Böyük siyasətdə müdriklik və mərdlik rəmzi

 

Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir ki, onun ideyaları  nəinki   doğma məmləkətimizə, o cümlədən  Azərbaycanla dünya  ölkələrinin dostluq yollarına əbədi işıq və nur saçır. Bu baxımdan ulu öndərin xalqımız və dövlətimiz  naminə apardığı müdrik və uzaqgörən siyasəti Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

 

 

 

Təsadüfi deyilki, Ukraynanın bir çox ictimai, siyasi, elm və dövlət  xadimləri ulu öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər. Dahi öndərin SSRİ Nazirlər Kabinetinin sədr müavini işlədiyi dövrlərdə  UkraynaUkrayna xalqı qarşısındakı  əvəzsiz xidmətləri, o illərdə  Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabrik, zavod, mədəniyyət və idman komplekslərinin tikintisinə yardımçı olması, xüsusən də Çernobıl faciəsinin aradan qaldırılmasında onun göstərdiyi tarixi şücaət Ukrayna xalqı tərəfindən bu günböyük minnətdarlıq hissi ilə xatırlanır.

 

Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da Heydər Əliyev Azərbaycanla Ukrayna arasındakı  tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması, ölkələrimizin GUAM regional təşkilatı çərçivəsində sıx əməkdaşlıq etməsi birbaşa  ulu öndərin  adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrik siyasət nəticəsində ölkələrimiz  arasında davamlı və yüksək səviyyədə iqtisadi, siyasi, elmi, mədəni  əməkdaşlıq münasibətləri qurulub. 1997-ci ildə ulu öndər Heydər Əliyevin Ukraynaya ilk  rəsmi səfəri xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında müstəsna rol oynayıb. Səfər çərçivəsində Heydər Əliyevlə  Ukraynanın keçmiş dövlət başçısı Leonid Kuçma arasında keçirilən   tarixi görüş ölkələrimiz arasındakı iqtisadi, siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında  mühüm əhəmiyyət kəsb edib. Əsasəndə  Azərbaycanla Ukrayna arasında energetika sahəsində imzalanan memorandum  gənc və müstəqil dövlətlərimizin gələcək strateji əməkdaşlığının hüquqi bazasına  çevrilib. O zaman ümummilli liderə Ukraynanın ali mükafatı olanYaroslav Mudrı” ordenininKiyev şəhərinin  fəxri  vətəndaşı adının verilməsi birmənalı olaraq  dahilik və müdrikliyə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirilir.

 

Ötən dövr ərzində iqtisadi inkişaf qüdrətinə görə Cənubi Qafqazın  lider dövlətinə  çevrilən Azərbaycan beynəlxalq arenada  mövqelərini gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində böyük nailiyyətlər əldə edib.  Bu mənada, inamla demək olar ki, Azərbaycanla Ukrayna arasında diplomatik  əlaqələr durmadan inkişaf edərək, strateji müttəfiqlik zirvəsinə yüksəlib. Ölkələrimiz beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış edərək, prinsipial məsələlərdə bir-birinə dəstək verirlər. Fərəhləndirici haldır ki, Azərbaycanla Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub. Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olmaq prinsipini bu günböyük əzmlə qoruyub saxlayır.

 

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma  qeyd edib ki,  bu ənənələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub: “Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dostqardaş   dəstəyini  verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın məsləkdaşımız kimi  bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib. Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anlarını heç zaman unutmuruq. Dostlar həmişə çətin anlarda tanınır. Bu baxımdan  Ukraynanın çətin və mürəkkəb vəziyyətlə üzləşdiyi bir zamanda Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərməklə xalqımıza arxa-dayaq olub. O, Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq Ukraynanı məhsul yığımını  həyata keçirmək üçün yanacaqla təmin etdi. Bu o zaman Ukraynanın energetikasını və kənd təsərrüfatını  xilas etmək demək idi. Bu yaxşılıq  əlbəttə ki, Ukrayna xalqı tərəfindən heç zaman unudulmayacaq. Heydər Əliyev böyük siyasətdə birmənalı olaraq dahilik və mərdlik rəmzidir”. Cənab Kuçmanın dahi öndərimizlə bağlı söylədiyisəmimi fikirləri bu gün  Ukraynanın istənilən dövlət və hökumət rəsmilərinin dilindən də eşitmək olur.

