Şərəfli ömür yolu

 

Fizika-riyaziyyat elmləri doktoru, professor Şəmsəddin Mütəllim oğlu Mütəllimov 1941-ci il may ayının 20-də Siyəzən rayonunun Ağ Siyəzən kəndində anadan olmuşdur. O, ibtidai təhsilini doğulduğu kənddə, 7 illik təhsilini isə qonşu Xişkədar kəndindəki məktəbdə almışdır. Mütəllimovlar ailəsinin Siyəzən rayonuna köçməsi ilə əlaqədar olaraq Şəmsəddin təhsilini rayonun C.Cabbarlı adına orta məktəbində davam etdirmiş və 1958-ci ildə oranı bitirmişdir.

II Dünya müharibəsi Şəmsəddingilin ailəsindən də yan keçməmişdir. Belə ki, onun atası Mütəllim və iki əmisi bu müharibədə həlak olmuşlar. Anası Xədicə xanım atasız qalmış üç övladını boya-başa çatdırmış və onların həyatda zəhmətkeş, əqidəli, əsl vətəndaş kimi formalaşmasında böyük əmək sərf etmişdir.

Şəmsəddin orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1965-ci ilin yanvarında həmin fakültəni bitirmişdir. Təhsil müddətində fakültənin ictimaiidman həyatında fəal iştirak etmiş, güləş üzrə birinci dərəcəli idmançı normasını yerinə yetirmiş, həmçinin Tələbə elmi cəmiyyətinin fəal üzvü olmuşdur.

Universiteti başa vurarkən Ş.Mütəllimova fakültə elmi şurasının qərarı ilə aspiranturaya daxil olması tövsiyə edilmişbu məqsədlə Azərbaycan EA-nın RiyaziyyatMexanika Elmi-Tədqiqat İnstitutuna göndərilmişdir. 1965-ci ilin dekabrına kimi həmin institutunDinamiki möhkəmlik” laboratoriyasında baş laborant vəzifəsində işləmişdir.

Ş.Mütəllimov 1965-ci ilin dekabrında aspiranturaya daxil olurMoskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Dalğaqaz dinamikası kafedrasına ezam edilir. Bu kafedranın yaradıcısı və rəhbəri iki dəfə SSRİ Dövlət Mükafatı laureatı (1949, 1974), Əməkdar elm xadimi, akademik Xəlil Əhmət oğlu Rəhmətulin (1909-1986) idi. X.Rəhmətulin paraşüt nəzəriyyəsinin, çevik rabitələrə bərk cismlə zərbə nəzəriyyəsinin, bütöv mühitdə elastik-plastik, boşalma dalğaları yayılması nəzəriyyəsinin yaradıcısı və bundan başqa, qrunt nəzəriyyəsində yeni elmi ideyalar yaradan böyük mexanik alim olmuşdur.

O, 1969-cu ilin dekabrında namizədlik, 1988-ci ilin yanvarında SSRİ EA-nın Sibir bölməsində Novosibirskdə “Bərk cisimlə zərbə vaxtı çevik rabitələrdə dalğa dinamikasının bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1982-ci ildə dosent, 1992-ci ildə professor elmi adına layiq görülmüşdür.

Müasir texnikanın çoxsaylı sahələrində intensiv, qısamüddətli dinamik yüklənmənin təsiri altında işləyən çevik materiallarından düzəlmiş konstruksiyaların gərginlik vəziyyətini təyin etmək böyük əhəmiyyət kəsb edir. Belə ki, təsir yüksək sürətlə hərəkət edən cismlərin toqquşmasından baş verirsə, bu problemi daha da aktuallaşdırır. Müxtəlif həndəsi, fiziki xüsusiyyətlərə malik obyektlərin böyük sürətlə toqquşması, bütövlükdə bu obyektlərdə deformasiya olunan bərk cismlər mexanikasının dalğa dinamikası məsələlərinin həllinə gətirilir.

Bu problemlərin hər konkret hal üçün riyazi modelini qurmaqonu həll etmək mürəkkəb məsələdir. Digər tərəfdən belə məsələlərin analitik həllini qurmaq çox vacibdir, çünki bu problemin analitik həlli baş vermişbaş verəsi fiziki prosesdəki xüsusiyyətləri tam qiymətləndirməyə imkan verir. Digər tərəfdən, analitik həll müxtəlif oxşar proseslərin həllinin qiymətləndirilməsi üçün etalon sayıla bilər.

Çevik konstruksiyalar (sap, tros, membran) bərk cismlə zərbə vaxtı yaranmış fiziki proseslərin riyazi modelləşməsi və problemin həlli XX əsrin ortalarında akademik Xəlil Rəhmətulin tərəfindən yaradılmışdır.

Bununla belə bu sahədə mövcud olan bəzi elmi ziddiyyətlər, xüsusən kəskin dalğa cəbhəsində sərhəd şərtlərinin fiziki prosesdə ziddiyyətin yaranması, konstruksiyanın mexaniki xüsusiyyətlərindən, konstruksiyanın və vuran cismin həndəsi formasından, vuran cismin sürətindən, vuran və vurulan cismlərin səthləri arasında sürtünmə əmsalından asılı olaraq, vurulan konstruksiyanın dağılma xarakterimümkün ola bilən dağılma sxeminin verilməsi kimi problemlərin həlli açıq qalmışdır.

