Xocalı faciəsinin dəhşətləri

 

Tarix boyu Azərbaycan məmləkəti istilalara, qanlı savaşlara cəlb olunub və bu sınaqlardan, qanlı çarpışmalardan şərəflə çıxıb. Tarixin səhifələrini vərəqlədikcə, əbədi düşmənlərimiz olan ermənilərin zaman-zaman bizi cəlb etdikləri məqsədli münaqişələrinə, qondarma iddialarına rast gəlirik. Gəlmə olduqları halda özgə torpaqları hesabına “böyük Ermənistan” yaratmaq iddiasında olan bu haylar bizi bu günsonu görünməz münaqişəli bir gələcəyə təhrik etmək yolundadırlar. Yalaniftira ilə “yazıq”, “əzilmiş”, “hüquqları pozulmuşkimi bütün dünyada miskin görünüş formalaşdıran bu rəzil zümrənin “erməni soyqırımı” iftirası bir daha sübut edir ki, bu kütlə öz saxta arzularını reallaşdırmaqda israrlıdır.

 

Bu gün planlı şəkildə bütün Türk dünyasına yönəlmiş erməni terroru, məqsədli havadarları hesabına formalaşmış ideologiya maşını ədalətsiz olaraq dünyanı “erməni soyqırımı” yalanını əldə bayraq tutaraq, heç bir sübutsuz və əsası olmayan bufaktla davamlı olaraq dünyanı inandırmağa çalışırlar.

 

Tarix boyu Azərbaycan xalqı misli görünməmiş ədalətsizliklərlə qarşılaşıb, dağıdıcı müharibələrə, istilalara məruz qalıb. Təbiətən insanpərvər, humanist olduğumuzdan taleyimizə düşən çətinlikləri yaşamağa məhkum olmuşuq. Millətimizə qarşı edilən haqsızlıqlar yaddaş tariximizə ağrı-acılarla yazılıb. Biz bu vəhşiliklərə dözüb dayanmışıq, buna görə də bu gün tarixin ibrət dərslərindən lazımi nəticə çıxarmalı, buraxdığımız səhvləri təkrarlamamaq şərti ilə bu bəlaları dəf etməliyik.

 

Bəllidir ki, İrəvan şəhəri azərbaycanlıların yaşadığı İrəvan xanlığının mərkəzi olmuş, 1828-ci ildən başlayaraq Türkiyədən, Livandan, Suriyadanbaşqa ərazilərdən siyasi məqsədlə köçürülüb gətirilən ermənilər bizim əzəli torpaqlarımızda yerləşdirilmişdir. Yerli əhali bu gəlmələri mehribanlıqla, humanistcəsinə qarşılamış, onlara sığınacaq vermişlər. Lakin çox keçmədən ermənilər öz xəbisliyini gizlədə bilməmiş, millətimizə qarşı xəyanət etmişlər. Heç vaxt dövləti və ərazisi olmayan bu gəlmələr torpağımızda sığınacaq tapsalar da, tarix boyu bizə qarşı ədalətsiz və xəyanətkar olublar. Çünki onlar həmişə insanlığa yaraşmayan əməlləri ilə cinayətlər törətmiş, haqları olmayan böyük iddialarla yaşamışlar. Ötən əsrin əvvəllərində “böyük Ermənistan” yaratmaq niyyəti ilə yaşayan bu millət bütün zamanlarda xalqımıza qarşı terror, təxribat və soyqırımı törətməklə Azərbaycan torpaqlarına sahib olmaq kimi çirkin niyyətlərini həyata keçirmək istəmişlər. İki əsrdən çoxdur ki, onlar insanlığa sığmayan hərəkətlərlə iyrənc məqsədlərinə çatmaq istəyirlər. Bunun nəticəsidir ki, soydaşlarımız öz doğma torpaqlarından, dədə-baba yurdlarından dəfələrlə qaçqın düşmüşdeportasiya olunmuş, evləri yandırılmış, talan olunmuş, qocalar, qadınlar, körpələr amansızlıqla qətlə yetirilmişdir. Təəssüf ki, xalqımıza qarşı edilən haqsızlıqlara, bu qanlı cinayətlərə siyasi-hüquqi qiymət verilməmiş, baş verən hadisələr heç vaxt ardıcıl, sistemli şəkildə araşdırılmamışdır. Odur ki, ümummilli lider Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya haqqında” 18 dekabr 1997-ci il fərmanı xalqımızın başına gətirilən müsibətlərin öyrənilib dünya ictimaiyyətinə çatdırılmasına yönəldilmiş çox mühüm sənəd kimi qiymətləndirilməlidir.

