Meliorasiyasu təsərrüfatı öz inkişafının yeni mərhələsində

 

Müasir meliorasiya və su təsərrüfatının təməli hələ əsrin əvvəllərində qoyulsa da, onun əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikintiistismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiyasu təsərrüfatı kompleksi yaradılmışdır. Meliorasiyasu təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər ulu öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısının nəticəsində əldə olunmuşdur.  

 

Hazırda Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir və 19 hidroqovşaq, 51 800 km suvarma kanalı, 32 633 km kollektor-drenaj şəbəkəsi, 1 046 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 7 633 subartezian quyusu, 2 min km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1 025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismardadır.

 

Böyük fəxr hissi ilə qeyd edilməlidir ki, ulu öndərimiz, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

 

Digər sahələr kimi, meliorasiyasu təsərrüfatının inkişafına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, üzümçülüyün, meyvəçiliyin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiyasu təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

 

Bu tədbirlərin həyata keçirilməsi suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərinin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır.

 

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 saylı Sərəncamı ilə təsdiq edilmişSu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar Səhmdar Cəmiyyəti tərəfindən səlahiyyətlərinə uyğun ölkənin əsas susu təsərrüfatı obyektlərində su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, alternativ mənbələrdən, o cümlədən təmizlənmiş tullantı və kollektor-drenaj sularından, ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə ilkin olaraq mövcud 22 ədəd hidroqovşaqsuvarma kanallarının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasına və layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Eləcə də Əlicançay su anbarının layihə sənədlərinin hazırlanması davam etdirilmiş, Qəbələ rayonu ərazisində Yengicə su anbarının tikintisi üzrə hazırlıq işlərinə başlanılmışdır.

 

Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti ölkəmizin bütün sahələrinə olduğu kimi, aqrar sektoruna da çox ciddi zərbə vurmuşdur. Ermənistanın təcavüzü nəticəsində min hektarlarla əkinəyararlı torpaq sahələri yararsız hala düşmüşdür. Ərazilərdə qəsdən törədilmiş yanğınlar nəticəsində torpağın üst, münbit qatı və canlı aləm məhv edilmişdir.

 

İşğal altında olan kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin, 231 min hektar əkin, 352 min hektara yaxını isə örüş - otlaq və biçənək sahəsinin illər boyu istifadə edilməməsi, əkilib-becərilməməsi, korlanması qəbuledilməzdir və inkar olunmazdır ki, həmin sahələrdən min tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz götürmək mümkün idi.

 

Səhmdar Cəmiyyət tərəfindən ölkəmizin işğaldan azad olunmuş ərazilərində meliorasiyasu təsərrüfatı kompleksinin bərpasını və gələcək inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində meliorasiyasu təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə Proqram” hazırlanmışdır.

 

Proqramın məqsədi uzun illər erməni təcavüzünə məruz qalmış Dağlıq Qarabağın ətrafında yerləşən, işğaldan azad olunan ərazilərdə suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaq üçün ilkin mərhələdə meliorasiyasu təsərrüfatı obyektlərinin təmir-bərpası ilə onların rejimlərinin bərpası, sonrakı mərhələdə isə bu obyektlərin müasir səviyyədə yenidən idarə edilməsinin səmərəli təşkilindən ibarətdir.

 

Cari ilin aprel ayının 5-də Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri vəzifəsinə yeni təyin olunmuş Zaur Mikayılov ilə onlayn görüşündə cənab Prezident tərəfindən suyun səmərəli, məqsədyönlü və qənaətlə istifadəsində itkilərin qarşısının alınmasında çatışmazlıqların olduğu, kənd təsərrüfatının dayanıqlılığının məhz suvarmanın səmərəliliyi ilə bağlılığı, müasir yanaşmaların tətbiq olunması, müasir texnologiyaların ölkəmizə gətirilməsinin təmin edilməsinin vacibliyi qeyd edilmişkonkret tapşırıqlar verilmişdir.

 

Ölkə başçısı qeyd etmişdir ki, ən qabaqcıl texnologiyaların tətbiqi ilə sudan səmərəli və qənaətlə istifadə edilməklə suvarmanın həyata keçirilməsi təmin edilməli, su itkilərinin qarşısı maksimum dərəcədə alınmalı, suyun paylanmasında və bölgüsündə səhlənkarlığa, ədalətsizliyə yol verilməməli, növbəlik qrafikləri tərtib edilməli və bu qrafikə ciddi riayət olunmaqla su xətlərinin üzərində quraşdırılmış qanunsuz birləşmələr nəzarətə götürülməli, bu kimi hallara qətiyyən yol verilməməlidir. Magistral su xətləri üzərində vizual, eyni zamanda müasir müşahidə sistemləri quraşdırılmalıdır. Suyun uçotu düzgün qurulmalı, tam olaraq elektronlaşmalı, şəffaf təhlil aparılmalıdır. İdarəetmədə müasir tələblərə uyğun yanaşma tətbiq olunmalıdır. İdarəetmənin iqtisadi mexanizminin prinsip və funksiyalarını tətbiq etməklə, innovativ metodlardan istifadənin təmin olunması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin meliorasiyasu təsərrüfatı sahəsində qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar olaraq, ASC-nin sədri Zaur Mikayılovun və struktur vahidlərinin rəhbərlərinin iştirakı ilə 19 aprel 2021-ci il tarixdə onlayn formatda konfrans keçirilmişdir.

 

Konfransda vəzifəyə təyin edilərkən ölkə başçısının ona verdiyi mühüm tapşırıqlar və bununla əlaqədar qarşıda duran vəzifələr Səhmdar Cəmiyyətin sədri Zaur Mikayılov tərəfindən geniş şərh edilmişbuna əsasən ASC-nin bundan sonrakı fəaliyyət istiqamətləri müəyyən edilmişdir. ASC sədri ötən illərdə görülmüş işlər, yol verilmiş nöqsanlar, onların aradan qaldırılması üçün görüləcək tədbirlər və qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına konkret tapşırıqlarını vermişdir.