 

Bu baxımdan, Ukraynada hazırladığımız “Heydər Əliyev: İnsanlığa bağışlanan ömür” sənədli filmində  Ukraynanın (1986)  keçmiş baş nazirinin müavini Konstantin Masikin ulu öndərlə bağlı  söylədiyi xatirələri bu günböyük qürur və fəxarətlə  anıram:Böyük dövlət xadimi Heydər Əliyevi  müdrik, dahi və cəsarətli şəxsiyyət kimi xatırlayıram. O, ən çətin və məşəqqətli anlarda dosta əl uzatmağı, insanları fəlakətdən qurtarmağı bacaran dahi şəxsiyyət idi. 1986-cı ildə Ukrayna xalqı və dövləti Çernobıl faciəsinin ölümsaçan kabusu  ilə üz-üzə qalanda Heydər Əliyev yeganə şəxsiyyət oldu ki, böyük cəsarət nümayiş etdirib xalqımızı bu bəladan xilas etdi. O zaman başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərliyi bu faciəni dünya ictimaiyyətindən gizlətməyə çalışırdı. Dəfələrlə müraciət etməyimizə baxmayaraq səsimizə səs verən yox idi. Faciə bölgəsində 1 milyona yaxın insan ölümlə üz-üzə qalmışdı. Ukrayna Nazirlər Kabinetinin  toplantısını keçirib, oradan son ümid yeri olaraq  keçmiş SSRİ Nazirlər Kabinetinin sədr müavini kimi Heydər Əliyevlə birbaşa telefon əlaqəsi yaratdıq. Qəhərli səsi ilə faciədən tam xəbərdar olduğunumövcud durumun aradan qaldırılması üçün nə köməklik lazım olduğunu soruşdu. O zaman Sovet İttifaqında nəqliyyatın kurasiyası onda idi. Faciə zonasından insanların təxliyyə olunması üçün təcili yardım istədik. Tərəddüd etmədən xətdə  selektorun düyməsini basıb  SSRİ nəqliyyat nazirindən faciə bölgəsindən insanların təxliyyə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi tapşırığını verdi. Qısa bir zamanda keçmiş sovet respublikalarına hərəkət edən sərnişin qatarları Ukrayna Nazirlər Kabinetinin ixtiyarına verildi. Vaxt itirilmədən bölgədən 8 yüz min insanın, xüsusən də, uşaqların təhlükəsiz bölgələrə köçürülməsi təmin olundu. Tam səmimi qeyd etmək istəyirəm ki,  Heydər Əliyev bu cəsarətli addımı ilə  Ukrayna xalqının genefondunu xilas etmiş oldu.”

 

Tarixi faktlarla zəngin olan  filmdə Ukraynanın birinci prezidenti Leonid Kravçuk    ulu öndər Heydər Əliyevi 20-ci və 21-ci  əsrin siyasi liderlik dərsinin kamil müəllimi, ən çətin və mürəkkəb məqamda xalqını və dövlətini xilas etməyi bacaran polad iradəli fenomenal şəxsiyyət kimi xarakterizə edir: “Tarixdə elə şəxsiyyətlər var ki, illər, əsrlər ötüb keçsə də onun dühası xalqının və dövlətinin yoluna daima işıq saçır. Bu baxımdan Heydər Əliyev tanıdığım nadir şəxsiyyətlərdəndir ki, həyatda qarşılaşdığı ən çətin və mürəkkəb  məqamlara, dərin zəkası, dəmir iradəsi və ağlı  ilə qalib gəlib. 1980-ci illərin sonlarında keçmiş SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə Heydər Əliyev yeganə şəxsiyyət idi ki, bunun qarşısını ala bilərdi. Lakin keçmiş sovet rəhbərliyinin ona qarşı yürütdüyü haqsızlıqlar,  qısqanclıq və həsəd hissləri   buna imkan vermədi. Lakin Heydər Əliyev 1990-cı illərin əvvəllərində  bütün bacarığını bir araya gətirib müstəqil Azərbaycan dövlətinin parçalanması ssenarisinin qarşısını aldı. Xalqını və millətini böyük bəlalardan xilas etdi. Heydər Əliyev cəsarəti, müdrikliyi ilə  tarix yaradan şəxsiyyətdir. Əminəm ki, Azərbaycan xalqı onun yaratdığı tarixlə daima irəli gedəcək. Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanla Ukrayna arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasına  xüsusi diqqət ayırıb. Onun dövlətimiz və xalqımız  qarşısında misilsiz  xidmətləri var.”

