Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu multikulturalizm dəyərlərini təşviq edir

 

Xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini ehtiva edən, onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edən, həyatında pozitiv rol oynayan və öz mahiyyətinə görə ümumilikdə müsbət fenomen olan etnik-mədəni müxtəlifliklərin dövlət tərəfindən qorunması demokratik-hüquqi cəmiyyətin sosial ədalət, tolerantlıq və imkanların bərabərliyi kimi mühüm prinsiplərdən irəli gəlir.

 

Müasir dövrdə Azərbaycan Respublikası cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biridir. Bu sahədə Azərbaycan böyük nailiyyətlər əldə etmişdir. Bunun əsas göstəricisi ölkəmizdə etnik, diniirqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır. Bu nailiyyətlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşmüasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasətinin nəticəsidir. Cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunmasına yüksək önəm verən ümummilli lider Heydər Əliyev qeyd edirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Azərbaycan Respublikası hətta multikultural siyasətin ilk dəfə meydana gəldiyi Qərb dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada artıq multikulturalizm mərkəzi kimi tanınır. Dünyada Azərbaycanın unikal rolu yüksək qiymətləndirilir. Dövlət başçısı Azərbaycanın multikulturalizm sahəsində təcrübəsinin xarici ölkələrdə öyrənilməsinin vacibliyini qeyd etmişdir: “Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır”.

 

Cənubi Qafqaz regionunun lider dövləti olan, dünyada böyük etimad qazanan və etibarlı tərəfdaş olaraq tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadihumanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, qlobal əhəmiyyətli mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Digər tərəfdən, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər mühüm tədbirlər məhz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəriyyət üçün aktual məsələlərin səmərəli müzakirə platformasıdır.

 

Azərbaycan Respublikasının təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə 2008-ci ildə “Bakı Prosesi” irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

 

2008-ci ildə təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropaona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edildi. Bu Bəyannamə ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesininprosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommünike qəbul edildi.

 

2010-cu ildən “Bakı Prosesiqlobal hərəkata çevrilməyə başladı. 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi.

 

2011-ci ildə dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə təmsilçisi Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO-nun tərəfdaşlığı ilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu.

 

Forum çərçivəsində keçirilən sessiyalardaSülhdialoqa nail olmaq üçün mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik”, “Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs”, “Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası əlaqələrə təsiri”, “Dünya dinləri arasında mədəniyyətlərarası dialoq” və s. mövzular müzakirə olundu.

 

“Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında 2013-cü ildə Bakıda “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər - birgə irs, ümumi vəzifələr, davamlı gələcək”, “Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər”, “21-ci əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması” mövzularını əhatə edən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi.

 

UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaqdevizi altında 2015-ci ildə Bakı şəhərində III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə UNESCO-nun baş direktoru, İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Amin Mədəni, İSESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri arasında ikitərəfli görüşlər keçirilmişdir.

 

2017-ci ildə Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və İSESCO-nun birgə tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlarmövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 2019-cu ilin may ayında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə keçirilmişdir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak etmişdir.

 

Ümumiyyətlə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəşəriyyət üçün qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılır, səmərəli müzakirələr - fikir mübadilələri aparılır. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu Forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Forum Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Yeri gəlmişkən, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev Forumun qısa zaman ərzində mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrildiyini bildirib: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Dünya Dini Liderlərinin Forumu, ənənəvi Bakı Humanitar Forumu, yeddi dəfə Bakı Qlobal Forumu təşkil edilib. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır”.

 

O da qeyd edilməlidir ki, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafına, multikultural dəyərlərin, tolerantlığın təbliğinə mühüm töhfələr verir. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı Prosesi” ölkəmiz tərəfindən uğurla davam etdirilir və beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir.

 

Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Forumda Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı məkan, tolerantlıq nümunəsi olduğu xüsusilə diqqətə çatdırılıb. Bu, onu göstərir ki, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşaması beynəlxalq müstəvidə də olduqca yüksək qiymətləndirilir. Tarixin bütün dövrlərində Azərbaycanın dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə tolerantlıq nümunəsi olması aşkar reallıqdır. Prezident İlham Əliyev Forumda çıxışı zamanı qeyd edib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur: “Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir”.

 

Ümumiyyətlə, xalqımızın çoxəsrlik tolerantmehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdurbu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İlielan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. Bu da bizim tarixi irsimizi, kökümüzüdünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada multikulturalizm dəyərlərinin təşviqində mühüm rol oynayır. Prezident İlham Əliyevin dediyi kimi: Bizim tariximiz mədəni müxtəliflik tarixidirbu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir”.

 

 

 

Bəybala BƏYBALAYEV

 

Respublika.- 2021.- 20 iyun.- S.1;5.