Qüdrətli söz ustadı, dahi Azərbaycan şairi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili Nizami ili elan etməsi klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına ədəbi tarixi şəxsiyyətlərimizə verdiyi qiymətin əyani təzahürüdür.

 

Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövrmüdriklik zirvəsidir. Humanist, mütəfəkkir şair kimi şöhrət qazanan görkəmli ədibin doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin mənəvi dünyasına işıq saçır. Nizami Gəncəvi, eyni zamanda, təkcə Azərbaycan xalqının deyil, dünyanın sevimli şairi olaraq şöhrət qazanıb.

 

Nizami Gəncəvinin Şərq və dünya ədəbiyyatındakı mövqeyindən, əsərlərindəki fəlsəfi fikirlərdən, bəşəriyyətin bədii söz sənətinə Xəmsə adlı xəzinəsini bəxş etməsindən, əsərlərinin gənc nəslin təlim-tərbiyəsində əvəzsiz rol oynamasından qürur hissi ilə danışmaq olar.

 

Qüdrətli sözfikir ustadı Nizami Gəncəvi insanları əxlaqi kamilliyə qaldıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı ilə bəşər mədəniyyətinə böyük töhfələr vermişdir.

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvi təkcə əsərlərinin ideya-məzmun xüsusiyyətlərinə görə deyil, həm də sənətkarlıq xüsusiyyətlərinə görə dahidir.

 

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

 

Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

 

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış Xəmsəsi dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi mərkəzin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

 

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-PeterburqdaRomada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuMilli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

 

2021-ci ilin Nizami Gəncəviyə həsr edilməsinin çox dərin mənası var. Bu il həm də Nizami Gəncəvinin yubileyidir. Bu, eyni zamanda bütün dünya üçün bir mesajdır ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Gəncədə doğulub, yaşayıb və dəfn edilib. Bu il dünyanın diqqəti Azərbaycan mədəniyyəti və ədəbiyyatına yönələcək. Həm Nizaminin irsi təbliğ ediləcək, həm də bütün dünyada onun dahi Azərbaycan şairi olması təlqin olunacaq.

 

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik, vətənpərvərlik mövqeyindən yanaşan ulu öndər Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş Azərbaycanın böyük şairi və mütəfəkkiri kimi Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşri və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Qüdrətli şairin 1981-ci ildə Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

 

Nizami Gəncəvi türk düşüncəsi ilə yazıb, eyni zamanda, onun bugünkü varisləri də bir çox əsərlərində məhz Azərbaycan həyatını canlandırır.

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyi bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə də geniş qeyd olunacaqdır.

 

Qədir ASLAN

 

Respublika.- 2021.- 18 aprel.- S.7.