 

Öz məqsədyönlü fəaliyyətini davam etdirərək HGMXİ əvvəlki illərdə olduğu kimi, 2021-ci il üzrə suvarılan torpaq sahələrini əhatə edən rejim-müşahidə quyuları şəbəkəsi vasitəsilə təlimata uyğun rejim müşahidə və çöl-tədqiqat işlərini uğurla yerinə yetirməkdədir.

 

Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinə və meliorativ sistemlərin texniki vəziyyətinə nəzarət etmək üçün 2021-ci ilin hesabat dövründə respublikanın suvarılan torpaq sahəsinin 1 307 139 hektarında aşağıdakı kompleks işlərin görülməsi təmin edilmişdir:

 

-suvarma sistemləri və kollektor-drenaj şəbəkələrinin texniki vəziyyətinin tədqiq olunması məqsədilə çöl-tədqiqat işləri yerinə yetirilmişdir;

 

- qrunt, KDŞ və kanal sularının hidrokimyəvi tərkibinin öyrənilməsi məqsədilə rejim-müşahidə quyularından, magistral kanal və kollektorlarından onların üzərində qurulmuş hidrometriya məntəqələrindən su nümunəsi götürülmüş və kimyəvi təhlil edilmişdir.

 

- hidrogeoloji-meliorativ xidmətin nəzarətində olan 1 307 139 hektar suvarılan torpaq sahələri qrunt sularının yatım dərinliyinə və minerallaşma dərəcəsinə görə fərqli sahələrə bölünmüşdür.

 

- qrunt sularının, magistral kanalkollektor sularının, torpaqların şorlaşma dərəcəsinin öyrənilməsi məqsədilə kimyəvi analizlər aparılmışdır. Rejim-müşahidə quyularından götürülmüş su nümunələrində qrunt suların minerallaşma dərəcəsinin təyini, kanalkollektorlardan götürülmüş su nümunələrində suların qısaldılmış kimyəvi analizləri, əvvəlcədən müəyyən edilmiş və koordinatlaşdırılmış nöqtələrdən götürülmüş nümunələrdə isə torpaqların şorlaşma dərəcəsinin təyini üçün qrunt su çəkintisinin analizləri aparılmışdır.

 

Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli 696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın 1.5 bəndində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə HGMXİ tərəfindən 11 fevral 2019-cu ildən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə sıx əməkdaşlıq edilir. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli 696 nömrəli Sərəncamının icrası barədə Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC sədrinin 11 fevral 2019-cu il tarixli əmrinə müvafiq olaraq “Torpaqların meliorativ vəziyyətinin peyk təsvirlərindən istifadə etməklə öyrənilməsi üçün proqram və metodikanın hazırlanması” və “Seçilmiş ərazilər üzrə suvarılan torpaqların meliorativ vəziyyətinin (qrunt sularının yatma dərinliyinin, torpağın şorlaşma dərəcəsinin) peyk təsvirləri və mövcud vəziyyətinin təhlilinə əsaslanaraq qiymətləndirilməsi” işləri ilə əlaqədar “Azərkosmos”la çoxsaylı müzakirələr aparılmışdır.

 

Qeyd olunan rayonlar üzrə 60 520 ha ümumi suvarılan torpaq sahəsinin 3 680 hektarında şorlaşma dərəcəsinin təyini üçün aparılan tədqiqat işləri başa çatdırılmışdır.

 

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin regional zonalarında aparılmış çöl-tədqiqat işlərinin hesabatlarının onlayn qaydasında tərtib edilməsi işi davam etdirilmişdir. Azərbaycan Respublikası PrezidentininSu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamın icrası barədə Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) yaradılması, ölkə üzrə su təsərrüfatı balansının elektronlaşdırılaraq ESTİS daxil edilməsi və müvafiq informasiya sistemlərinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ESTİS-ə inteqrasiyası işlərinə başlanılmışdır.

 

Sonda bir daha qeyd etmək istəyirəm ki, Qələbə Azərbaycan iqtisadiyyatının, onun önəmli sahəsi olan kənd təsərrüfatının inkişafına da böyük təkan verəcək və işğaldan azad olunan torpaqlarımız, xarabalığa çevrilən şəhər və kəndlərimiz, ata-baba yurdları abadlaşacaq, üzə güləcəkdir. Hünər, zəhmət, ədalət, halallıq Azərbaycanı daha yüksək zirvələrə ucaldacaq, dövlətimiz öz rəhbərinin-cənab İlham Əliyevin siyasəti, əməli, torpağa, xalqa məhəbbəti, sədaqəti ilə daha da yüksələcək, şöhrətlənəcək və tarixə yeni-yeni qələbə səhifələri yazacaqdır. Azərbaycan daha da inkişaf edəcək, xalqımız xoşbəxt və firavan həyat yaşayacaqdır.

 

Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə hər il iyun ayının 5-də “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” respublikamızda geniş qeyd olunur. Fürsətdən istifadə edərək həmkarlarımızın peşə bayramını təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayırıq.

 

HGMXİ-nin kollektivi meliorasiyasu təsərrüfatının yeni inkişaf mərhələsində bundan sonra da fəal iştirak edəcək və qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edərək əzmlə çalışacaqdır.

 

Saleh SADIQOV,

Azərbaycan Meliorasiya

Su Təsərrüfatı ASC-nin Hidrogeoloji

Meliorativ Xidmət İdarəsinin rəisi,

respublikanın Əməkdar mühəndisi.

 

Respublika.- 2021.- 3 iyun.- S.9.