SUQOVUŞAN

 

Hörmətli Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin “Suqovuşan” tarixi adının bərpa edilməsini onun öz dilindən eşidəndə təsirləndim...

 

Əzəldən şad xəbər təşnəsiyəm mən,

Könlümdən keçənlər başıma gəldi.

Haqqın, ədalətin gur səsiyəm mən,

Otuz il keçsə də, tuşuma gəldi.

 

 

 

Şükür, bu günügördüm, ölmədim,

Aləmdi, ürəyə ümid dolanda.

Gecə sevincimdən yata bilmədim,

Cəbrayıl düşməndən azad olanda.

 

 

 

Göylər əsirgəməz yağışın, qarın,

Torpaq əkiləcək, biçin başlayar.

Həsrətdən gözləri saralanların,

Doğma yurdlarına köçü başlayar.

 

 

 

Qoyular hər əməl, hər yerinə,

Ürəklər dil açır, qəm sovuşanda.

Bir azdan dönəcək görüş yerinə,

Sevənlər görüşər “Suqovuşanda.

 

 

 

Neçə arzusu var qəlbdə hərənin,

Yurduna dönənlər hallı gedəcək.

Açılar çöhrəsi dağın, dərənin,

Buludlar göylərdə yallı gedəcək.

 

 

 

Alışır yenə də sönən sobamız,

Açılıb zamanın həqiqət gözü.

Sevincə bələnib bu el-obamız,

Vətən ətirlidir qələbə sözü.

 

Fəxrəddin TEYYUB.