrini susdurmaq üçün əks-həmlə əməliyyatlarına başlayıb. Cənab Prezidentin Fərmanı ilə sentyabrın 27-dən ölkəmizdə hərbi vəziyyət elan edilib, komendant saatı tətbiq olunur. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı Azərbaycan dövlətinin və cəmiyyətinin bu gün əsas qayəsinin, müqəddəs amalının ifadəsidir.

Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın tarixi, ermənilərin bu ərazini ələ keçirmək üçün törətdiyi münaqişə, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti barədə həqiqətlər möhtərəm cənab Prezidentin məqsədyönlü və yorulmaz səyləri nəticəsində artıq dünya ictimaiyyətinə çatdırılıb. Lakin münaqişənin başlandığı illərdə dünya bu həqiqətlərdən xəbərsiz idi və Azərbaycan haqqında yalanlar çox sürətlə yayılır, ermənilərin əzabkeş obrazı yaradılır, onların diskriminasiyaya məruz qaldıqları, hüquqlarının tapdandığı iddia edilirdi. O vaxt respublikaya rəhbərlik edən şəxslər dünya erməniliyinin bu mənfur təbliğatına qarşı hər hansı bir söz deməyə belə aciz idilər, xalqın mənafeyini düşünmür, yalnız hər vəchlə hakimiyyəti əldə saxlamağa çalışırdılar. Daxili çaxnaşmalar şiddətləndikcə, Qarabağda erməni təxribatları genişlənir, soydaşlarımız hərbi-psixoloji təzyiq və təqiblər altında öz doğma yurd-yuvalarından didərgin düşür, torpaqlarımız işğala məruz qalırdı. Həmin dövrün canlı şahidi kimi mən tam əminliklə deyirəm ki, Qarabağ torpaqlarının itirilməsində indi də Azərbaycan siyasi arenasında destabilləşdirici rol oynamaqdan əl çəkmək istəməyən Xalq Cəbhəsi və Müsavat partiyalarının bağışlanılmaz günahı vardır. Şuşanın düşmənə “hədiyyə edilməsi”nə, Kəlbəcərin, Laçının işğal altına düşməsinə, digər ərazilərimizin itirilməsi üçün zəmin yaradılmasına görə məsuliyyət Xalq Cəbhəsi hakimiyyətinin üzərində qara bir ləkə kimi qalıb. Bu gün Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin getdiyi, bütün siyasi partiyaların birləşərək, Azərbaycan Ordusunaonun Ali Baş Komandanına etimad göstərib dəstək verdiyi bir vaxtda belə bu antimilli qruplar ümumxalq mübarizəsindən kənarda dayanır, mövcud iqtidara qarşı qəzəbli, qisasçı mövqe nümayiş etdirirlər. Halbuki cənab Prezident, Ali Baş Komandanonun əmrindəki şanlı ordumuz bu gün misilsiz hünər və cəsarətlə Xalq Cəbhəsi və Müsavat partiyalarının günahı üzündən milli heysiyyətimiz üzərinə düşən ləkəni təmizləməkdə, işğalçı Ermənistana qarşı savaş aparmaqdadır. Xalqımız və dövlətimiz üçün tarixi sınağın başlandığı, ordumuzun zəfər yürüşünün genişləndiyi bir vaxtda da merkantil maraqlarını güdən bu qruplaşmalara ictimai nifrətin həddi-hüdudu yoxdur.

