Ankarada İmadəddin Nəsimi və Həsən Seyidbəyliyə həsr olunmuş tədbir

 

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 və görkəmli kinorejissor ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə Ankara şəhərində təntənəli tədbir keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən təşkil edilən tədbir “Nəsimi-2019” ilinin bağlanışına, eləcə də görkəmli kinorejissor, ssenari müəllifi və yazıçı Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunub. Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Ankarada yaşayan mədəniyyət və incəsənət nümayəndələri, QHT və KİV təmsilçiləri və Nəsimisevərlər iştirak ediblər. Tədbirdə öncə Nəsimiyə həsr edilən sərginin açılışı və Həsən Seyidbəylinin film yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub, TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabının təqdimatı keçirilib.

Açılış nitqi ilə çıxış edən Düsen Kaseinov TÜRKSOY-un türk dünyasının məşhur şəxsiyyətləri ilə bağlı layihəsindən bəhs edibbildirib ki, bu münasibətlə hər il bir şəxsiyyətə həsr olunur: “Sevindirici haldır ki, 2019-cu ili “Nəsimi ilielan etdik, türk ölkələrində böyük şairə həsr edilən tədbirlər keçirdik, onu təbliğ etdik və əlimizdən gələn qədər tanıtdıq”.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin Azərbaycanda “Nəsimi ilikimi qeyd olunduğunu diqqətə çatdıran ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim vurğulayıb ki, bu çərçivədə Türkiyədə böyük şairin həyat və yaradıcılığına həsr olunan çox sayda və fərqli formatlarda tədbirlər təşkil olunub. Görkəmli Azərbaycan rejissorussenaristi Həsən Seyidbəyli yaradıcılığının dünya kinematoqrafiyasına böyük töhfələr verdiyini qeyd edən səfir bildirib ki, onun ən möhtəşəm əsərlərindən biri də məhz “Nəsimi” filmidir.

Çıxışında Nəsimi şəxsiyyətinin ucalığı, eləcə də kinorejissorssenarist Həsən Seyidbəyli yaradıcılığının zənginliyinə diqqət çəkən Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov, ölkəmizdə kino yaradıcılığı, onun inkişaf istiqamətlərinə dair məlumatları da tədbir iştirakçıları ilə bölüşüb. Qeyd olunub ki, “Nəsimi” filmidaxil olmaqla Həsən Seyidbəylinin bütün əsərləri kinosevərlərin yaddaşında silinməz iz buraxır.

Çıxışlarda diqqətə çatdırılıb ki, dünya poeziya xəzinəsinin nadir incilərindən olan Nəsimi yaradıcılığı, böyük şairin zəngin fəlsəfi düşüncəsi tarixin bütün dövrlərində tədqiqatçılar üçün maraq kəsb edib, şeir və qəzəlləri poeziyasevərlərin qəlbini oxşayıb. Vurğulanıb ki, Həsən Seyidbəylinin “Nəsimi” filmi şairin şəxsiyyətinin ucalığını tərənnüm edən ən dəyərli əsərlərdəndir.

Çıxışlardan sonra görkəmli kinorejissor Həsən Seyidbəylinin yaradıcılığını əks etdirən fotosərginin açılışı olub. Ziyarətçilər tərəfindən maraqla qarşılanan sərgidə böyük sənətkarın efir yaradıcılığının əsas məqamlarını əks etdirən nadir fotolar nümayiş edilib. Tədbir çərçivəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən Türkiyədən Nəsimi yaradıcılığının tədqiqatçısı, professor Hüseyn Ayan və “Nəsimi” filmində Nəsimi rolunun ifaçısı, Azərbaycanın Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif ediliblər.

Tədbirdə iştirak edə bilməyən Hüseyn Ayanın medalı qızına və Rasim Balayevin medalı isə Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim olunub.

Gecədə türkiyəli aşıq Səlahəddin Dündar qoşasaz ifası ilə Nəsiminin qəzəllərini oxuyub.

“Nəsimi ilinin bağlanışına həsr olunan gecə Ankara sənətsevərlərinə gözəl anlar yaşadıb.

İştirakçılara “İmadəddin Nəsimi dünya dillərində” kitabı hədiyyə olunub. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamı əsasında 2019-cu ilin “Nəsimi ilielan edilməsi münasibətilə Türkiyənin də ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər, kitab təqdimatları, sərgilər təşkil edilibtamaşalar göstərilib.

 

Esmira Yazkan ASLANOVA,

Respublika” qəzetinin

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2020.- 28 yanvar.- S.6.