Üzeyir musiqisi xalqın mədəniyyət abidəsidir

 

18 sentyabr - dahi Azərbaycan bəstəkarı və musiqişünası, milli bəstəkarlıq məktəbinin banisi, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Şərqdə ilk opera və musiqili komediyaların yaradıcısı, böyük mütəfəkkir alim, pedaqoq, dramaturq, publisist, musiqi-ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü - ölkəmizdə musiqi bayramı kimi qeyd olunur.

Vaxt-zaman yaradıcı varlığa öz qiymətini verərək, tarixə həkk edir və süzgəcindən keçirərək varlığın abidəsinə çevirir. Üzeyir bəy Hacıbəyli məfhumu xalqın mənəvi dühası, dəyəri və estetik simvoluna çevrilərək, nəsillərin ürəyinin döyüntüsü, həyatın mənəvi işığı və ana laylayı sədasıdır. Üzeyir Hacıbəyli Azərbaycan xalqının səs dühasının milli sərvəti olaraq, təbiət tərəfindən nəsillərə daimi əmanət, ruhi qida, qüdrətli dua kimi verilərək, qaranlıqdan işığa yol açmışdır.

Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyev Üzeyir bəy haqqında belə bir fikir söyləmişdir: “Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.

Azərbaycan Respublikası PrezidentininÜzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Bunun da böyük mədəni və tarixi əhəmiyyəti vardır. Bu, Üzeyir Hacıbəylinin adının və irsinin əbədiləşdirilməsi, qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi yolunda atılan mühüm addımdır və uzun illərdir ki, “Üzeyir Musiqi Günü” xalqımız və musiqi ictimaiyyətimiz üçün möhtəşəm bir bayrama çevrilir.

Üzeyir Hacıbəylinin musiqi təfəkkürü fəlsəfi mədəniyyəti milli xüsusiyyətlərlə zənginləşdirmiş, muğam sənətinin mənbələrindən qaynaqlanaraq, bəşəri mədəniyyət səviyyəsinə qaldırmış və örnək olaraq, milli professionalxalq musiqisinin inkişafı üçün daimi üfüq olmuşdur. O, Azərbaycan musiqisi üçün yeni yollar açmışdır. Üzeyir bəy muğam sənətinə əsaslanaraq, onun köklərindən qidalanaraq, Avropa klassik musiqisinin formalarına söykənərək, möhtəşəm əsərlər yaradıb, əbədi məhəbbət poeması “Leyli və Məcnun”dan milli qəhramanlıq dastanı “Koroğluya qədər opera sənətinin zirvəsinə çatmışdır. Üzeyir bəyin yaradıcılığı xalqımızın qüdrətli iradəsinin ən parlaq nümunəsi kimi, daimiyaşar əsərlərilə gələcək bəstəkarlar nəslinə örnək olmuşdur. Onun milli-mənəvi ruhda yaratdığı əsərlər nəinki milli zəmində, eləcə də dünyanın bir çox ölkələrində bəşəri sənət nümunəsi olaraq qəbul olundu.

XX əsrin əvvəlində Üzeyir bəy öz fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin, insanların yeni ictimai şüurunun formalaşmasına təkan verdi. Orta məktəb üçün Azərbaycan dilində dərsliklərin müəllifi, maarifçi-publisist olması, mötəbər dramaturji təfəkkürü, müəllimlik ustadlığı, dahi bəstəkar olması, dünya elmlərinə yiyələnməsi bizə imkan verir ki, Üzeyir Hacıbəylini bəşəri fəlsəfi təfəkkürlü dahi insan adlandıraq.

Üzeyir Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqına 1936-cı ildən ömrünün sonuna kimi rəhbərlik etmiş, bütöv bir bəstəkar nəslinin yetişməsində müstəsna rol oynamışdır. O, Bəstəkarlar İttifaqının yaradılma məqsədi və fəaliyyətinin istiqamətlərini özündə əks etdirən Nizamnaməni tərtib etmişmilli musiqimizin yüksək tərəqqisini təmin edən bir təşkilat kimi təşəkkülü və formalaşmasının əsasını qoymuşdur.

Üzeyir bəy Azərbaycan xalqının estetik zövqünə, sevgi-məhəbbətinə, tarixi ruhuna işıq saçaraq, xalqımızın dünyagörüşünü həyatın reallıqları əsasında, yeni dramaturji baxışlarla - mətn, musiqi dünyası, varlıq və həyatla uyğunlaşdıraraq, muğam əsasında yeni duyğularla xalqın mənəvi dünyasını əks etdirən əsərlər yaratmışdır. Bu əsərlər ölməz bədii obrazlar, dramaturji mətnlər, milli folklorun ən təsiredici süjetləri, insanları özünə cəlb edən sadə, xalq dilində, əməlində, obrazların psixoloji durumunda milli adət-ənənələrini özündə ehtiva edən elementlərlə insanı heyrətləndirir. Bu əsərlərdəki dramaturji bağlantılar - musiqi səslərilə insanları özünə nəinki cəlb edir, musiqinin qüdrətli sədaları ilə, insanların daxili dünyasını əks etdirir, sanki ana bətnindən gələrək, daim gözəl hisslər dünyasını yaradaraq, özününküləşdirib, hiss və qəlblərinə, təbii varlığının daxilinə hopdurmuş olur.