 

Biz otuz ilə yaxındır ki, Dağlıq Qarabağın və onun ətrafındakı rayonların Ermənistan tərəfindən işğal edilməsinin mənəvi-maddi əzabını çəkirdik. Əzəli tarixi torpaqlarımız düşmən tapdağındadır, bir milyondan çox insanımız qaçqınlıq və məcburi köçkünlük məhrumiyyətlərinə məruz qalıb. Ötən müddət ərzində atəşkəs rejiminə əməl edərək dünya güclərindən, beynəlxalq təşkilatlardan kömək gözləmişik. Ümid etmişik ki, BMT Təhlükəsizlik Şurası, Avropanın nüfuzlu təşkilatları münaqişənin sülh və danışıqlar yolu ilə nizama salınmasına, Qarabağda əmin-amanlığın bərqərar olmasına çalışacaq, təcavüzkara öz yerini göstərəcəklər. Hər dəfə münaqişənin həllinə müəyyən ümidlər yarananda Ermənistan özünün destruktiv hərəkətləri ilə danışıqlar prosesini pozub, beləliklə də, ATƏT-in Minsk Qrupunun fəaliyyətini iflic edib, bu missiyada təmsil olunan dövlətlər isə, işğalçıya qarşı heç bir təsirli tədbir görməyiblər.

 

Ermənistanın “küçə inqilabı” nəticəsində hakimiyyətə gələn yeni rəhbərliyi nəinki sülhyaratma prosesinin əvvəlcə ləngidilməsinə, sonra da tamamilə dayandırılmasına nail olub, üstəlik, “yeni ərazilər üçün yeni müharibə” niyyətinə düşərək, Azərbaycanla hədə-qorxu dilində danışmağa, işğal edilmiş torpaqları özününküləşdirmək istiqamətində addımlar atmağa başlayıb. Mənfur və savadsız Nikol Paşinyanın Baş nazir vəsifəsində olduğu müddətdə, tam əminliklə deyə bilərəm ki, Ermənistan məhz yeni müharibəyə hazırlaşıb, bunun üçün nəinki ideoloji əsaslar formalaşdırıb, həm də Qarabağda hərbi potensialını artırıb. Möhtərəm Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin bu niyyət və məqsədlərini beynəlxalq ictimaiyyət, dünya birliyi qarşısında ifşa etdi. Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” sayıqlamasına özünün qətiyyətli “Qarabağ Azərbaycandır, nida” sözləri ilə cavab verən dövlətimizin başçısı Azərbaycanın öz suverenliyini qoruyacağını, ərazi bütövlüyünü bərpa edəcəyini, tarixi ərazilərini işğaldan mütləq qurtaracağını bildirdisözünün üstündə də durdu.

 

