Ekoloji təmiz alternativ enerji mənbəyi

 

3 may Beynəlxalq Günəş Günüdür

 

 

Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri, orta ölçülü Yerə ən yaxın ulduz olan Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Radiasiya formasında yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-i qədərdir. Öz oxu ətrafında Günəş saatda 70000 km sürətlə hərəkət edirbir dövrəsini təqribən 25 gündə tamamlayır. Səthinin istiliyi 5500 0C, nüvəsinin istiliyi isə 15,6 milyon 0C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır. Qalan enerji boşluqda yox olur. Günəşin şüaları 8,44 dəqiqəyə Yerə çatır. Cazibə qüvvəsi Yerin cazibə qüvvəsindən 28 dəfə çoxdur. Kütləsinin 74%-ni və həcminin 92%-ni təşkil edən hidrogen, kütləsinin 24-25%-ni və həcminin 7%-ni təşkil edən helium başda olmaqla Fe, Ni, O, Si, Mg, Ne, Cas. kimi elementlərdən ibarətdir. Günəş şüaları atmosferdən keçərkən qırılır və bu səbəbdən də Günəş Yerdən baxan müşahidəçi üçün sarı rəngdə görünür.

 

 

Yer Kürəsinin atmosferini formalaşdıran Günəş bitkiheyvanlar aləminə lazım olan istiliyi və işığı verir. Dünya ekoloqlarının rəyinə görə, Günəş olmadan bizim planet mövcud ola bilməzdi. 1978-ci ildə ABŞ Prezidenti Cimmi Karter tərəfindən təsis edilən Günəş Gününün qeyd edilməsində əsas məqsədlərdən biri günəş enerjisindən istifadəni dəstəkləməklə alimlərə Günəşlə Yer arasında əlaqə, Günəşin hərəkətini, aktivliyini, kosmik hava şəraitini müəyyən etməyə kömək etməkdir.

Günəş sistemi ilə birlikdə Bizim qalaktikanın mərkəzi ətrafında hərəkət edirondan təqribən 25-28 min işıq ili uzaqlıqda yerləşir. Günəş qalaktika mərkəzi ətrafında sürəti təqribən saniyədə 220 kilometrdir olmaqla bir dövrənü təqribən 225-250 milyon ilə tamamlayır. Bu da 1400 işıq ilinə bərabər məsafə qət etməsi deməkdir. Yer üzünə düşən sutkalıq günəş enerjisi dünyada istifadə olunan illik enerjidən təxminən 1,5 dəfə çoxdur. Beynəlxalq Enerji AgentliyininQlobal enerji və CO2 statusu hesabatı”na görə 2018-ci ildə qlobal günəş enerjisi gücü 2017-ci ilə nisbətən 24% və ya 94 Qegavat (QVt) artaraq 485 QVt-a çatıb. Hazırda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalında günəş enerjisinin payı 20%-dən yuxarıdır.

Azərbaycanın günəş enerjisi üzrə iqtisadi potensialı 23 min Megavat (MVt)-dan çoxdur. Respublikada günəş elektrik stansiyalarının ümumi gücü 37 MVt təşkil edirdaha 50 MVt gücün istifadəyə verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125 faizinin istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olar. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları parnik effekti yaratmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var - o da atmosferin vəziyyətindən, gününilin vaxtından asılılıqdır.

Qeyd edək ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) dərc etdiyi yeni araşdırmaya görə qlobal günəş enerjisi gücü 2050 ilə qədər hər il 9 faiz artacaq. Future of Solar Photovoltaic - Günəş PV-nin gələcəyi” adlı hesabata əsasən, 2018-ci ildə 480 QVt olan qlobal günəş enerjisi gücünün 2050-ci ilə qədər 8000 QVt-a qədər artacağı proqnozlaşdırılır. 2050-ci ilə qədər dünyada yeni bazarlar formalaşdıqca qlobal elektrik enerjisi tələbinin dörddə biri günəş enerjisi ilə təmin ediləcək. Xüsusilə Latın Amerikası və Karib dənizi bazarının 2050-ci ilə qədər 40 dəfədən çox artacağı gözlənilir.

Araşdırmalara görə, günəş enerjisi paylanmasını sürətləndirmək enerji qaynaqlı karbon tullantılarını 2050-ci ildə 21 faiz azalda bilər. 2050-ci ilə qədər Asiya qlobal quraşdırılmış günəş enerjisi gücünün 50 faizdən çoxuna, Şimali Amerika 20 faizinə, Avropa isə 10 faizinə sahib olacaq. Proqnozlara nail olmaq üçün günəş enerjisinə illik investisiya qoyuluşları 2018-ci ildəki 114 milyard dollardan 2050-ci ildə 192 milyard dollara qədər artırılmalıdır. Günəş PV üçün qlobal səviyyələndirilmiş elektrik enerjisinin dəyəri (LCOE) 2018-ci ildə bir kVt-saat üçün orta hesabla 8,5 sentdən 2030-cu ilə qədər hər kVt-saat üçün 2-8 sent, 2050-ci ilə qədər isə hər kVt-saat üçün 1,4-5 sent arasında dəyişəcək.

