Azərbaycanda ilk “Ağıllı kənd” layihəsi reallaşdırılır

 

 

Bu, dövlətimizin  iqtisadi gücünün, potensialının əməli nümayişinə çevrilir

 

Möhtərəm Prezidentimizin bölgələrə səfərləri hər zaman siyasi, iqtisadi əhəmiyyəti ilə yadda qalan tarixi hadisəyə çevrilir, mütləq yeni möhtəşəm layihələrin reallaşmasının şahidi oluruq. Ölkə başçısının işğaldan azad edilmiş rayonlara səfəri çərçivəsində yaxın gələcəkdə reallaşdırılması planlaşdırılan layihələrin icrasına da başlanıb. Onlardan biri də Zəngilan rayonunun Ağalı kəndində icra olunan Azərbaycanda ilk “Ağıllı kənd” layihəsidir. Erməni işğalından azad edilmiş ərazilərin dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması ilə yanaşı, orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.

 

 

Aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu kənddə olub, burada tikinti aparan şirkətlərin nümayəndələri, kənd sakinləri ilə görüşüblər. Prezident bildirib: “Bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də, qeyd etmək istəyirəm ki, biz buna xüsusi diqqət yetiririk. Bu layihənin uğurlu icrası sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulurbizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik.”

 

Bu eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə aparılcaq bərpa və yenidənqurma tədbirləri ilə bağlı ölkə başçısının düşünülmüş fundamental planlarının olduğunun mesajıdır.

 

Verilən məlumata görə, kənddə layihənin icrası əsasən beş komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. İnşa ediləcək iki yüz evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir. “Ağıllı kənd” layihəsi bir çox mühüm elementləri özündə birləşdirir. Onların arasında məktəblərdə elektron tədris və təlim mərkəzləri, onlayn təlim platforması, elektron tibbi xidmətlər, alternativ və bərpa olunan enerjidən istifadə, ağıllı suvarma sistemləri, elektron və SMS məlumatlandırma daxildir. Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxilixarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. Layihə “Ağıllı Dövlət İdarəçiliyi” istiqamətində elektron kənd təsərrüfatı, elektron xidmətlər, “bir pəncərə” sistemi, GİS əsaslı real zamanda nəzarət və ağıllı yerli idarəetmə imkanlarını da nəzərdə tutur.

 

“Ağıllı kənd” təkcə infrastruktur deyil, həm də yeni həyat tərzidir. Bu təkcə kənd təsərrüfatı ilə bağlı sahə deyil. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli sistemlərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinikaelektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in üstünlüklərə malik olduğunu göstərir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın artıq ağıllı kənd layihəsi ilə bağlı təcrübəsi var. Belə ki, hələ 2018-ci ilin noyabrında Qax rayonuna səfəri zamanı prezident İlham Əliyevə ilk dəfə olaraq ölkədə yaradılması planlaşdırılan “Ağıllı kənd” layihəsi təqdim edilmişdi.

 

“Ağıllı kənd” layihələri dünyanın müxtəlif ölkələrində həyata keçirilir və məqsədi kənd sakinlərinin həyatını yaxşılaşdırmaq və yaşayış səviyyəsini yüksəltməkdir. Dünyada “Ağıllı kənd”lər ideyası yeni deyilbir neçə ölkələrdə var. Avropada bununla bağlı çox böyük pilot layihələr reallaşdırılır. Bu layihələrə 100 milyonlarla avro pul yatırılır. Layihə “Smart villic pilot procekt” adlanır. HindistandaMikrocoftun dəstəyi ilə yaradılan böyük bir layihə isə elə bir yerdədir ki, orada heç mobil rabitə də yoxdur, yalnız xüsusi texnologiya ilə burada yüksək sürətli internet işləyir. Türkiyədə “Vodafonun dəstəyi ilə “Ağıllı köy” layihəsi var. Qazaxıstanda “Villic Qazaxıstan”, RuandadaSmart villic”, UkraynadaAvtonom ağıllı kənd” kimi layihələr var. Avropada bununla bağlı çox böyük pilot layihələr reallaşdırılır. Bu layihələrə 100 milyonlarla avro pul yatırılır. Beynəlxalq təcrübədə “smart village” dedikdə kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həlli və daha da önəmli olan kənd ərazilərində yeni iqtisadi imkanların yaradılması başa düşülür. “Ağıllı kənd” texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” texnologiyalarını tətbiq etməklə “azalma həlqəsinin” (circle of decline) yaranma ehtimalını da bloklaya bilərik. Həmçinin “smart-village” texnologiyaların tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, startap tipli mikrokiçik sahibkarlığın kənd əhalisi arasında geniş yayılmasına şərait yaradacaq. “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-startap fabrikinə çevirə bilər. Bütün dünyada “Ağıllı kənd” layihəsinin müəyyən məqsədləri var. Bunlardan biri insanların kənd yerlərindən şəhər yerlərinə axınının qarşısını almaqdır. Kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki, onların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə əlçatanlığı olsun. Layihənin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır. Üçüncü məsələ isə odur ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərindən yararlanmaq imkanı olmalıdır. Bütün bu məsələləri həll etmək üçün dünyada innovativ kənd layihələrindən istifadə edilir. Bura üç əsas komponent aiddir. Birincisi ağıllı infrastruktur və xidmətlər, ikincisi, ağıllı təsərrüfat və biznes, üçüncüsü, ağıllı dövlət idarəçiliyi.

