Mədəniyyətimizin beşiyi Şuşa

 

Şuşa Azərbaycanın bəlkə də yeganə diyarıdır ki, xalqımız və ölkəmiz üçün bu qədər tarixi şəxsiyyətlər, incəsənət xadimləri yetişdirib: Üzeyir bəy, Bülbül, Rəşid Behbudov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Vaqif, Xan Şuşinski, Yusif Vəzir Çəmənzəminli, Cabbar Qaryağdıoğlu və yüzlərlə digər belə böyük şəxsiyyətlərin vətənidir. Bu yurd yerimiz, Azərbaycan xalqına bu cür dühalar, tarixi şəxsiyyətlər, incəsənət xadimləri bəxş etmiş bu şəhər, nə qədər istəsələr də heç vaxt, heç bir vəchlə başqa bir millətin ola bilməz. Bu qədim tarixi şəhərin adını ermənilər Şuşa deyil, Şuşi adlandırsalar da, onun kənd-kəsəklərinə yabançı adlar qoysalar da, onların bu arzu və istəkləri ürəklərində qaldı.

 

Azərbaycan Prezidentinin ötən 17 ildəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. İlham Əliyevin özününqeyd etdiyi kimi, ötən illər ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf etmişdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bu irəliləyiş, bu inkişaf bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyevin müəyyən etdiyi siyasətin alternativi yoxdur. 2020-ci il xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan Ordusu haqq işi uğrunda başlanan müharibəni şanlı Qələbə ilə başa çatdırdı. 30 illik həsrətə son qoyuldu. Ermənistan Ordusu ilə yanaşı, onun hərbi, siyasi rəhbərliyinin fəaliyyəti də uğursuzluğa məhkum oldu. Şanlı Ordumuz 30 il həsrət qaldığımız Vətən torpağının hər yerində olduğu kimi, Şuşada da üçrəngli bayrağımızı dalğalandırdı. Bu isə bizim hər birimizdə böyük qürur və fəxarət hissi yaradır. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmənə layiqli dərs verdionun hərbi birləşmələrini darmadağın etdi. “Şuşa - Azərbaycanın mədəniyyət və tarixi incisidir”. Şuşa həm Azərbaycanın mədəniyyət mərkəzi, həm də musiqi beşiyidir. Şuşanın təmiz havası, buz bulaqları, əsrarəngiz mənzərələri onun musiqi beşiyi kimi formalaşmasında mühüm rol oynamışdır. Hələ XIX əsrdə burada həyat qaynamış, Qafqazın, Yaxın Şərqin və Orta Asiyanın müxtəlif guşələrindən gəlmiş şair və yazıçıların, musiqiçilərin, teatr xadimlərinin toplaşdığı mərkəzə çevrilmişdir. Məhz elə həmin vaxtlar Şuşa “Qafqazın konservatoriyası” adlandırılmış, vokal məktəbi kimi Yaxın və Orta Şərqdə məşhur olmuşdur.

 

Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi və mədəniyyət abidələri ilə də zəngindir. Burada hər daşın, hər tikilinin öz tarixi vardır. Məhz elə buna görə də Azərbaycan hökuməti Sovetlər dövründə 1977-ci ildə Şuşanı qoruq elan etmişdir.

 

Şuşada Dövlət Dram Teatrı, Dövlət Qarabağ tarixi, Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsüm Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, ortaorta ixtisas musiqi məktəbləri, kitabxanalar fəaliyyət göstərirdi. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün bunlar barədə ürək ağrısı ilə danışmalı oluruq.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun, həmçinin Füzuli hava limanının təməlini qoyub, sonra Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olan zaman bildirdi ki, artıq Böyük qayıdış başlayır və bütün işlərə start verildi. Əminəm ki, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, — cəmi 44 gün ərzində, — bizim tarixi dədə-baba torpaqlarımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Daha sonra Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva Şuşa şəhərində oldular. Dövlət başçısı diqqətə çatdırdı ki, baxın, düşmən işğal dövründə bütün bu əraziləri yerlə-yeksan edib. Biz artıq Füzuli şəhərində olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görüb, bütün dünya görüb və görməlidir. Xarici qonaqlar Azərbaycana dəvət edilsinbu bölgələrə gətirib, onlara erməni vəhşiliyi, əməlləri göstərilsin. Artıq bütün dünya görür ki, biz hansı vəhşi düşmənlə müharibə aparmışıq və hansı, necə düşməni məhv etmişik. Biz Şuşanı planlı şəkildə bərpa edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq.

 

Xatırladaq ki, Şuşanın qədim yaşayış məkanı kimi mübarizələrlə zəngin bir tarixi vardır. Şuşa əsrlər boyu Aran Qarabağın dağı, səfalı yaylağı, igidlər oylağı kimi tanınmışdır, min bir dərdin dərmanı, can məlhəmi kimi həmişə qonaq-qaralı, başı yığıncaqlı olmuşdur. Zaman-zaman bəylərin, xanların diqqətini çəkmiş, şənlənmiş, şənliklər məkanına çevrilmişdir. Şuşa gözəlləşmiş, bənzərsizləşmişdir. Şuşa təkcə cənnət məkanı olmamış, həm də hərbi-strateji əhəmiyyət kəsb edən bir alınmazlıq, basılmazlıq qalası olmuşdur. Şuşa dağdan arana açılan pəncərə, aydınlıq, işıqlı şəhər kimi yadellilərə göz dağı idi. Ona görə də 1750-ci ildə Qarabağın tədbirli, uzaqgörən xanı Pənahəli xan Cavanşir tərəfindən Şuşanın şəhər kimi əsası qoyuldu. Pənahabad kimi tarixə düşdü.

