Müstəqilliyimiz daha da möhkəmlənəcək, bütün torpaqlarımız işğaldan azad olunacaq

 

Bu gün Azərbaycan güclü, qətiyyətli mövqe nümayiş etdirən müstəqil dövlətdir. Keçdiyimiz yol, bu yolda qarşımıza çıxan maneələr, müsəqillik arzusunu boğa bilmədi. Çünki Azərbaycan sadəcə sözdə azad olmadı, real işdə, dövlət quruculuğunda müstəqillik yolunda inamla addımlayan ölkə olduğunu dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev dövlətin suverenliyini tam təmin edən mükəmməl siyasi kurs həyata keçirdi, Prezident İlham Əliyev onu inkişaf etdirərək, yeni uğurlara imza atdı. Milli maraqlar, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu uğurla davam etdirdi.

 

 

 

Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18- də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 29 il keçir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himnigerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri - dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır. 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadisosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasiiqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasiiqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslandıraraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl müharibəni dayandırmaq və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı. Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadisiyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20- də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Bununla da Azərbaycanda yeni mərhələnin əsası qoyuldu. Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Bu gün ulu öndərin bizlərə əmanət qoyduğu güclü Azərbaycan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır və dünyanın diqqətini özünə cəlb edir. İlham Əliyev Azərbaycanın inkişafı haqqında qeyd etmişdir: “Bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir”. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Dünyada hər bir ölkənin əsas göstəricisi və gücü ilk növbədə onun iqtisadi vəziyyəti ilə ölçülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, ölkəmizi davamlı tərəqqiyə aparan müstəqil siyasət nəticəsində iqtisadi sahədə də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısının innovasiyayönümlü, yüksək rəqabət qabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb. Təsadüfi deyildir ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb, dünyada maraqla qarşılanan iqtisadi inkişafın Azərbaycan modeli formalaşıb. Yaradılmış makroiqtisadi sabitlik, Azərbaycanın qlobal çağırışlara hazır olması, iqtisadiyyatın davamlı inkişafı və diversifikasiyası, güclü iqtisadi potensial, sistemli islahatlar, biznesinvestisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sayəsində ölkə iqtisadiyyatı 2008-ci ildə başlayan qlobal iqtisadi böhranı, sonrakı dövrlərdə dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ iqtisadi prosesləri kifayət qədər hazırlıqla qarşılayıb, bütün neqativ təsirləri minimuma endirməyə, qlobal maliyyə-iqtisadi böhran şəraitində belə, bir sıra ölkələrdən fərqli olaraq, sosial-iqtisadi inkişafa nail ola bilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş, başlıca məqsədi uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi resursları nəzərə alınmaqla mütərəqqi dünya təcrübəsi əsasında davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə yüksək sosial rifaha çatmaq olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ, bilik iqtisadiyyatının formalaşması, ixracın diversifikasiyası, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin daha da artırılması, investisiyaların cəlb edilməsi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqiiqtisadi zəmin yaradır. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlikiqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır. Qərb siyasi dairələri də etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkünsüzdür. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Ermənistanda isə vəziyyət getdikcə pisləşir və işğalçı ölkənin diplomatik uğursuzluqları, rəhbərliyin səriştəsiz yanaşmaları ölkəni iflic vəziyyətinə salıb. Azərbaycan işğalçı siyasətinə görə Ermənistanı bütün transmilli layihələrdən kənarda saxlayır, onu ağır sosial- iqtisadi duruma salır. Bu faktın özü də Azərbaycan Prezidentinin həyata keçirdiyi balanslı xarici siyasətin ən uğurlu məqamlarından biridir. Dövlət başçısının apardığı siyasi mübarizəyə əsaslanan diplomatiya nəticəsində erməni saxtakarlığı dünya səviyyəsində ifşa edilir və nəticə etibarilə bir sıra dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar və terrora rəvac verən bir dövlət kimi tanıyırlar. Eyni zamanda, ölkə rəhbərliyinin xarici siyasətdə məhz xalqımızın milli mənafeyinə xidmət edən diplomatiyası, qətiyyətli mövqeyi dünya tərəfindən qəbul edilir və gələcək bugünkü uğurlarının təminatına çevrilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı şəkildə dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, regional liderə çevrilməyə müvəffəq olmuşdur. Hazırda hər hansı bir regional məsələlər Azərbaycanla konstruktiv əməkdaşlıq aparmadan mümkün deyil. Dövlətimiz öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regional, qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi, siyasi imkanlarından məharətlə istifadə edirregionda lider, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü fəaliyyəti dövlət müstəqilliyinin möhkəmləndirilməsini, eyni zamanda güclü liderin həyata keçirdiyi strategiya ölkəmizin bütün sahələrdə yüksək uğur qazanmasını təmin edir.

 

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra sürətli inkişaf yoluna qədəm qoymuş, hüquqi dünyəvi və demokratik dövlət quruculuğuna start verilmişdir. 1991-ci ildə müstəqillik yolunda ilk addımlarını atan ölkəmiz Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdır. Yalnız ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə bütün sahələrlə bərabər ordu quruculuğuna xüsusi diqqət yetirildi, nizami ordu yaradıldı. Ordunun maddi-texniki bazası gücləndirildi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu istiqamətindəki həyata keçirdiyi işləri uğurla davam etdirərək Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında olması üçün mühüm tədbirlər həyata keçirdi, yüksək döyüş ruhu ilə seçilən öz ərazi bütövlüyünü təmin etməyə qadir, ən müasir silahlarla təchiz olunmuş ordu yaratdı. Cənab Prezident bu barədə danışarkən fəxrlə qeyd edir ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında demişdir: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirirbu əməliyyat davam edir.Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir”.

