Məhsul bolluğuna xidmət edənlər

 

5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

 

1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununun imzalandığı 5 iyun tarixi sonralar ölkə Prezidenti cənab İlham Əliyevin 24 may 2007-ci il tarixli sərəncamıyla “Meliorator günü” kimi qeyd edilmişdir. Həmin peşə bayramının miqyasını daha da genişləndirən, meliorasiya işçilərinin şərəfli əməyinə yüksək qiymət verən ölkə Prezidenti cənab İlham Əliyev 5 iyununSu Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı kimi daha geniş miqyasda qeyd olunması barədə 14 may 2014-cü il tarixli Sərəncam imzaladı. Möhtərəm Prezidentimizin daimi diqqət və qayğısının bariz nümunəsi kimi, bu sənədin imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılandı, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirdi. Səmərəli tədbirlərin nəticəsidir ki, istifadəsiz torpaqlar əkin dövriyyəsinə daxil olmuş, boz torpaqlar yaşıllığa, gül-çiçəyə çevrilmiş, ölkəmizə ruzi-bərəkət verməkdədir. Məhz söhbət açacağımız xeyirxah peşə sahibləri - melioratorlar böyük vəzifəni fədakarlıqla və şərəflə yerinə yetirirlər.

 

Gündüz Bağırov, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi” medallı:

 

- Onu xüsusilə qeyd etmək lazımdır ki, su təsərrüfatı və meliorasiya işçilərinin əməyi də çox qiymətli və şərəflidir. Meliorasiyasu təsərrüfatı işçiləri o insanlardır ki, məhz onların əməyi ilə susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıqlar qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır. Dövlət başçısı ərzaq təhlükəsizliyinin əsas sahəsi - taxılçılığın inkişaf etdirilməsi üçün istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi barədə müvafiq orqanlara tapşırıqlar vermişdir. Məhz ərzaq təhlükəsizliyinin təminatını və Dövlət proqramları olan aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün suvarmameliorasiya işçiləri var qüvvələri ilə çalışırlar. Goranboy Suvarma Sistemləri İdarəsi 20500 ha sahənin suvarılmasına xidmət edir. Əsas su mənbələri: Kürəkçay, Qara Gorançay, Tərtər kanal, Şəmkir kanaldır. Hazırda 7488 ha suvarılıb. Bu baxımdan müasir dövrdə digər sahələr kimi, bu qədər işlərin görülməsi üçün texnikanın köməyi əvəzedilməzdir. Bu texnikalar insanların əməyini yüngülləşdirir və səmərəli edir. Geniş tarlaları suvarmaq, becərmək, yetişdirilən məhsulu yığmaq texnikanın gücü ilə başa gəlir ki, bu da insan əməyinə stimul verir. Yuxarıda göstərilən bu işlərin görülməsi üçün suvarma kanalları, stasionar stansiyaları, nasos aqreqatları və qurğular dinamik fəaliyyətdədir. Bununla kifayətlənməyərək yeni metodlardan yararlanaraq uzun müddət istifadə olunmayan su arxlarının yararlı vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görülür. Balansda olan 12 ekskavator, 1 buldozer, avtonəqliyyat və digər texnikalar təcrübəli mexanizatorların istifadəsindədir ki, bu da görüləcək işlərin yüksək səviyyədə aparılmasına imkan yaradır. Mövcud texnikaların köməyi ilə ötürücü stansiyalar daim saz vəziyyətdə saxlanılır, sağsol sahil divarları bərkidilir, beton üzlüklər təmir olunur, lildən və alaq otlarından təmizlənir.

 

Rayon icra hakimiyyəti və Respublika MeliorasiyaSu Təsərrüfatı ASC rəhbərliyinin bu işdə yaxından köməyi əvəzsizdir. Suvarma işçiləri bu diqqət və qayğının müqabilində daha da əzmlə çalışır. Əminliklə demək olar ki, Goranboy Suvarma Sistemləri İdarəsinin işçiləri bu ilbol məhsulun əldə olunması üçün bütün qüvvələrini sərf edəcəklər.

 

İsmayıl Əvəzov, Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi:

 