Üzeyir Hacıbəyli fenomeninin nadir bədii istedadı Azərbaycan xalqının mənəvi varlığını dərk edib, ondan zövq almaq, xalqın özünün daxili duyğularının estetik cəhətdən bütün incəliklərilə hiss etmək, sevmək və daxildən qəbul edərək, milli müdrikliyin zirvəsinə yüksələrək, hər bir insana o hissləri yaşamaq imkanı verir.

Üzeyir bəy Hacıbəylinin “Arşın mal alanmusiqili komediyasının mükəmməl mətni və musiqisi tək milli zəmində estetik gözəlliyi ilə yox, həm də bəşəri mənası ilə valeh edir. Əsərdə mətn və musiqinin ahəngi böyük cazibə qüvvəsinə malik qüdrətli, zövqlü, hissiyyatlı, psixoloji bağlantıların vəhdətini yaradır.

Üzeyir bəyin yaradıcılığında, onun hər bir dahiyanə əsərində olduğu kimi, “O olmasın, bu olsun” (“Məşədi İbad”) musiqili komediyasında - bəşəri anlamda sevgi-məhəbbət aşıb daşır. Lakin xarakter, ünsiyyət, yaş xüsusiyyəti, maddi maraqlar bir-birinə qovuşaraq yeni münasibətlər yaradır - sosioloji, psixoloji, mənəvi, maddibaşqa amillər birləşərək komik dramaya çevrilir. Hər bir istedad sahibi özünəxas olan tərzdə, mədəni-maddi və psixoloji amillərdən istifadə edərək, vaxtın, zamanın tələblərinə uyğun süjetlərini quraraq, istedadına, mühitinə uyğunlaşdıraraq, yeni bir hadisəni həyata gətirir. Yenə də hər hansı bir bədii əsərin yaranmasında müəllifin istedadı, intellekti, vaxtı, zamanı, məqsəd məqamı əsas rol oynayır.

Üzeyir bəyin yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin inkişafı üçün təkanverici qüvvə olmaqla yanaşı, eyni zamanda, musiqi həyatımızı zənginləşdirən, milli musiqimizin dünyada tanıdılmasına rəvac verən əsas amildir. Üzeyir irsinin qorunması və təbliği də musiqi ictimaiyyətimizin ən böyük amalıdır. Müasir dövrdə Azərbaycan dövlətinin dəstəyi və Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildən başlayaraq hər il Üzeyir Hacıbəylinin adı ilə bağlı beynəlxalq musiqi festivallarının keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu möhtəşəm festivalın işində azərbaycanlı musiqiçilərlə bərabər, bir çox xarici ölkələrdən olan ifaçılar da iştrak edir. Festivallar çərçivəsində əsas tədbirlər Bakıda baş tutur, bununla yanaşı, ölkənin bir neçə şəhərində tədbirlər təşkil olunur. Festival zamanı konsertlərlə yanaşı, Üzeyir Hacıbəylinin əsərləri əsasında teatr tamaşaları da nümayiş olunur, dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar keçirilir. Bir sözlə, Üzeyir musiqisi ilə təmas xalqımıza əsl musiqi bayramı ab-havası yaşadır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirilib. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuşÜzeyir dünyası” layihəsi işıq üzü görüb. Həmin nəşrə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alanmusiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. “Üzeyir dünyası” layihəsinin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun Sülh artisti, Azərbaycanın Xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə Üzeyir bəyin əsərlərinin bərpası və yenidən nəşri, yeni səhnə quruluşlarının yaradılması ilə bağlı böyük işlər görülür. Bütün bunlar Üzeyir Hacıbəyli yaradıcılığına verilən dəyərin təzahürləridir. Onu da qeyd edək ki, Üzeyir Hacıbəylinin adını daim yaşadan Azərbaycan Bəstəkarlar İttifaqı, Bakı Musiqi Akademiyası və digər musiqi ocaqları bütün bu tədbirlərin ən fəal iştirakçısı olubbu günÜzeyir musiqisinin yaşamasına, qorunmasına və təbliğinə böyük töhfələr verir.

135 il keçsə də Üzeyir bəy Hacıbəylinin yaradıcılığı daimiyaşar mahiyyəti, xalqları birləşdirən, bəşəri dəyəri ilə Azərbaycan xalqına, ədəbi-bədii varlığına ruh verir. Üzeyir bəy öz mötəbər ziyalı dostları ilə birlikdə vətəninə, xalqına, sözün əsl mənasında, fədakarlıqla əmək sərf etmişdir. Üzeyir bəy Hacıbəylinin tarixi şəxsiyyət olaraq həyat fəaliyyəti sonsuz iz qoyaraq gələcək tariximizdə yaşayacaqdır.

 

Mina HACIYEVA,

fəsləfə elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 18 sentyabr.- S.4.