 

Cəmi bir neçə gün ərzində də önəmli yüksəkliklər işğaldan azad edilmiş, nəzarətə götürülmüşdür. Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilmişdir. Məhv edilən, sıradan çıxarılan hərbi texnikanın, silah-sursatın isə sayı- hesabı yoxdur. Artıq Azərbaycan Ordusu dayanmaq fikrində deyil, o, Qarabağı, işğal olunmuş torpaqlarımızı son qarışınacan azad etmək əzmində, qüdrətində və qərarındadır. Onu bu yoldan, Haqq savaşından heç kimheç nə dayandıra bilməz və bilməyəcək. Qələbə, Zəfər Azərbaycanla, Azərbaycan Ordusu ilədir.

 

Son hadisələr Prezident-xalq-ordu birliyini bir daha nümayiş etdirir. Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq! Bu əks-hücum əməliyyatı, eyni zamanda, insanlarda Vətənə bağlılığı, illərdən bəri işğal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi deməkdir. Möhtərəm Prezidentimiz daim bəyan edir ki, Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin təbliği onların ideoloji fəaliyyətinin əsasını təşkil etməli, azərbaycançılıq məfkurəsinə söykənməlidir.

 

Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq. Möhtərəm Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Təbii ki, hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün təkmil islahatlar həyata keçirən, ən əsası Azərbaycanın sözünü imzası qədər dəyərli edən ölkə Prezidentinə milyonların sevgisi, dəstəyi şəksizdir. Xalq-iqtidar birliyi fonunda hər bir çətinlik dəf edilir, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur. Daim inkişafın, tərəqqinin, özünə diqqət və qayğının şahidi olan xalqın dövlətinə, Prezidentinə inamı şəksizdir. Xalqın öz rəhbərinə inamının böyük olduğu ölkədə dövlət başçısına milyonların sevgisi danılmazdır. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında xalqa arxalandığını bəyan edərək, irəli sürülən təşəbbüslərin ölkə əhalisi tərəfindən dəstəklənməsinin davamlı uğurlara yol açdığını diqqətə çatdırır: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.

 

Ali Baş Komandanımız Azərbaycan Prezidentinə bütün Cəbrayıl əhalisi adından bu sevinci bizə bəxş etdiyinizə görə öz minnətdarlığımızı bildiririk və əminik ki, bütün işğal altında olan torpaqlarımız öz azadlığına qovuşacaq, Dağlıq Qarabağ və digər rayonlarımız da yağı düşmənin tapdağından azad ediləcək. Böyüyüb boya-başa çatdığım, dədə-baba torpağımız olan Cəbrayıla qayıtmaq arzusu ilə yaşamış o günün çin olacağına qəti inam hissi ilə yaşamışam. Vətən həsrətinə son qoyulub, bu gün yurd həsrətində olan ürəklərimiz nəhayət ki, yüngülləşir. Artıq qələbə günlərinin sevinci ilə yaşayırıq. Var olsun Azərbaycan! Yaşasın Şanlı Ordumuz, qəhrəman, mərd və igid əsgərlərimiz.

 

Övladlarımız igid bir xalqın cəsarətli oğulları kimi cəbhədə vuruşduqca qürur duyuruq. “Hər şeydən keçilər Vətəndən keçilməz” deyirik. Azərbaycan, onun övladları Vətən müharibəsi aparır, Vətən uğrunda şəhid olur. İşğal altında olan torpaqlarımızın azad olunması, şəhidlərimizin ruhu qarşısında borcumuzun yerinə yetirilməsi deməkdir. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə və inamla bildirir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bəlkə indiyədək Azərbaycan dilində özünəməxsus missiyası olan nida işarəsi heç bir zaman belə qətiyyətli görünməyib. Çünki Qarabağ Azərbaycandır! hökmü ölkə rəhbərinin dilində israrla, qətiyyətlə, inamla təsdiq edilir!

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində demişdir: “...Azərbaycan Ordusu demək olar ki, hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

 

Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işğalçılardan azad edildi. Onu da deyim ki, həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq bizim nəzarətimizdədir.

 

Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, - əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardan azad edilmişdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir”.

 

Azərbaycan xalqı Prezidentinə, Dövlətinə, Ordusuna güvənir. Hər bir Azərbaycan vətəndaşı silaha sarılıb işğal altında olan torpaqlarımızı azad etmək üçün səfərbər olmağa hazırdır. Torpaqlarımızın işğaldan azad olacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır! Uzun illər bu qələbənin intizarı, həsrəti ilə yaşayanöz ülvi arzusuna çatmaq ərəfəsində olan xalqımız xoşbəxtdir!

 

Bir məqamı da xüsusilə vurğulamaq istərdim ki, xalqımızın, yenilməz və rəşadətli ordumuzun respublikamızın ərazi bütövlüyünün təmin olunması məqsədilə atılan addımlarda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Silahlı Qüvvələrimizə böyük dəstək nümayiş etdirir.

 

Müstəqil Azərbaycan heç vaxt ərazi bütövlüyünü bərpa etmək, əzəli torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad edəcək. Dövlət-xalq-ordu birliyi sayəsində Azərbaycan bayrağı Şuşada dalğalanacaq!

 

Ceyhun MƏMMƏDOV,

 

millət vəkili.

 

Respublika.- 2020.- 17 oktyabr.- S.9.