- Müstəqil Azərbaycanımızın iqtisadiyyatının inkişafında öz yeri olan meliorasiyasu təsərrüfatı sahəsinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı, həmişəyaşar ideyaları bu gün onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin səyi, yorulmaz fəaliyyəti, gərgin əməyi, qətiyyət və əzmkarlığı, milli maraqları və mənəvi dəyərləri ahəngdar şəkildə uzlaşdırmağı sayəsində Müstəqil Azərbaycan Respublikası dünyanın ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir. Cənab İlham Əliyev meliorasiyasu təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında və ölkənin ərzaq problemlərinin həllində əsas rol oynadığını nəzərə almış və bir sıra məqsədyönlü əlavə sərəncamlar imzalamış, eyni zamanda Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü peşə bayramı kimi daha geniş miqyasda qeyd olunması barədə 14 may 2014-cü il tarixli sərəncam vermiş, bir daha meliorasiyasu təsərrüfatına diqqət və qayğı göstərmişdir. Bu isə, su təsərrüfatı işçilərini daha da ruhlandırmış əzmlə çalışmağa, bu çətin və şərəfli işə həvəsləndirmişdir. Hər il ənənəvi olaraq melioratorlar öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin işçiləri də dövlətin bu infrastruktura ciddi münasibətini anlayaraq, gecə-gündüz səmərəli təşkil edir, yeni suvarma şəbəkələrinin yaradılmasında və bərpasında fəallıq göstərirlər. Goranboy Subartezian Quyularının İstismarı İdarəsi 46000 hektar əkin sahələrinin suvarılmasına xidmət edir. Bu sahələrin suvarılması üçün 895 ədəd subartezian quyusu, 4 ədəd nasos stansiyası mövcuddur. 2020-ci ildə rayonda 60 ədəd təzə subartezian quyusu qazılmışdır. 2021-ci ildə isə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə daha 10 ədəd subartezian quyusunun qazılması planlaşdırılmışdır. Taxıl zəmilərinin, pambıq tarlalarının, həyətyanı sahələrin, yem bitkilərinin, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, bağbostan bitkilərinin vaxtında və səmərəli suvarılmasında suçularımızın əməyi diqqətəlayiqdir. Çünki cari ildə məhsulun bolluğu buna bariz nümunədir. İdarənin kollektivi bu il ötən ildən daha da yüksək nailiyyət əldə etmək üçün böyük həvəslə işə başlamışlar. Mövcud texnikaların köməyi ilə ötürücü stansiyalar öz ahəngində işləyir. Əlavə olaraq sudan istifadəçilərlə geniş təbliğat və profilaktik tədbirlər aparılır. Belə ki, icra nümayəndələri, bələdiyyə sədrləri, sudan istifadə birliklərinin rəhbərləri ilə birgə yerlərdəki mövcud vəziyyət təhlil edilir, ayrı-ayrı sahələrdə əlaqələndirmə tədbirlərinin genişləndirilməsi və su təsərrüfat sistemində ən vacib olan mövcud su ehtiyatlarından israfçılığa yol vermədən, qənaətlə istifadəsi təşkil olunur.

 

İşçilərin sosial rifahının yüksəldilməsindən söhbət açan idarə rəhbəri, rayon icra hakimiyyəti, Respublika MeliorasiyaSu Təsərrüfatı ASC rəhbərliyinin bu işdə yaxından köməyindən, nasos stansiyalarda yaradılan yüksək şəraitdən, işçilərin yüksək əhvali-ruhiyyəsindən, vaxtaşırı həmkarlar təşkilatının diqqət və qayğısından da danışdı.

 

İlqar Məhərrəmov, Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi” medallı:

 

- Ölkə iqtisadiyyatının bütün sahələri kimi, kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiyasu təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Elə bunun nəticəsidir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər ilin iyun ayının 5-nin meliorasiyasu təsərrüfatı işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında sərəncam imzalayıb. Melioratorlar bunu ölkə rəhbəri tərəfindən respublikada məhsul bolluğu yaratmaq kimi müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirlər. Onu xüsusilə qeyd etmək lazımdır ki, su təsərrüfatı və meliorasiya işçilərinin əməyi də çox qiymətli və şərəflidir.

 

Qeyd edək ki, rayon Suvarma Sistemləri İdarəsinin kollektivi əkin sahələrinin vaxtında və səmərəli suvarılması üçün bütün imkanlardan maksimum istifadə edir. Hazırda kollektiv yaz-tarla işləri ilə əlaqədar hazırlıq işlərini daha da genişləndirmişdir. Əsas su mənbələri isə Gəncəçay, Kürəkçay, Qoşqarçay və Şəmkir su anbarıdır. Xeyli vaxtdır ki, çayların, arxların və kanalların təmizlənməsi işlərinə başlanılmışdır. Xanarx və Ərəbli arxlarında isə betonlama işləri sürətlə aparılır. Bundan başqa, idarə tərəfindən Göygöl və Gəncə ərazisindən keçən Xanarxın torpaq hissəsi beton üzlüyə alınır. Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcralarının təmizlənməsi işləri də davam edir. Xanlar, Qızılca, Nadel, Mollaosman, Bəhrəmbəy arxlarının isə dəhnələri möhkəmləndirilib. Hazırda qədim arx olan Xanarx kanalının üçtəpə ərazisindən keçən hissəsində kanalın torpaq hissəsi beton üzlüyə alınır. Bu baxımdan müasir dövrdə digər sahələr kimi, bu qədər işlərin görülməsi üçün texnikanın köməyi əvəzedilməzdir. Belə ki, texnika insanların əməyini yüngülləşdirir və səmərəli edir. Rayon icra hakimiyyəti və Respublika MeliorasiyaSu Təsərrüfatı ASC rəhbərliyinin bu işdə yaxından köməyi əvəzsizdir. Suvarma işçiləri bu diqqət və qayğının müqabilində daha da əzmlə çalışır. Sonda idarə rəisi, bütün melioratorları peşə bayramı münasibətilə təbrik edərək, tam əminliklə bildirdi ki, Göygöl Suvarma Sistemləri İdarəsinin işçiləri bütün qüvvələrini səfərbər edərək, bol məhsulun əldə olunması üçün çalışacaqlar.

 

Biz də 5 iyun - Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günündə şərəfli missiyanı layaqətlə yerinə yetirən, su təsərrüfatı və meliorasiya sahəsində fəaliyyət göstərən bütün əməkçiləri peşə bayramları münasibətilə ürəkdən təbrik edir, əmin olduğumuzu bildiririk ki, melioratorlar bundan sonra da qarşılarında dayanan vəzifələrin tam məsuliyyətlə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarından istifadə edərək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadiyyatımızın daha da inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklər.

 

 

 

Zabit XƏLİLOV

 

Respublika.- 2021.- 4 iyun.- S.10.