Mənəvi saflıqdan yaranan poeziya

 

 

Sabir Nemətzadə bədii-estetik baxışlarında olduğu kimi, yaratdığı roman, povest və hekayələrində də mənəvi amillə gələcəyi vəhdətdə götürmüş, real həyat prinsiplərini bədii yaradıcılığın da mühüm elementlərindən hesab etmişdir. Həyatın qayğıları həmişə onu məşğul etmişbir yazıçı, şair kimi insanın mənəvi aləmini, daxili dünyasını açmaq üçün bədii vasitə kimi bundan istifadə etmişdir.

 

 

 

S.Nemətzadə həmişə öyrənir, daima sadə adamların arasında yaşamağı, onları sorğu-suala tutmağı, müşahidə etməyi, onların dil və ləhçələrini yadda saxlamağı sevir. O, hər şey barədə zövqlə danışır və bunun bütün ətrafdakılar üçün də maraqlı olduğuna bir dəqiqə belə şübhə eləmir. Əlbəttə ki, hal-əhli üçün, sözə-söhbətə qiymət verənlər üçün maraqlıdır Sabir Nemətzadə.

 

Şair və yazıçılar arasında öz səmimiliyi, sadəliyi ilə fərqlənir. Sabir köhnə kişilər, vəfalı və sədaqətli tələbələri ilə olan sevgisini heç vaxt yazıçılara olan sevgisinə qurban vermir.

 

Həyat - qısa bir karvan yoludur ki, mənzilləri və mərhələləri vardır. İnsanın həyatdakı hədəfi gərək bu olsun ki, öz varlığından və ətrafında olanların varlığından mənəvi təkamül yolunda istifadə etsin. Biz o halda dünyaya daxil oluruq ki, özümüzün dərhal ayağa durmağa ixtiyarı yoxdur. Körpə oluruq və təsir altında oluruq. Ancaq tədricən ağlımız inkişaf edir, ixtiyar sahibi oluruq. İnsan gərək doğru düşünsün, kamala çatsın. İnsanın mənəvi, mənalı ömrü gərək ona fərəh versin. İnsanın əzəməti onun yaxşı qəzəl, şeirya nəsr əsəri yaratmağında deyil, onun əzəməti büllurpak dilindədir, əzəməti sətirlərinin arasında gizlənmişdir. Az sözlə çox məna verən söz. Sanki bu gün yenilikçilərin və ənənəçilərin yarışı gedir.

 

Yazıçı insanların ürəyindən xəbər verən sözləri qələmə almışdır. Sabir Nemətzadə milli yazardır. O, hansı janrda yazırsa-yazsın, uğurlu alınır. Gənc yaşlarından ədəbiyyata, poeziyaya marağı yaranıb və ilk şeirini də səkkizinci sinifdə oxuyanda “Azərbaycan pioneri” qəzetində çap etdirib.

 

Xalqın elmi, mənəvi, intellektual potensialının formalaşmasında ziyalılar aparıcı rola malikdirlər. Belə ziyalılardandır Sabir Nemətzadə. O, öz əsərləri ilə hər bir vətəndaşdan öz mənafeyini bütünlüklə və sözsüz olaraq ümumdövlət dəyərlərə uyğun yanaşır. Bu ümumdövlət xalq birliyindən yarandı Qarabağda qələbəmiz. Bir xalq bir yumruqda birləşə bildi.

 

Öz əsərləri ilə hər bir vətəndaşdan öz mənafeyini bütünlüklə və sözsüz olaraq ümumdövlət mənafeyinə tabe etməyi oxuculardan tələb edir, müharibə aparan dövlətin mənafeyi naminə bütün şəxsi şeylərin hamısını - sevgini də, qonşuluq və dostluq əlaqələrini də fəda etməyə çağırır. Ali Baş Komandanın çağırışına qoşularaq: “Qarabağ Azərbaycandır!” deyir. Sabir əsərlərində oxucunun əqlinə müraciət edir, onu məntiqi mühakimələr yolu ilə inandırmağa çalışır.

 

O, pis vəziyyətə düşmüş qəhrəmanın da halına “acıyır” və onun halına yanır. Bəzən həyatda heç kəsin danışmadığı süni, ağır və çətin başa düşülən kitab dilindən istifadə edir. Yazıçı çalışır ki, sadə dildə “hamı necə danışırsa”, eləcə də yazsın və o, bu sahədə müvəffəqiyyət qazana bilmişdir.

 

Yalnız onu tanıyanlar bilir ki, 2 cildli “Sarıtorpaq” romanı asan yazılan əsər deyildirbu əsəri yazmaqdan əvvəl bir neçə il inadla çalışmış və axtarışlar etmişdir. Əlbəttə, bu işdə, tarixi gözəl bilən, xeyirxah və gözəl insan Mikayıl İsmayılovun da xidmətləri az olmamışdır.

 

Qulluqdan pedaqoji fəaliyyətəcən daim yaradıcılıq sorağında olmuşdur. Sabir Nemətzadə çox maraqlı əsərlər yaratmışdır. Çox təəssüf ki, onun kitablarının tirajı yüzdən çox olmur. Lakin çoxsaylı təqlidçilər öz zəif və solğun əsərlərilə Sabirin yaratmış olduğu orijinalbu dövr üçün yeni olan ədəbi üslubu tamamilə ədəbi hala gətirsə də, ona bəslənən münasibət başqa cürdür. Bununla belə Sabir yaradıcılığı mütərəqqi və səmərəli cəhətləri - onun sadə adamlardan tutmuş mürəkkəb xarakterli obrazların həyatını və hisslərini təsvir etməyə cəhd etməsi, Azərbaycan dilinin saflığı və gözəlliyidir.

 

Yaradıcılıq - idrakın ən yüksək mərhələsi kimi müəyyənləşir. Burada bədii təxəyyülün və yaradıcı qabiliyyətlərin formalaşdırılması onların gələcək fəaliyyətlərindən ötrü mühüm əhəmiyyət kəsb edir.

 

S.Nemətzadənin oğlu - Samir Nemətzadənin vaxtsız dünyadan köçməsi onun içini yandırır. Ancaq hərdən özünə təsəlli verərək deyir: “Mən oğluma əlvida demədim, tezliklə görüşənədək, dedim”.

 

Biz hər şey üçün - onun böyük insanlığı üçün, onun zərif istedadı üçün, öz ölkəsinə məhəbbəti üçün, öz xalqının səadətinə bəslədiyi yenilməz inam üçün və nəhayət, ədəbiyyatımızın, poeziyamız ilə kiçicik təmasdan alovlananheç vaxt unudulmayan qabiliyyəti üçün Sabir Nemətzadəyə uzun ömür, cansağlığı arzulayırıq.

 

Rasim NƏBİOĞLU,

filologiya elmləri üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2021.- 4 may.- S.9.