Zəfər payın mübarək, Azərbaycan sərhədçisi!..

 

Sərhəd!.. Hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biri. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin toxunulmazlığı, ərazi bütövlüyü... Sərhəd dedikdə həm də bunlar nəzərdə tutulur.

 

 

 

Azərbaycan da uzun illər bir sərhəd respublikası kimi yaşayıb. Hələ Sovet İttifaqının tərkibində olarkən bu böyük ölkənin cənub sərhədlərinin bir hissəsini Azərbaycan ərazisindən keçən sərhəd xətləri təşkil edirdi. Bu mənada sərhəd, onu qorumaq prinsipləri, mexanizmi bizim üçün tanışdır. Bu gün müstəqil Azərbaycan dövlətinin sərhədləri bir neçə dəfə artıb və bu dövlət yaşadıqca o sərhədlər də göz bəbəyi kimi qorunmalıdır.

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yarandığı gündən üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirib, Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, müasir sərhəd gözətçi gəmiləri ilə, silahsursatla təchiz olunub, istənilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə qadir hərbi quruma çevrilib.

 

Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin, Sərhəd Nəzarətinin formalaşdırılması və nümunəvi hərbi birləşmə səviyyəsinə yüksəldilməsi əldə olunan ən mühüm nailiyyətlərdəndir.

 

Azərbaycan sərhədçisi öz sözünü bizi böyük qələbəyə aparan 2016-cı ilin aprel döyüşlərində də dedi. Belə ki, əks-hücum əməliyyatı zamanı müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının darmadağın edilməsi zamanı keçirilən uğurlu əməliyyatlar düşməni mübarizəni dayandırmağa məcbur etdibu qələbənin əldə olunmasında Azərbaycan sərhədçiləri böyük şücaət göstərdilər.

 

2018-ci ilin dekabr ayında Ermənistan ilə dövlət sərhədinin QazaxAğstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin onlara etibar edilməsi hər bir sərhədçiyə qürur hissi yaşatdı. Bu, Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə inam və etimadının növbəti ifadəsi idi.

 

Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan və Azərbaycan Sərhəd Mühafizəsi tarixində yeni səhifə açan bu tapşırığı ən yüksək səviyyədə icra etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi potensialı ciddi səfərbər olundu, sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidmət və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görüldü.

 

Dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlimrelyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərimiz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə həmişə hazır olub. Çiyinlərində “Zəfərə doğru!” daşıdığı müzəffər bayrağımızı Şuşada, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə, Xankəndidə dalğalandıracağına, dövlət sərhədlərimizin bütövlüyünü təmin edəcəyinə inanırdı, Azərbaycan sərhədçisi.

 

44 günlük Vətən müharibəsində o, bir daha gücünü düşmənə göstərdi. günlərdə Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qeyd etdi ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı yerinə yetirdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onları torpaqlarımızdan qovdu.

 

Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədinin tam, işğal altında olmuş 132 kilometr sərhədin bərpa edildiyini, müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin görülməyə başlandığını, yeni açılan hərbi hissənin isə görülən işlərin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. İran “Azərbaycan sərhədi dostluq sərhədidir. Bu sərhədin qorunması Azərbaycan-İran əlaqələrinin inkişafı üçünçox böyük önəm daşıyır. Bizim İran İslam Respublikası ilə digər istiqamətlərdə sərhədimiz varbu, sözün əsl mənasında dostluq, əməkdaşlıq sərhədidir. Hər iki ölkənin sərhəddən keçən vətəndaşları bundan faydalanırlar. Eyni zamanda, ildən-ilə artan yüklərin həcmi Azərbaycan-İran əlaqələrinin inkişafından xəbər verir”.

 

Onu da qeyd edək ki, Azərbaycan-İran dostluğunun rəmzi olan Xudafərin körpüsü də sərhədə yaxın məsafədədir. Xudafərin körpüsü Müstəqillik Günündə - keçən il oktyabrın 18-də düşməndən azad edilibbu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamış, məhz bu istiqamətdən başlayan azadlıq mübarizəsi ordumuzun qələbəsi ilə başa çatmışdır. Bu ərazidə gedən şiddətli döyüşlərdə itkilərimiz olsa da əsgərlərimiz hər gün irəli gedir, hər bir kənd uğrunda mübarizə aparırdı. Həmin döyüşlərin əhəmiyyətindən danışan dövlət başçısı İlham Əliyev bu istiqamətdə ermənilərin əks-hücum əməliyyatının Azərbaycan Silahlı Qüvvələri tərəfindən alındığını, düşmənin böyük sayda itki verdiyini, onlarla texnikanın məhv edildiyini dedibu döyüşləri “ermənilərin sonunun başlanğıcı” kimi dəyərləndirdi. Məğlubiyyətdən heç bir dərs çıxarmayan ermənilərin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədlərimizə qarşı etdiyi hərbi təxribata da münasibətini bildirən Ali Baş Komandan: “...Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruqbundan sonra da qoruyacağıq”.

 

Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya pilotsuz uçuş aparatları da daxil edilir. Müharibə vaxtı həmin haropların vasitəsilə Horadiz kəndi istiqamətində düşmənin əks-hücum həmləsi etmək niyyətlərinin qarşısı alınmış, 2 saat ərzində düşmənin 14 tankı məhv edilmişdir. Təqribən 10-12 tankı da düşmən qoyub qaçmışdır. Ümumiyyətlə, pilotsuz uçuş aparatlarının vurma qabiliyyəti 97 faizdir ki, bu da ən yüksək göstəricidir.

 

Vətən müharibəsində sərhədçilərin rolunu dəyərləndirən Prezident İlham Əliyev demişdir: “Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər.

 

Mən sizi bir daha bu hərbi hissənin açılışı münasibətilə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.

 

Bəli, Sərhəd Qoşunlarının inkişafına dövlətimiz böyük önəm verir. Onun infrastrukturunun yaradılmasına və güclənməsinə vəsait ayrılır. Azərbaycanda yeni sərhəd dəstələri, zastavaları yaradılır. Bu proses davam etməkdədir. Bütün bunlar sərhədçilərimizin məsuliyyətini artırır, döyüş qabiliyyətini gücləndirir, fəaliyyət istiqamətini genişləndirir. Elə İranla sərhəddə, Araz çayı üzərində birgə su bəndinin şimal hissəsinin mühafizəsinin Azərbaycana keçməsi də sərhədçilərimizin üzərinə düşən məsuliyyəti bir qədər də artıracaq. Belə ki, bundan sonra həmin ərazi Azərbaycan sərhədçiləri tərəfindən qorunacaqdaha böyük uğurlara imza atılacaq.

 

Böyük qələbəmizdə Zəfər payın mübarək, Azərbaycan sərhədçisi!..

 

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 5 may.- S.1;8.