Həqiqət anı

 

Ey tarixin yadigarı, müqəddəs məkan,

Qədim diyar, Odlar yurdu Azərbaycan.

Canımız, qanımız sənə qurbandır

İgid oğulların sənin arxandır.

Halal olsun əziz, Ali komandan!..

Yetişdirdin neçə-neçə qəhrəman.

Fitnəkar düşmənə vermədin aman

Köməyiniz olsun müqəddəs Quran.

Etimadın doğrultdun Ulu Öndərin,

Düşmənə qan uddurdu şanlı əsgərin,

Mərdlikdə, cəsarətdə yox bərabərin.

Kimin kim olması çıxdı sınaqdan

Bizə məlum oldu həqiqət bir an.

Doğma Türkiyəmiz, qardaş Pakistan

Mənəvi dəstəklə oldular həyan.

Dünyaya bəyan etdi Tayyib Ərdoğan

Tarixən qardaşıq, eyni millətik

Həmişə hər zaman birlikdəyik.

Ulu Öndərimiz dahi Heydərin

Bir millətik, iki dövlətkəlamı

Azəri türkünə bir nəsihətdir.

Turan zirvəsini fəth etmək üçün

Çağırır elləri türk birliyinə.

 

Nizami

 

ADA məktəbinin şagirdi

 

Respublika.- 2021.- 13 mart.- S.7.