Günəş enerjisi bazarı sənayedəki yeniliklər sayəsində sürətlə inkişaf edən bir sənaye olmağa davam edəcək. Qlobal günəş enerjisi sənayesi məşğulluq qabiliyyətini 4 qat artıraraq 4,4 milyon nəfərdən 18 milyon nəfərə çatdırmaq potensialına malikdir. Son 10 ildə dünya üzrə şəbəkəyə qoşulmadan istifadə edilən günəş PV quraşdırılmış gücü 10 dəfədən çox artıb, 2008-ci ildə təxminən 0,25 QVt olan güc 2018-ci ildə 3 QVt-a çatıb.

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, həmçinin, onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istifadə zərurətini yaradır. Məlum olduğu kimi, dünyanın əksər inkişaf etmiş ölkələrində, həmçinin ölkəmizdə günəş və külək enerjisi, hidroenerji, termal sular və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən istifadə edilir

Günəş enerjisi ən ucuz elektrik enerjisi növü hesab edilir. Bir günəş paneli 1 kilovat-saat enerji istehsal edir. Azərbaycanda isə nəzərə alsaq ki, bir ev gündə ortalama 8-10 kilovat-saat enerji sərf edir, azı 5 ədəd 250 vattlıq günəş paneli lazımdır. Bir evin günəş enerjisini istehsal edən avadanlıqla təhciz olunması evin enerji işlətmə gücündən asılıdır. Günəş enerjisi günəş işığından enerji əldə edilməsi texnologiyasıdır. 1983-1984-cü illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Azon zavodunun Kristal Sexinin bazasında monokristal silisium lövhələr üzərində fotoelektrik çeviricilərinin günəş elementləri istehsal olunmuşdur.

Azərbaycanda günəş şüalanmasının davamiyyəti 2400-3200 saata qədər müşahidə olunur. Həmçinin Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, demək olar, bu regionda Günəş energetikasının inkişafı daha perspektivlidir. Azərbaycan Respublikasında günəş enerjisinin iqtisadi potensialı 20,000 meqavat həcmində qiymətləndirilir. Qəbul edilmiş dövlət proqramları struktur islahatları nəticəsində 2009-cu ildən başlayaraq dövlət qeyri-dövlət müəssisələri tərəfindən ölkəmizdə bu istiqamətdə işlər görülüb, yeni elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Bunlara Qobustan, Suraxanı, Pirallahı, Samux Qaradağ rayonu, Sumqayıt şəhərini nümunə göstərə bilərik. Ölkədə külək günəş enerjisi istehsalında ciddi artım müşahidə olunub. Belə ki, küləklə işləyən stansiyaların istehsalının 7,1%-i 1,5 milyon kilovat/saata, Günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 72,7% bərabərdir.

Energetika Nazirliyindən verilən məlumata görə, ölkəmizin iqtisadi cəhətdən əlverişli texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələri üzrə potensialı 27 QVt kimi qiymətləndirilir ki, bu potensialın 23 QVt-dan bir qədər artıq hissəsi günəş enerjisinin payına düşür.

Hazırda ölkəmizdə günəş enerjisi üzrə elektrik stansiyaların qoyuluş gücü 40 MeqaVatt (MVt) (9 günəş elektrik stansiyası, 1 hibrid elektrik stansiya) təşkil edir. Qobustanda yerləşən hibrid elektrik stansiyasında 2,7 MVt gücündə külək, 3 MVt gücündə günəş 1 MVt gücündə bioenerji əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 27 MVt olan 2 günəş elektrik stansiyası fəaliyyət göstərir. Şərur rayonunda ilkin mərhələdə gücü 5 MVt olacaq yeni günəş elektrik stansiyasının tikinti işlərinə başlanılmışdır.

2011-2013 2014-2016-cı illərdə Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Bakı şəhərində ictimai sosial binalarda, məktəb səhiyyə müəssisələrində günəş panelləri istilik nasosları quraşdırılıraq bununla da bərpa olunan enerji mənbələri hesabına bu obyektlərin istilik elektrik enerjisi ilə təminatına töhfə verilmişdir.

2020-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 25,8 milyard kVt-saat təşkil etmişdir ki, bunun 47 mln. kVt-saat günəş elektrik stansiyalarında istehsal edilmişdir. Cari ilin ilk rübündə isə ölkəmizdə fəaliyyət göstərən günəş elektrik stansiyalarında 9,2 mln. kVt-saat həcmində enerji istehsal olunmuşdur.

Alternativ enerji mənbələri texnologiyalarından ekoloji cəhətdən səmərəli olan günəş panellərindən ABŞ-da, Çində, Avstraliyada, Macarıstanda, Fransada, İngiltərədə geniş istifadə olunur.

 

Bəybala BƏYBALAYEV

 

Respublika.- 2021.- 2 may.- S.6.