 

Müdriklər “İnsan əməli üzərində ucalar” - deyib. Ulu öndər Heydər Əliyevin Kiyev şəhərinin mərkəzində abidəsinin ucaldılması, onun adına istirahət parkının salınması, Ukraynanın ali təhsil ocaqlarından birinə “Heydər Əliyev adına Beynəlxalq  Sosial Elmlər İnstitutunun verilməsi heç də təsadüfi deyil. Bu adlar uzun illər dahi bir şəxsiyyətin zaman-zaman bir xalqın qəlbində özünə ucaltdığı əbədi sevginin bariz  nümunəsidir.

 

Vaxtilə ulu öndər Heydər Əliyev Azərbaycanla Ukrayna arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurub. Bu məqsədlə, təkcə 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-dək müqavilə, sazişprotokollar imzalanmış, görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənmişdir. Bu gün  Azərbaycanla Ukrayna arasındakı dostluq münasibətləri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Ukraynaya etdiyi rəsmi  səfərləri ikitərəfli dostluq münasibətlərinin inkişafina əsaslı təkan verib. Azərbaycanla Ukrayna arasında  bir çox istiqamətlərlə  yanaşı energetika sahəsində imzalanmış müqavilələr qarşılıqlı münasibətlərin inkişafına səmərəli töhfələr verib. Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, müstəqilliyimizdən keçən 29 il müddətində  Azərbaycanda Ukraynanın, Ukraynada isə Azərbaycanın ən görkəmli dövlət və mədəniyyət  xadimlərinin abidələri ucaldılıb. Bu istiqamətdə Bakı şəhərinin Qaradağ rayonunda  Lesya Ukrainkanın büstü, Bakı şəhərinin  mərkəzində  dahi Ukrayna şairi  Taras Şevçenkonun abidəsi ucaldılıb. Onların adına park salınıb. İrpen şəhərində isə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adına park salınıb. Bu parkda mərhum akademikin şərəfinə abidə ucaldılıb. İrpen şəhərinin mərkəzi küçələrindən biri və 12 saylı orta məktəb akademik Zərifə Əliyevanın adını daşıyır. Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxananın önündə, dahi şairimizin büstü ucaldılıb. Paytaxtın daha bir mərkəzi küçəsində Müslüm Maqomayevindahi Azərbaycan şairi İmadəddin Nəsiminin abidələri ucaldılıb və onların adına istirahət parkı  salınıb. Göstərilən faktlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanla Ukrayna müstəqillik illərində nəinki iqtisadi, siyasi, həmçinin mədəni, humanitar sahədə dostluq əlaqələrini möhkəm əsaslar üzərində qurmağa müvəffəq olublar.

 

Hər iki ölkənin beynəlxalq arenada qarşılıqlı dəstəyə əsaslanan fəaliyyəti də  kifayət qədər yüksək səviyyədə qurulub. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəfələrlə bəyan edibbu fikrində sonadək israrlı qalacağını bildirib. Azərbaycan da beynəlxalq müstəvidə daima dost ölkənin ərazi bütövlüyünə dəstək verməklə, qarşılıqlı münasibətlərin qorunub saxlanılması və inkişaf etdirilməsini əsas prioritet kimi qoruyub saxlayır.

 

Fərəhləndirici haldırki, bu gün Azərbaycanla Ukrayna arasındakı  əlaqələr bütün sahələrdə inkişaf edir. Möhkəm təməl üzərində qurulan ikitərəfli münasibətlər birmənalı olaraq mehriban dostluğa və səmimiyyətə söykənir. Təbii ki, müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukrayna dostluğunun   durmadan inkişaf etməsinin kökündə müdrik düşüncənin məntiqi dayanır. O müdrik düşüncə ki,  onun memarı və  müəllifi dahi Heydər Əliyevdir.

 

Möhsüm QƏDİROĞLU,

Respublika” qəzetinin

Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri.

 

Respublika.- 2021.- 6 may.- S.6.