Uğurlar daha yaxşı işləməyə ruhlandırır

 

Tarixə qovuşmuş 2019-cu il Xaçmaz Regional Mədəniyyət İdarəsi üçün uğurla başa çatmışdır. Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonlarının mədəniyyət müəssisələrini əhatə edən regional idarə ötən il bir-birindən maraqlı tədbirlər həyata keçirmişdir. Əhalinin asudə vaxtının səmərəli təşkili, mədəniyyət xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, mədəni irsin təbliği istiqamətində işlər davam etdirilmişdir. Regional idarə keçirilən respublika əhəmiyyətli tədbirlərdə fəal iştirak etməklə bərabər, bir sıra yüksək səviyyəli tədbirlərə ev sahibliyietmişdir. Keçirilən müsabiqələr, görüşlər, konsertlər, oxu bayramları, festivallar, sərgilər və yubiley tədbirlərində on minlərlə tamaşaçı, dinləyici iştirak etmişdir. İlboyu görülmüş işlər barədə məlumat verən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev deyir ki, yola saldığımız 2019-cu il bütövlükdə idarəmiz üçün bir sıra mühüm tədbirlərlə yaddaqalan olmuşdur. Öz fəaliyyətlərini ildən-ilə təkmilləşdirən, daha maraqlı, daha çevik formalarından bacarıqla istifadə edən mədəniyyət müəssisələrimiz xidmətin səviyyəsini daha da yüksəltməyə çalışmışlar. Mədəniyyət kollektivləri daha çox oxucu zövqünü oxşayan, günün tələblərinə cavab verən yeni forma və metodlarına üstünlük vermişlər.

Ötən il ölkəmizin ictimai-siyasi həyatında çox böyüktarixi hadisə olan mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi mədəniyyət ocaqlarında möhtəşəm tədbirlərlə qeyd olunmuşdur. Məlum olduğu kimi, 2019-cu il möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Nəsimi ilielan olunmuşdur. “Nəsimi ili” çərçivəsində mədəni-maarif müəssisələrində silsilə tədbirlər həyata keçirilmişdir. Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şabran Rayon Mədəniyyət Mərkəzində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı tədbir keçirilmiş, Şabran Xalq teatrı dahi şairə həsr etdiyi son dərəcə maraqlı tamaşa nümayiş etdirmişdir. “İstedadlar sorağında” müsabiqəsinin laureatlarının kompozisiya şəklində çıxışları dinlənilmişdir. İl çərçivəsində Xaçmaz Rayon Mərkəzi Kitabxanası tərəfindən “Bu cahana sığmayan şair” adlı “dəyirmi masa”, Şəxsiyyətlər muzeyində rayon Mərkəzi kitabxanası tərəfindən Nəsiminin yaradıcılığına həsr olunmuş mütaliə həftəsi, Quba rayon Heydər Əliyev Mərkəzində, Mədəniyyət mərkəzində və rayon Mərkəzi kitabxanasında dahi şairə həsr olunmuş ədəbi-bədii gecələr keçirilmişdir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən, geniş tamaşaçı kütləsinin iştirak etdiyi “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının növbəti ev sahibliyini Xaçmaz rayonu etmişdir. Festival şəhərin Heydər Əliyev parkında möhtəşəm bayram tədbiri kimi yadda qalmışdır. Burada şimal regionunun mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin çıxışları və qədim sənət nümunələrini yaradanyaşadan sənətkarların əl işlərindən ibarət sərgilər festival iştirakçılarının dərin marağına səbəb olmuşdur.

Ənənəvi “Oxu bayramı” da kitabsevərlərin həvəslə qoşulduğu mədəni-kütləvi tədbirlərdəndir. Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuşOxu bayramı” keçirilmişdir. Keçirilən tədbirlərdə il ərzində ən çox kitab oxuyan şəxslər nominasiyalar üzrə regional idarə tərəfindən pul mükafatları, müxtəlif hədiyyələr və fəxri fərmanlar ilə təltif olunmuşdur.