 

Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq salınması üçün bir çox tədbirlər həyata keçirmişdir. Onun “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü haqqında” 1998-ci il martın 26-da imzaladığı fərman da bunun bariz nümunəsidir. Həmin fərman keçmiş SSRİ dövründə və ondan əvvəl ermənilərin yeritdikləri soyqırımı siyasətinin mahiyyətini açıqlayır, çar Rusiyasının, keçmiş Sovet İttifaqı rəhbərliyinin ikiüzlü, antihumanist hərəkətlərinin xronologiyasını obyektiv əks etdirir.

 

Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ümummilli liderimiz xalqa müraciət etmişdir. Müraciətdə deyilir: “Onilliklər boyu soyqırımı siyasəti total ideoloji təcavüz, türk və Azərbaycan xalqlarına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik şəraitində bu siyasət daha iyrənc və təhlükəli metodlarla davam etdirilmiş, azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi hal almışdır”.

 

Erməni tarixçiləri və ideoloqları uzun illər ərzində tarixi saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus yer adlarını, toponimləri dəyişdirmişlər. Onlar soydaşlarımıza öz dədə-baba torpaqlarında olmazın əzab-əziyyətlər vermişlər. Onlar bəşər tarixində insanlıqdan kənar monoetnik dövlət yaratmaqla qarşılarına qoyduqları məqsədə çatmışlar. İllərlə dünyaya yalanlar yayan erməni təbliğatına cavab verən olmamış, az-çox baş qaldırana isə millətçi damğası vurmuşlar.

 

Erməni başbilənləri, onların xarici havadarları, şair və yazıçıları öz əsərlərində, eləcə də rejissorları filmlərində türkləri vəhşi, qaniçən kimi göstərir, bir yerə toplaşdıqları zaman onların erməni xalqına qarşı amansızlıqları barədə dezinformasiya yayırlar. Buna görə də erməni gəncləri istər-istəməz türklərə nifrətlə tərbiyə olunurlar.

 

Artıq arxivə dönmüş keçmiş SSRİ və Ermənistanın xüsusi xidmət orqanlarının təşkil edib törətdikləri Sumqayıt hadisələrindən 33 ilə yaxın zaman keçir. Bunu da unutmamalıyıq ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıtda baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həlak olmuş, onlardan 26 nəfəri erməni, 6 nəfəri isə azərbaycanlı olub. Bu hadisəyə “Paşa” ləqəbli Eduard Robertoviç Qriqoryan rəhbərlik etmişdir. Məqsəd ermənilərdə azərbaycanlılara qarşı nifrət oyatmaqla Dağlıq Qarabağda separatçılığa başlamaqmuxtar vilayəti Ermənistana birləşdirməkdən ibarət idi. Bu tarixi hadisəni törətməklə ermənilər öz havadarlarının köməkliyi ilə Ermənistanda yaşayan 300 min nəfər azərbaycanlını öz ata-baba torpaqlarından didərgin saldılar. 1988-ci ilin sonunda Ermənistandan qovulmuş qaçqınları Azərbaycanın rayonlarında və Bakıda yerləşdirmək məqsədi ilə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” yaradıldı. Cəmiyyətin orqanı olan “Vətən səsi” qəzeti fəaliyyətə başladı. Azərbaycanın tanınmış ziyalıları, əslən İrəvandan olan alimlər və adamları soydaşlarımızı yalqız qalmağa qoymadılar, onlara arxa-dayaq oldular. Cəmiyyətin özündə, xüsusilə də professor, baş redaktor Teymur Əhmədovun rəhbərliyi altında çap olunan “Vətən səsi” qəzetində müntəzəm olaraq qaçqınların dərd-sərindən yazılar çap olunurdu. Hər kəs bu qəzeti alıb oxuyur, onu özlərinin həmdəmi hesab edirdilər. Qəzet insanların sabaha olan inamını ölməyə qoymurdu. 70 mindən çox tirajla çap olunan bu qəzetin fəaliyyət dairəsi olduqca geniş idi. Mən də cəmiyyətin əməkdaşı olduğumdan qaçqınların əziyyətli həyatı ilə tanış idim. Odur ki, ara-sıra bu qəzetin səhifələrində soydaşlarımızın ağrı-acılarından bəhs edən məqalələrlə çıxışlar edirdim.

 

O zaman xidməti vəzifəmlə əlaqədar bir neçə dəfə Şuşada olmuşdum. Bir gün Yevlaxdan vertolyotla Şuşaya uçurduq. Xankəndinin yaxınlığında Xocalı şəhərindəki inşaat işləri bizi həm sevindirir, həm də olduqca narahat edirdi. Erməni qaniçənləri belə bir şəhərin salınmasını heç vəchlə istəmirdilər. Mən Xocalı şəhərinin gələcək taleyini fikirləşəndə ürəyimə qorxu düşür, narahatçılıq keçirirdim. Həmin vaxtlar “Dədə Qorqud” dastanında yer almış belə bir fikri xatırlayırdım: “Əgər torpağı qoruya bilmirsənsə, onu əkib-becərməyə dəyməz”... Bizə torpağımızı qorumağa aman vermədilər...

