Bəsləsən, atlas olar...

 

Biləsuvar rayonu ərazisində müvəqqəti məskunlaşmış Cəbrayıl  sakinləri kənd təsərrüfatı məhsulları istehsalında uğurlu göstəricilər əldə edirlər. Hazırda yaz tarla işlərinin qızğın vaxtıdır.

 

 Bostan-tərəvəz sahələrində suvarma işi görülür, taxıl biçinini mütəşəkkil aparmaq üçün texnika saz hala gətirilir. Biləsuvar ərazisində və Cocuq Mərcanlıda çiyid səpini qısa müddətdə başa çatdırılmışdır. Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov deyir ki,bu günlərdə  təsərrüfatın daha mühüm sahələrindən olan baramaqurdu bəslənilməsi işinə başlanılmışdır. Yeri gəlmişkən deyək ki, gəlirli sahə olan baramaçılıqda cəbrayıllılar zəngin təcrübə əldə ediblər. Hələ bir neçə il bundan əvvəl aqrar sahə işçiləri özləri üçün ayrılan ərazidə tut bağı becərməyə başladılar. Şahin Şirinov deyir:

 

- Baramaqurdu bəsləyib yüksək məhsuldarlıq əldə etmək istəyirsənsə, mütləq öz öhdəndə tut bağı təsərrüfatı olmalıdır. İlk vaxtlarda tut yarpağı üçün Beyləqana, Ağcabədiyə, digər rayonlara üz tuturduq. Maya dəyəri baha başa gəlir, nəticə ürəkaçan olmurdu. Bu səbəbdən də ərazidə əsasən Çindən gətirilən tut tingləri əkib bağ yaratmaq qərarına gəldik. İndi əsasən öz təsərrüfatımızdan istifadə edirik.

 

Şahin müəllim onu da əlavə edir ki, rayonumuzda bu işin ustası olan kümçülər az deyil. Ailə var ki, hər il təhvil verdiyi baramadan 10-15 min manat gəlir əldə edir.

 

- Yeni mövsümdə rayonumuza 125 qutu baramaqurdu göndərilib. Onu 110 kümçü arasında bölmüşük. Hər kümçü öz yardımçı təsərrüfatında baramaqurdu bəsləmək üçün yer ayırıb. Öhdəyə götürmüşük ki,125 qutudan ən azı 5 ton məhsul əldə edək.

 

Bizim qədim sənətlərdən biri baramaçılıq, ipəkçilikdir. Bu işlə məşğuliyyətin tarixi xeyli qədimlərə gedir. Eləbəsləsən, atlas olar tut yarpağından” - atalar sözü el arasında keçmişlərdən dillər əzbəri olub.

 

Tofiq HÜSEYN,

 

Respublika.- 2021.- 6 may.- S.10.