“UNESCO”nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində də regionun mədəniyyət müəssisələrində bir-birindən maraqlı tədbirlər həyata keçirilmişdir. Sessiya çərçivəsində Xaçmaz Heydər Əliyev Mərkəzində “Tanıtım” layihəsi əsasında dekorativ-tətbiqi sənət ustası Arzu Zeynalovanın “Sehrli ilmələrin cazibəsində” adlı fərdi sərgisinin açılış mərasimi, Xaçmaz rayon Mədəniyyət Mərkəzində isə “UNESCO - dünya mədəni irsinin müdafiəçisidir” adlı dəyirmi masa keçirilmişdir.

Ötən ilin möhtəşəm tədbirlərindən biriQuba şəhərinin Nizami parkında Mədəniyyət Nazirliyi, Dövlət Turizm AgentliyiQuba Rayon İcra Hakimiyyətinin dəstəyi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba Destinasiya Menecmenti Təşkilatı, KiçikOrta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı və təşkilatçılığı ilə araya-ərsəyə gələn turizm festivalı olmuşdur. Burada yerliregional icma nümayəndələrinin, region istehsalçılarının və turizm sahəsi peşəkarlarının məhsulları nümayiş olunmuşdur.

18 sentyabrMilli musiqi günü” hər il olduğu kimi, ötən ilregionda geniş surətdə qeyd olunmuşdur. Quba Uşaq Musiqi, Quba Uşaq İncəsənət, Xaçmaz Uşaq Musiqi, Xaçmaz Uşaq İncəsənət məktəbi, Xudat Uşaq Musiqi məktəbi, Qusar Uşaq İncəsənət, Şabran Uşaq Musiqi və Siyəzən Uşaq İncəsənət məktəblərinin birgə təşkilatçılığı ilə dahi Üzeyir bəyin əsərlərindən və milli musiqimizin digər nümunələrindən ibarət geniş konsert proqramları təşkil olunmuşdur. Xaçmaz rayon Mədəniyyət Mərkəzində regional Mədəniyyət İdarəsi və Yeni Azərbaycan Patiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “İstedadlar sorağında” müsabiqəsinə yekun vurulmuş, ilk seçim turunda uğur qazanmış iştirakçıların altı nominasiya üzrə: bədii qiraət və şeir, aparıcı, musiqi alətləri ifaçısı, rəqs ifaçılığı və aktyorluq bacarığı çıxışları nümayiş etdirilib.

Ötən ilin ən böyük uğurlarından biri III Respublika Xalq teatrları festivalının final mərhələsində Şabran rayon Xalq teatrının iştirak etməsi və birinci yerə layiq görülməsidir. Xatırladaq ki, teatrın təqdimatında Xalq yazıçısı İlyas Əfəndiyevin Qarabağ xanlığının tarixindən bəhs edən “Hökmdar və qızı” tamaşası nümayiş olunmuşdur. Uğurlu tamaşaya görə Mədəniyyət Nazirliyi tərəfindən Xalq teatrı kubokdiploma layiq görülmüş, aktyorlar nazirliyin fəxri fərmanı ilə mükafatlandırılmışlar. Daha bir təqdir olunmalı uğurumuz isə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi respublikaFolklor festivalı”nda Qusar rayonunun Hil kəndində fəaliyyət göstərən “Melfolklor kollektivinin ikinci yerə layiq görülməsidir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə idarəmizin əməkdaşlığı davam etmişdir. Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Qubada klassik musiqi nömrələrindən ibarət konsert baş tutmuşdur. Rektor Xalq artisti Fərhad Bədəlbəyli akademiyanın Xaçmaz, ŞabranQuba rayonlarında təşkil etdiyi konsert proqramlarını yüksək qiymətləndirmiş, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi qərara alınmışdır.

Gənc mədəniyyət işçilərinin ixtisasının artırılması, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müəyyən görülmüşdür. Mədəniyyət Nazirliyinin mədəniyyət üzrə elmi, metodiki və ixtisasartırma Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə Xaçmaz Tarix-diyarşünaslıq muzeyində regionun gənc mədəniyyət işçilərinin iştirakı ilə “Mədəniyyət və kreativ sənaye” adlı seminar keçirilib.

İdarəmizin kollektivi qazanılan uğurlardan ruhlanaraq bu il daha yaxşı işləməyə, mədəni xidmətin səviyyəsini yüksəltməyə çalışacaqdır”.

 

Ziyafəddin BAYRAMOV,

Respublika”.

 

Respublika.- 2020.- 28 yanvar.- S.6.