On gündür ki, şanlı ordumuz azadlıq mücadiləsini inamla və zəfərlə davam etdirir. Ermənistanın on illər boyu möhkəmləndirdiyi hərbi istehkamlar, işğalçı qüvvələrin alınmaz saydığı özünümüdafiə məntəqələri, müxtəlif silahlarla dolu cəbbəxanalar qısa müddətdə darmadağın edilib. Ağır məğlubiyyətlə üzləşən düşmən təşviş və qorxu içərisində geri çəkilməklə yanaşı, özünə yenə havadarlar axtarır, şeytani hiyləgərliklə üçüncü dövlətləri münaqişəyə cəlb etməyə cəhd göstərir. Hələ iki ay bundan əvvəl, Tovuz istiqamətində Ermənistanın hərbi təxribatının qarşısı alındıqdan bir neçə gün sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə keçirdiyi görüşdə möhtərəm Prezidentin işğalçı ölkəyə çağırışını hamımız yaxşı xatırlayırıq. Dövlətimizin başçısı qətiyyətlə demişdi: “Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”. Biz tarixən formalaşmış və bu gün daha da eybəcər şəkil alan erməni xislətindən yaxşı xəbərdarıq: onlar qabaq-qabağa döyüşdən qorxub qaçır, çətinə düşən kimi qadınları, qocaları, uşaqları irəli verir, sonra da özlərinin məzlumluqları barədə əfsanələr uydurub, dünyaya yayırlar. Onlar ləyaqətlə məğlub olmağı da bacarmayan qorxaqlardır. Bu gün Paşinyanın döymədiyi qapı, yalvarmadığı dünya lideri qalmayıb. Təbii ki, dünya erməniliyi təşvişdə və Azərbaycana qarşı düşmənçilik fəaliyyətini genişləndirməkdədir. İşğalçıya himayədarlıq etmək istəyənlər yenə var: Fransa prezidentinin açıq-aşkar yalanlara söykənən bəyanatları bizim haqq işimizə kölgə salmağa çalışır. Lakin Azərbaycan dövləti, xalqımız da öz mübarizəsində tək deyildir. Qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi və dünyadakı nüfuzu bizim üçün çox dəyərlidir Pakistan, İsrail, Ukrayna kimi dövlətlər Azərbaycanın haqq işini müdafiə edirlər. Azərbaycan öz tarixi ərazilərinin danışıqlar yolu ilə deyil, vətən uğrunda canını qurban verən qəhrəman oğullarının qanı bahasına addım-addım geri alır. Cənab Prezident, Ali Baş Komandan döyüş meydanında sərkərdəlik istedadını nümayiş etdirməklə yanaşı, dünya siyasətinin nəhəngləri ilə diplomatik mübarizəni də uğurla aparır, onun əmrində olan əsgər, gizir və zabitlərimiz isə ağır, sarsıdıcı zərbələri ilə düşməni diz çökdürürlər. Prezident xalqa müraciətində deyib: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”. Xalqımız işğalçılarla mübarizəyə tam səfərbərdir: yüksək döyüş hazırlığı və maddi-texniki təchizatı olan ordumuz var, ölkədə qismən səfərbərlik elan edilib, döyüşə könüllü getmək istəyənlərin isə sayı-hesabı yoxdur. İki milyon əhalisi olanQarabağa xaricdən terrorçu dəstələr gətirən Ermənistandan fərqli olaraq biz yalnız öz qüvvəmizlə döyüş aparırıq. Cənab Prezidentin sözləri ilə desək, biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.

 

Bu günlərdə bütün xalqımız kimi mən də özümü çox xoşbəxt hiss edirəm. Allah-Təala bizə bu günü - Qarabağda müqəddəs müharibənin başlanmasını və torpaqlarımızın işğaldan qurtarılmasını görməyi qismət edib. İndi həyatda olan biz Milli Qəhrəmanlar hamımız bu sınaq günlərində rəşadətli ordumuzun yanında, Ali Baş Komandanın əmrindəyik. Biz bir-birimizlə müntəzəm əlaqə saxlayırıq, əsgər və zabitlərimizə dəstək olmaq üçün ön cəbhəyə getmək, yeri gəlsə, düşmənlə açıq döyüşə girmək istəyindəyik.

 

Mənim üçün bu müqəddəs müharibə həm də Müdafiə Sənayesi naziri kimi ömrümün çox məsuliyyətli və şərəfli bir səhifəsidir. Düşmən üzərində tam üstünlüyə malik olan silahlı qüvvələrimizin silah-sursat arsenalının möhkəmləndirilməsində, ordumuzun yeni, müasir texnikadöyüş vasitələri ilə təchiz olunmasında milli müdafiə sənayemizin böyük və əvəzedilməz rolu vardır.

 

Məlum olduğu kimi, Müdafiə Sənayesi Nazirliyi möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Silahlı Qüvvələrimizin tələbatlarının ödənilməsi məqsədilə nazirliyin birlik və müəssisələrində ən müasiryeni tipli silah və hərbi texnikalar, müdafiə təyinatlı məmulatlar istehsal edilir, onların modernləşdirilməsi, təmiri və utilizasiyası işləri yerinə yetirilir. Hazırda nazirliyin tabeliyindəki birlik və müəssisələr tərəfindən 2000-dən çox silah və hərbi texnika, aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılması ilə yanaşı, mənimsənilməsi də həyata keçirilir. Mütəxəssislərimiz Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silahdöyüş sursatlarının həm istehsalçı müəssisədə stendlər üzərində, həm də hərbi poliqonlarda döyüş şəraitinə maksimum uyğunluğu ilə bağlı sınaqlar keçirlər. Hərbi hissələrimiz müəyyən olunmuş qaydada bu silahsursatla təchiz edilir. Eyni zamanda, texniki-konstruktor işlərinin aparılması və başa çatdırılması ilə əlaqədar real döyüş şəraitində məmulatların taktiki-texniki göstəricilərinin yüksəldilməsi məqsədilə, Silahlı Qüvvələrin texniki tələblərinə əsasən, müəyyən sınaqlar keçirilir, iradnöqsanlar qeydə alınaraq dərhal istehsalçı müəssisələrdə aradan qaldırılır.