 

İşğal dövründə Mədəniyyət və təhsil ocaqlarımız - 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 xəstəxana, 241 tarixi abidə həmin torpaqlarda qalmış, dağıdılmış, viran edilmişdir.

 

Şuşa muzeylərindən qiymətli sərvəti - rəsm və heykəltəraşlıq əsərlərini, xalçaxalça məmulatlarını, xalq tətbiqi sənəti nümunələrini, arxeoloji tapıntıları, çox gərəkli sənədləri, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyalarını və digər qiymətli materialları Ermənistana aparmışlar. İndi həmin əşyalar xarici auksionlarda satılır, yaxud müxtəlif sərgi və muzeylərdə dünya ictimaiyyətinə erməni mədəniyyət nümunəsi kimi təqdim olunur.

 

Dövlətimizin başçısı Şuşanın işğal altına düşməsinin böyük faciə olduğunu bildirərək deyib: “Hər bir şəhərin, hər bir kəndin, rayonun işğal altına düşməsi böyül faciə idi. Amma Şuşanın işğal altına düşməsi bizim üçün bəlkə də ən ağrılı itkimiz olmuşdur. Təkcə ona görə yox ki, Şuşanın strateji yerləşməsi imkan verirdi ki, bütün bölgəyə, -əgər orada işlər düzgün qurulsaydı, - nəzarət edək, imkan verirdi ki, Şuşanı müdafiə etmək üçün hətta az qüvvələrlə bütün lazımi tədbirləri görək. Şuşanın itirilməsi xalqımız üçün böyük sarsıntı yaratmışdır. Mənəvi sarsıntı yaratmışdır və biz 28 il Şuşasız yaşamışıq. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşaya qayıtmışıq və noyabrın 8-də müjdəni Azərbaycan xalqına verərək demişdim ki, Şuşa, sən azadsan! Biz öz tariximizə qayıtmışıq. Əlbəttə ki, Şuşanı bərpa edəcəyik, Şuşanı dirçəldəcəyik və dirçəlmə prosesi artıq başlamışdır”.

 

Ölkəmizin rəhbəri ermənilərin saxtakarlığını ifşa edərək, işğal dövrünə qədər Şuşa şəhərində daim azərbaycanlıların yaşadığı, burada erməni əhalisinin, demək olar ki, olmadığını xatırladıb. “Hətta 1920-ci illərdə bizim torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanın əhalisinin əksəriyyəti azərbaycanlılar olmuşdurişğal dövründə əhalinin 98 faizi azərbaycanlılar idi”, -deyə dövlətimizin başçısı qeyd edib.

 

Şuşanın tarixi şəhərimiz olduğunubu şəhərə qayıtdığımızı vurğulayan Prezident İlham Əliyev deyib: “Əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirlərsə, nə üçün 28 il ərzində bir daşı daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, şəhər sənin şəhərindirsə, niyə bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan? Əgər sən Ermənistan olaraq bəyan edirdin ki, Şuşanı azad etdiniz, kimdən azad etdiniz? Dinc əhalidən azad etdiniz? Azərbaycanlılardan azad etdiniz? Yaxşı, əgər hesab edirdiniz ki, siz bunu azad etmisiniz niyə bunları dağıdırsınız? Əgər bu erməni şəhəridirsə, nə üçün yerlə-yeksan edirsiniz? Orada təkcə bizim məscidlərimiz yox, bütün binalar dağıdılıb. Mən Şuşada olarkən bu dağıntıları öz gözümlə görmüşəm. Elə bil ki, oradan vəhşi qəbilə keçib. Vandallar Şuşanı bu günə salıblar. Sonra da deyirlər ki, Şuşa erməni şəhəridir. Bu, növbəti erməni yalanıdır, saxtakarlıqdır! Onlar və onların müxtəlif ölkələrdəki havadarları onlar üçün saxta tarix yaradıblar və bu saxtakarlıq bu gündavam edir”.

 

Dövlət başçısı tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənildiyini, müvafiq göstərişlər verildiyini, Heydər Əliyev Fondunun, eyni zamanda, Mədəniyyət Nazirliyinin, digər aidiyyəti qurumların bu məsələyə fəal qoşulduğunu qeyd edərək deyib: “Yaşayış fondu təftiş edilib. Yaşayış fondunun böyük hissəsi yararsız vəziyyətdədir. İşğal dövründə Şuşada təqribən maksimum 2-3 min adam yaşayırdı. Ermənilər nə qədər çalışsalar da, Şuşanı məskunlaşdıra bilməmişdilər. Halbuki xaricdən gətirilmiş erməniləri orada yerləşdirməklə hərbi cinayət törətmişlər. Bütün bu aksiyalar təbliğat xarakteri daşıyırdı. Orada yaşayanların böyük hissəsi hərbçilər və onların köməkçiləri idi”...

 

Şuşa xalqımızın varlığını özündə yaşadan tarix və mədəniyyət abidələri ilə zəngin olan gözəl bir diyardır. Burada hər daşın, hər tikilinin öz tarixi vardır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qətiyyəti və cəsarəti sayəsində Şuşa öz azadlığına qovuşdu. Şuşalılar yenidən doğma yurda qayıdacaq, bu mədəniyyət beşiyinin şöhrətini yenidən zirvələrə qaldıracaqlar.

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2021.- 6 fevral.- S.6.