Dəmir yumruq filmi Kürdəmirdə

 

Aprelin 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin konfrans zalında xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Real TV-nin təşkilatçılığı ilə lentə alınan Dəmir yumruq adlı sənədli film nümayiş olunub.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsi qızıl hərflərlə ölkəmizin tarixinə həkk olunub. Torpaqlarımızın işğaldan azad olunması uğrunda Silahlı Qüvvələr tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı respublikamızda yaşayan milli azlıq nümayəndələri qəhrəmanlıq nümunələri göstərib, döyüşlərdə milli vəhdət şəklində cəsarətlə iştirak ediblər.

 

Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən Dəmir yumruq adlı sənədli film Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən maraqla izlənilib.

 

Film xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla rayonun bütün idarə, müəssisə və təşkilatlarında nümayiş etdirilir.

 

 

Tofiq HÜSEYN

 

Respublika.- 2021.- 24 aprel.- S.5.