 

1990-cı ilin 20 yanvarında sovet ordusunun bölmələri Azərbaycanın paytaxtı Bakı şəhərinə və respublikanın digər rayonlarına soxularaq, Rusiyanın Stavropol, KrasnodarRostovdan səfərbər olunmuş erməni əsgər və zabitlərinin, kursantların gücü ilə dinc əhalini gülləbaran etdilər. Nəticədə 137 nəfər müxtəlif ağır işgəncələrlə öldürüldü, 744 nəfər yaralandı və itkin düşdü. Bu qanlı hadisələr imperiya rəhbəri M.Qorbaçovunöz xalqına xəyanət edən respublika rəhbərliyinin günahı üzündən baş tutmuşdu...

 

1991-ci ilin axırları və 1992-ci ilin əvvəllərində Azərbaycan Qaçqınlar Komitəsində “Qarabağın Dağlıq hissəsində Qaçqınların işləri üzrə” şöbə müdiri vəzifəsində işləyirdim. O zaman Qaçqınlar Komitəsinin sədri Şakir Kərimov məni və komitə sədrinin müavini Müseyib İmaməliyevi xocalılıların qeydiyyata alınması və onların yerləşdirilməsi məsələsini həll etmək məqsədilə Ağdama ezamiyyətə göndərdi. Xocalılıların ağır dərdlərinə şərik olduq. O dəhşətləri yaşayan soydaşlarımızın vəziyyəti bizi rahat buraxmırdı. İnsanlar çıxılmaz bir vəziyyətə düşmüşdülər. Qarlı-şaxtalı fevral ayında ayaqyalın-başıaçıq yer-yurdlarından pərən düşən insanların bu halını görəndə ürəyimizin başı göynəyirdi. Bu vəhşilikdən gözləri doymayan, qaniçən ermənilərin Ağdamı gülləbaran etməsi, Qrad tipli silahlardan mərmi yağdırması insanları vahiməyə salmışdı. Ağdam mədəniyyət evində əslən Xocalıdan olan qəsəbə nümayəndələrinin, şəhər sovetinin, müəllim və ziyalıların iştirakı ilə sağ qalanlar qeydə alınır, yaralılar xəstəxanaya yerləşdirilirdi. Əlimizdən gələn bütün işlərə əl atırdıq ki, vəziyyəti bir qədər yüngülləşdirək, onlara yemək, papiros, paltar verirdik. İki gün idi ki, çox gərgin rejimində işləmişdik. Boğazımızdan nə bir tikə çörək, nə də su keçirdi. 1992-ci il fevralın 27-si idi. Axşama doğru mərhum Müseyib müəllim dedi ki, Ağdam Təhsil İdarəsinin qabağında bir çayxana var, gəl gedək orada bir balaca yemək yeyək, çay içək. Elə də etdik, axşam saat 7 tamamda əlimizi stəkana uzadıb çayı götürmək istəyəndə, ermənilər Ağdam şəhərini, mülki əhalini alazanlardan raket atəşinə tutdular. Evlərin pəncərə şüşələri şaqqaşaqla yerə səpələnirdi. Vay-şivən qalxdı. Gördüyüm vandalizm yaddaşımda silinməz acı bir xatirədir.

 

Beləliklə, iyirmi doqquz il əvvəl erməni təcavüzkarları Xocalıda, dağlıq Qarabağdan kənarda ən qanlı faciələr, soyqırımı törətdilər. Xocalıdakı kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi. 487 nəfər şikəst oldu, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

 

Ulu öndər Heydər Əliyev Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı tarixi-hərbi cinayət kimi qiymətləndirmiş, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə vəhşilik aktı olduğunu qeyd etmişdir. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı “Xocalı Soyqırımı Günüelan olunmuşdur.

 

Atalar demişkən: “Qisas qiyamətə qalmaz”. Nəhayət ki, ermənilər özlərini məğlubedilməz qalib kimi göstərsələr , ədalət Zəfər çaldı. Müzəffər, şanlı ordumuz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi qələbə qazandı. 2020-ci il yaddaşlarda silinməyən bir tarixə çevrildi. 30 il davam edən Qarabağ həsrətinə son qoyuldu.

 

Beləliklə , 2020-ci il bizim şanlı qələbə ili kimi tarixə düşdü. Bu qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

 

 

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2021.- 3 mart.- S.5.