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrini dəstəkləmək məqsədilə nazirliyin birlik və müəssisələri fasiləsiz rejiminə keçirilib. İstehsal edilmiş müdafiə təyinatlı məmulatlar hazır məhsul anbarlarında kifayət qədərdir. Təmir və bərpa işlərinin vaxtında və operativ şəkildə icrasını təmin etmək məqsədilə döyüş zonalarının yaxınlığında müvafiq təmir bazaları və sahələri təşkil edilərək, gecə-gündüz onların fəaliyyəti təmin olunur.

 

Ordumuzun zəfər yürüşü davam edir. Xalqımızın mübarizə əzmi yenilməz, hərbçilərimizin döyüş ruhu yüksəkdir. Düşmən sarsıdılıb və qorxaqcasına geri çəkilir, bu zaman öz silah-sursatını, döyüş texnikasını qoyub qaçır.

 

İşğaldan azad edilən ərazilərimizin coğrafiyası genişlənir. İstər Murov dağı, istər Ağdərə-Xocavənd, istərsə də Füzuli-Cəbrayıl istiqamətində çox böyük uğurlarımız var. Düşmənin Xankəndi və Şuşada yerləşən hərbi strukturlarına ağır zərbələr vurulur. Mən hərbi uğurlarımız haqqında geniş məlumat vermək istəmirəm. Müdafiə Nazirliyi ölkə ictimaiyyətini müntəzəm məlumatlandırır. Zəfərlərimizin sorağını isə xalqımız cənab Prezidentin sosial şəbəkələrdəki paylaşımlarından, xalqa müraciətlərindən və kütləvi informasiya vasitələrinə müsahibələrindən alır.

 

Ulu öndərimiz Heydər Əliyevin şərəfli ömrünün son anında xalqımıza müraciətindəki cənab İlham Əliyevlə bağlı müdrik və uzaqgörən fikirlərini xatırlayaq. Ümummilli liderimiz tam əminliklə bildirirdi ki, cənab İlham Əliyev onun başladığı işləri mütləq başa çatdıracaqdır. Mən bu gün ulu öndərimizin xatirəsini dərin ehtiramla anıb, ona rəhmət diləməklə deyə bilirəm ki, Qarabağın işğaldan azad edilməsinin təməli məhz xalqımızın bu dahi oğlu tərəfindən - müstəqil dövlətçiliyimizin qurtuluşu və möhkəmləndirilməsi, daxili əmin-amanlığın təmin olunması və ölkəmizin inkişaf yoluna çıxarılması ilə qoyulub. Müdrik Prezidentimiz, Ali Baş Komandanımız isə bu yolu qətiyyətlə davam etdirərək Azərbaycanın ərazi bütövlüyünü təmin edir, torpaqlarımızı işğaldan azad etməklə öz adını xalqımızın tarixinə qızıl hərflərlə yazdırır.

 

Bu kiçik qeydləri möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətindən götürdüyüm bu sitatla bitirmək istəyirəm: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruqbundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

 

 

Mədət QULİYEV,

Azərbaycanın Milli Qəhrəmanı,

Azərbaycan Respublikasının

Müdafiə Sənayesi naziri.       

 

Respublika.- 2020.- 7 oktyabr.- S.4.