 

Azərbaycanda kəndlə şəhər arasında hələ ki, müəyyən fərqlər var. Bu fərqlər özünü həm təhsildə, həm səhiyyə xidmətlərində, həm də enerji təminatı və kommunal xidmətlərdə aydın göstərir. “Ağıllı kənd”in yaradılması üçün xərclər burada görüləcək işlərdən asılıdır. Ölkənin ümumi investisiya siyasətinə baxanda bu layihənin əhəmiyyəti o qədər yüksəkdir ki, bu məbləğ onun yananda kiçikdir. Qalib Azərbaycanın iqtisadi gücü, maliyyə imkanları nəzərdə tutulan layihələrin uğurla reallaşmasına təminat verir. Bu layihələrin ilk olaraq işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilməsi ölkəmizin həmin əraziləri hansı sürətlə bərpa etmək iddiasında və iradəsində olduğunun göstəricisidir. Burada 200-dən çox ev, məktəb, uşaq bağçası, poliklinika tikiləcək, yerləri yaradılacaq. Möhtərəm Prezidentimiz deyir: “Bu gün mənə verilən təqdimatda göstərilir ki, böyük ferma - camış ferması yaradılacaq, pendir istehsal ediləcək, burada əkin sahələri nəzərdə tutulub, su elektrik stansiyası olacaq, yəni, bütün şərait. Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir”.

 

Bununla, “Ağıllı kənd” layihəsinin reallaşması ilə ölkəmizdə yeni mütərəqqi, modern kənd və şəhərlərin salınmasına başlanır. Bu da vətəndaşların həyat səviyyəsinin, sosial rifahının yüksələcəyini təsdiq edir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfəri çərçivəsində yaxın gələcəkdə reallaşdırılması planlaşdırılan layhələr və bu “Ağıllı kənd” platforması texnologiya vasitəsilə ucqar ərazilərdə davamlı inkişaf hədəflərinin həyata keçirilməsinin necə səmərəli şəkildə sürətləndiriləcəyini nümayiş etdirən çoxtərəfli təşəbbüsdür. Bu model vasitəsilə dövlətimiz ictimai xidmətlərin səmərəliliyini və təhlükəsizliyini artırmağı, maliyyə xərclərini azaltmağı, şəffaflığı və yaxşı idarəetməni təmin etməyi hədəfləyir. “Ağıllı kənd” layihəsi təkcə müasir dövrün inkişaf tələbləri ilə uyğunlaşmaq cəhdi, məqsədi deyil. Bu, eyni zamanda Azərbaycanda, xüsusilə də, kənd yerlərində əhalinin yaşayış səviyyəsini, əhaliyə dövlət və ictimai xidmət sferalarının səviyyəsini yüksəltmək və ölkəmizin kəndləri arasında bütün istiqamətlər üzrə səviyyələrin bərabərləşdirilməsinə nail olmaqdır. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılması istər şəhər, istərsə də kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həllinə və xüsusilə də kənd ərazilərində yeni iqtisadi imkanların yaradılmasına öz müsbət təsirini göstərəcək. Xüsusilə də “ağıllı kənd” layihəsi kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatının formalaşmasına da öz müsbət töhfəsini verəcək. Mütəxəssislər əmindirlər ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq. Ən əsası, bu layihələrin həyata keçirilməsi nəticəsində Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyi də artacaq. Azərbaycan hökumətinin əsas məqsədlərindən biri də məhz bundan ibarətdir. Bununla Azərbaycanda yeni müasir texnologiyalara əsaslanan iinkişaf mərhələsinə qədəm qoyulur.

 

 

 

Mustafa Kamal

 

Respublika.- 2021.- 2 may.- S.2.