Bu proseslər çox qısa vaxt müddətində baş verdiyindən problemin təcrübə yolu ilə texniki həlli qeyri-mümkündür.

Ona görə bu işdə analitik həllə üstünlük verilir. Professor Ş.Mütəllimov bərk cismlə çevik konstruksiyalara zərbə nəzəriyyəsində fiziki prosesi xarakterizə edən əsas parametrləri nəzərə almaqla güclü kəsilmə dalğa cəbhəsində müxtəlif hərəkət rejimlərinin mövcudluğunu aşkar etmiş və rejimlərin riyazi modelini vermişdir. O, elmi ədəbiyyatda ilk dəfə olaraq kəskin dalğa cəbhəsində müxtəlif rejimlərə uyğun sərhəd şərtlərinin təsnifatını vermişdir.

Ş.Mütəllimov ilk dəfə konkret olaraq bərk cismlə konus, paz (itiya küt paz) müstəvi membrana, düz xətli sapa, zərbə vaxtı vurulan materialın dağılması və dağılmadan sonra materialın fiziki vəziyyətini müəyyənləşdirmişdir. Məsələlər səs sürətindən böyük, səs sürətindən kiçik hərəkət rejimləri üçün analitik həll olunmuşdur.

İlk dəfə olaraq səs sürətindən böyük hərəkət rejimlərində kəskin dalğa cəbhəsi arxasında çevik konstruksiyanın (elaktik sap, elastik membran) “bürüşməsi” aşkar olunmuşdur. Bununla da elmi ədəbiyyatlarda ziddiyyət yaradan məsafə aradan götürülmüşdür.

Alınmış dalğa dinamikasına dair əldə etdiyi nəticələr monoqrafiyasında və elmi məqalələrində öz əksini tapmışdır.

Ş.Mütəllimov iqtisadi məsələlərin riyazi modelləşməsi sahəsində də əhəmiyyət kəsb edən maraqlı tədqiqat işləri aparmışdır:

1. O, iqtisadi qarşılıqlı əlaqələri olan obyektlərdə (zavod, fabrik, istehsal müəssisələrində) istehsal olunan məhsulların artımının riyazi modelini yaratmışdır.

2. Müxtəlif xalqlardan ibarət (Şəhər, ölkə, ...) regionlarda yaşayan xalqların sayını təyin etməyin riyazi modelini vermişdir.

Hər iki məsələnin həlli sabit əmsallı normal adi diferensial tənliklər sisteminin həllinə gətirilir.

Ş.Mütəllimov 1968-ci ildə Azərbaycan EA-nın RiyaziyyatMexanika İnstitutunun “Möhkəmlik” şöbəsində kiçik elmi işçi, sonra baş elmi işçixüsusi konstruktor bürosunda “Yüksək sürətlə gedən proseslər” laboratoriyasının rəhbəri, 1979-cu ilin fevral ayında Gəncədə Azərbaycan Politexnik İnstitutunun filalında Ali riyaziyyat kafedrasında baş müəllim, 1982-ci ildən dosent vəzifəsində, 1989-1990-cı illərdə Azərbaycan Texnologiya İnstitutunun Mexanika fakültəsinin dekanı, 1990-1992-ci illərdə Tətbiqi riyaziyyat kafedrasının müdiri işləmişdir.

1992-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunun rektoru olmuşdur. Şəmsəddin müəllim Azərbaycan Texnologiya İnstitutunda işləməklə yanaşı, 2006-2018-ci illərdə Mingəçevir Politexnik İnstitutunun Ali riyaziyyat kafedrasında professor vəzifəsində işləmişdir.

Xidmətlərinə görə Ş. Mütəllimov Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Texnologiya Universitetinin fəxri fərmanı və Universitetin 50 illik (1970-2020) yubileyi ilə əlaqədar Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.

80-dən artıq elmi məqalənin, bir neçə dərs vəsaitinin, metodiki göstərişlərin müəllifi olan Ş.Mütəllimov hazırda Azərbaycan Texnologiya Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının məsləhətçi professorudur.

O, respublika təhsil sisteminin forma və məzmunca keyfiyyətli inkişafının tərəfdarıdır. Elm və təhsili millətin onurğa sütunu hesab edir.

Tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru Ş.Mütəllimov sadə, təvazökar və nəcib insani keyfiyyətlərə, qeyri-adi elmi erudisiyaya və təşkilatçılıq qabiliyyətinə malik olub, onu tanıyan elmi ictimaiyyət və Azərbaycan Texnologiya Universitetinin kollektivi arasında böyük nüfuz və hörmət qazanmışdır.

Tükənməz enerjiyə malik bu gözəl insan, həm də çox qayğıkeş ailə başçısıdır. Şəxsiyyətinə çox böyük hörmət etdiyimiz əsl ziyalı, professor Şəmsəddin Mütəllimova cansağlığı və bütün işlərində yeni-yeni uğurlar arzulayırıq.

 

Məhəmməd MEHDİYEV,

akademik, fizika-riyaziyyat elmləri doktoru, professor,

Tahir MƏMMƏDOV,

dosent, riyaziyyat üzrə

fəlsəfə doktoru.

 

Respublika.- 2021.- 2 may.- S.7.