Nizami Gəncəvi-880: MÜTƏFFƏKKİR ŞAİRİN POEZİYA İŞIĞINDA

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Sərəncamda qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar respublikamızın hər yerində silsilə tədbirlər keçirilir, dahi şairin anadan olmasının 880 illiyi geniş qeyd olunur.

 

Lənkəran Dövlət Universitetinin nəzdində SosialAqrar-Texnoloji Kollecdə “Nizami ili” çərçivəsində onlayn formatda keçirilən tədbiri kollecin direktoru, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Ruslan Həmidov açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Nizami Gəncəvi irsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox mühüm işlər görülüb. Böyük və nəcib ənənə bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirilir. Ölkəmizdə Nizami irsinin öyrənilməsi və tanıdılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Mütəffəkkir şairin kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib, əsərlərinin elmi-tənqidi mətni hazırlanıb. Ədəbiyyat və incəsənətdə onun yaddaqalan obrazı yaradılıb.

 

Şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-PeterburqdaRomada heykəlləri ucaldılıb. Azərbaycan MEA Ədəbiyyat İnstitutuMilli Azərbaycan Ədəbiyyatı Muzeyi N.Gəncəvinin adını daşıyır.

 

Dövrünün bütün elm sahələrindən mükəmməl şəkildə xəbərdar olan şairin nəinki Azərbaycan ədəbiyyatında, eləcə də dünya ədəbiyyatında müstəsna yer tutduğunu vurğulayan R.Həmidov Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirib.

 

Kollecin müəllimi Nuranə Əskərova çıxışında qeyd edib ki, dahi Nizami Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən qiymətli sərvətidir. Görkəmli şairin böyük şöhrət qazanmış “Xəmsə”si poetik-fəlsəfi fikrin zirvəsində dayanır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Nizami öz şəxsiyyəti və yaradıcılığı, eləcə də əsərlərindəki heyrətamiz qəhrəmanlarının nümunəsi ilə böyük bir tərbiyə məktəbidir. Dahi şairin əsərləri dünyaya daha geniş təqdim edilməlidir.

 

Tədbirdə tələbələrin ifasında şairin poeziyasından nümunələr səslənib, əsərlərinin motivləri əsasında çəkilmiş rəsm əsərləri nümayiş olunub.

 

 

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2021.- 13 aprel.- S.9.