Görkəmli şəxsiyyətlər və həmkarları Mir Cəlal haqqında

 

Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanımızda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatımızdan keçir. Bu, bizim şairlərimizin, yazıçılarımızın əsərlərinin hamısından keçibdir. Klassik adlandırdığımız Səməd Vurğunun, Rəsul Rzanın, Mir Cəlalın, İlyas Əfəndiyevin, Osman Sarıvəllinin, Süleyman Rəhimovun, Mehdi Hüseynin də əsərlərindən yan keçməyibdir...

 

Heydər ƏLİYEV,

 

Azərbaycan xalqının ümummilli lideri.

 

 

Mir Cəlalın yaradıcılığının şahidi olmaq, əksər əsərlərinin ilk oxucusu olmaq taleyin mənə bəxş etdiyi xoşbəxtlik idi.

 

Hafiz PAŞAYEV,

 

professor.

 

 

Oxucunun etimadını, xalqın hörmətini qazanmaq o qədər də asan deyil. Xalq işində yüksək məsuliyyət hissi, düzlük, doğruluq, çörəyi halal, əməyə bağlılıq, sənətin mücahidi ola bilmək, böyüyə hörmət, kiçiyə mərhəmət, ailəyə sədaqətli olmaq kimi yüksək insani keyfiyyətlərlə zəngin olan gənc qələm sahibi Mir Cəlal, illər keçdikcə sözünə, nəsihətinə ehtiyac duyulan ağsaqqala çevrildi.

 

Mirvarid DİLBAZİ,

 

Xalq şairi.

 

 

Azərbaycan xalqının XX əsrin sonlarında qazandığı müstəqillik heç şübhəsiz, bir neçə yüzillik tarixi olan milli-azadlıq ideallarına, bu idealların həyata keçirilməsi uğrunda aparılmış ardıcıl mübarizələrə əsaslanır. Və həmin idealların təmərküzləşib daha məqsədyönlü xarakter almasında, buya digər dərəcədə kütləviləşib ümumxalq səciyyəsi daşımasında XX əsrin əvvəllərindən başlayaraq sürətlənən ictimai-siyasi, mənəvi-mədəni və ideoloji proseslər xüsusi rol oynamış, öndə gedərək xalqa doğru yol göstərmək missiyasını mütəvaze bir məsuliyyətlə yerinə yetirən ziyalı mütəfəkkirlər yetişmişdir ki, onlardan biriböyük ədibimiz Mir Cəlal Paşayev olmuşdur.

 

Nizami CƏFƏROV,

 

Akademik.

 

 

Mir Cəlalın qəhrəmanları olduqca təbii, inandırıcı, koloritli bir şəkildə danışırlar... Mir Cəlal peyzajı da canlı və təbii verir, peyzaj əsərdəki hadisələrlə o dərəcədə bağlıdır ki, o, əsərin ayrılmaz, üzvi bir parçasına çevrilir.

 

Məmməd ARİF,

 

akademik.

 

 

Mir Cəlalın Bir gəncin manifesti əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən yüksək mərhələsi idi.

 

Mehdi HÜSEYN,

 

Xalq yazıçısı.

 

 

XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti.

 

 

Onun əsərləri bütöv bir dövrün mənzərəsini yaradır. O, böyük pedaqoq kimi Azərbaycan cəmiyyəti üçün minlərlə açıqfikirli tələbə yetişdirmişdir.

 

Mehriban ƏLİYEVA,

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,

 

Heydər Əliyev Fondunun prezidenti.

 

 

Mir Cəlal yaradıcılığının ən üstün cəhətlərindən biri onun təmiz, şaqraq büllur dili idi. Onun dili, xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin bədii dildir.

 

Bəxtiyar VAHABZADƏ,

 

Xalq şairi.

 

 

Mir Cəlal deyəndə, hər şeydən əvvəl, gözəl romanlar hekayələr müəllifi olan ədib təsəvvürümüzdə canlanmış olur. Çünki o, xalqımızın bədii yaddaşında ictimai tariximizin, xalq taleyinin mühüm problemlərini təhlil edən, həyat tarix haqqında xalqı ilə ürəkdən, səmimi dərdləşə bilən, onunla sevinc dərd şəriki olan ustad sənətkar kimi silinməz izlər buraxmışdır.

 

Nərgiz PAŞAYEVA,

 

akademik.

 

 

Elmi ədəbiyyata bələd olduqca Mir Cəlal müəllimin bir alim kimi dərin zəkasına, analitik təfəkkürünə, erudisiyasına, zəhmətkeşliyinə heyran olurdum. O, təkcə istedadlı müəllim, yazıçı deyilmiş, həm də mütəfəkkir ədəbiyyatşünas-alim imiş. Bunu mən onun ədəbi məktəblər haqqında yazdığı monumental tədqiqat əsərini, Məhəmməd Füzuli irsi, Cəlil Məmmədquluzadə realizmi, Nəriman Nərimanovun bədii yaradıcılığı və s. elmi araşdırmalarını oxuduqca, sanki kəşf etdim.

 

Teymur ƏHMƏDOV,

 

filologiya elmləri doktoru, professor.

 

 

Mir Cəlal müəllim hər şeydən əvvəl çox orijinal qüdrətli bir pedaqoq idi. O, təbiəti, davranışı əməlləri ilə tələbələrinə ibrətli, təsirli örnək idi. Aspirant olanda da, müəllim kimi bir yerdə işləyəndə hər bir fikrimizi, hərəkətimizi yerindəcə, redaktə etməyi unutmazdı. Həyata, yaradıcılığa böyük amallarla, müqəddəs ideyalarla baxardı tələbələrinə bunu təlqin edərdi.

 

Təhsin MÜTƏLLİMOV,

AMEA-nın müxbir üzvü,

Əməkdar elm xadimi.

 

Respublika.- 2021.- 25 aprel.- S.3.