Müstəqil Azərbaycanın banisi

 

Hər bir xalqın taleyinin müəyyən olunmasında onun dahi şəxsiyyətlərinin böyük rolu vardır. Xüsusilə xalqın düşdüyü ağır vəziyyətlərdə yerində və zamanında proseslərə rəhbərliyi ələ alan liderlər həmin xalqı daha ağır vəziyyətə düşməkdən xilas edir və ölkənin inkişaf yoluna qədəm qoymasında  əsas həlledici rol oynayır.

 

Belə mərhələlərdə meydana çıxan fenomen liderlər xalqın əsrlər boyu formalaşanmüasir ümumbəşəri dəyərlərə söykənən siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını irəli sürür, mütərəqqi siyasi varislik ənənələri formalaşdırırlar. Bu baxımdan əminliklə demək olar ki, xalqımızın ötən əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara sadiq olmuşdur.

 

Hələ qədim dövrlərdən başlayaraq çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın taleyində ulu öndərin şəxsiyyəti, onun  fenomenal siyasi və idarəçilik bacarığı  müstəsna yer tutmuşdur. Məhz ulu öndərin rəhbərliyi altında xalqımız  yenidən uzun müddət arzusunda olduğu, çağdaş, eyni zamanda milli ənənələrə söykənən dövlətçiliyini bərpa edərək müasir dünyamızın bərabərhüquqlu subyektinə çevrilmişdir.

 

Anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz ümummilli lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin ona bəxş etdiyi fitri istedadı və bacarıqları sayəsində tarixi hadisələrin inkişaf istiqamətini əvvəlcədən düzgün müəyyən edə bilmişdir.

 

Ulu öndər hələ 1969-1982-ci illərdə hakimiyyətə gəldiyi birinci dövrdə o vaxt dərin iqtisadi böhran və gerilikdən əziyyət çəkən müttəfiq respublikalardan biri olan Azərbaycanı qısa müddət ərzində  öz əzmkar və yorulmaz fəaliyyəti ilə keçmiş SSRİ-nin ən qabaqcıl və özünü iqtisadi cəhətdən təmin edə bilən respublikalarından birinə çevirməyə nail olmuşdur. Məhz ulu öndərin fəaliyyəti nəticəsində həmin dövrlərdə qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi, böyük strateji əhəmiyyətə malik olan sənaye və istehsal müəssisələrinin yaradılması sonradan müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar olmuşdur. Həmin dövrdə böyük təzyiqlərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Respublikamızın nə zamansa müstəqil dövlət olacağını duyaraq buna zəruri zəmin formalaşdırmaq üçün uzaqgörənliklə fəaliyyət göstərmişdir.

 

Təsadüfi deyildir ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində ölkədə  hərc-mərclik, xaosanarxiya mühiti və hakimiyyət boşluğu yarandığı dövrdə də xalqımızın imdadına məhz ulu öndər gəlmişdir. Bir tərəfdən öz havadarlarına arxalanan erməni qəsbkarları Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda amansız mübarizə gedirdi. Nəticədə ciddi vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Bütün bunlar isə o vaxt yarıtmaz sovet rəhbərliyinin başsız qalan ölkəyə qoşun yeridərək xalqımıza qarşı qırğın törətməsi ilə nəticələnmişdir.

 

Bütün bu hadisələrin acı nəticəsi olan  20 Yanvar faciəsi zamanı da, xalqın böyük oğlu Heydər Əliyev ona qarşı yönəlmiş təzyiqlərə və həyatına olan təhlükələrə baxmayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskva şəhərində yerləşən daimi nümayəndəliyinə gələrək öz xalqının bir daha yanında olduğunu bəyan etdi. Məhz ilk dəfə dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilən bu ağır cinayət barədə xəbər tutdu. Həmin hadisələrə də məhz sonradan ulu öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə hüquqisiyasi qiymət verildi.

 

Dahi fransız mütəfəkkiri Şarl de Mönteskyenin belə bir kəlamı var - liderlik lazımi anda cəsarət və qətiyyət nümayiş etdirmək bacarığıdır. Hər bir müstəqil dövlətin yaranmasına, möhkəmləndirilməsinə və qorunub saxlanılmasına doğru uzanan mürəkkəb ictimai-siyasi proseslərin mərkəzində məhz lider və şəxsiyyət amili dayanır. Azərbaycanın milli inkişaf modelinin banisi ulu öndər Heydər Əliyev təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqiiqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmişdir. Dövlət müstəqilliyinin ilk illərində hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi sınaqlarla üzləşən Azərbaycan Respublikası məhz onun əsasını qoyduğu mütərəqqi islahatlar nəticəsində cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsini və təkmilləşdirilməsini davamlı prosesə çevirmişdir.

 

Xüsusilə qeyd olunmalıdır ki, birbaşa ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq və əsas müəllifi olduğu 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Aparılan məhkəmə-hüquq islahatları nəticəsində Konstitusiya Məhkəməsinin təsis olunması, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sisteminin fəaliyyətə başlaması xüsusi vurğulanmalıdır. Həmin vaxtdan keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir.

 

Sonrakı mərhələdə ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir. İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilmiş, respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuşdur.

 

Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçını yetişdirməsindədir. Dahi Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi və davamçısı olan müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu gün həmin siyasəti uğurla davam etdirir və ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirir. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə son 18 ildə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq ardıcıl şəkildə inkişaf etmişdir.

 

Hazırda, ölkəmizin inkişaf tempinin diqqətçəkən məqamlarından biri də səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə ictimai həyatın bütün sahələri üzrə islahatların dərinləşdirilməsi, müasir məhkəmə-hüquq sisteminin formalaşdırılmasına xidmət edən ardıcıl tədbirlərin həyata keçirilməsidir.

 

2019-cu il 20 mart tarixində xalqa ənənəvi müraciətində cənab İlham Əliyev digər sahələrlə yanaşı, məhkəmə-hüquq sistemində də islahatların davam etdiriləcəyini demişdir: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub”.

 

Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və onun rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində xüsusilə son illərdə məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, habelə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması məqsədilə 20-dək yeni məhkəmələr, o cümlədən regional apelyasiya, ağır cinayətlər məhkəmələri, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası məqsədilə inzibati məhkəmələr, habelə iqtisadi mübahisələrə baxmaq üçün ixtisaslaşdırılmış kommersiya məhkəmələri yaradılaraq fəaliyyətə başlamışdır.

 

Aparılan islahatlar çərçivəsində 16-dan artıq (Sabunçu, Yasamal, Nərimanov, Oğuz, Şəki Məhkəmə Kompleksi, Binəqədi  sair) yeni məhkəmə binaları inşa olunaraq təhvil verilmiş, 5 məhkəmə binasının tikintisi davam etdirilir. Yaxın günlərdə Sumqayıt məhkəmə kompleksinin açılışı gözlənilir. Bu illər ərzində  beynəlxalq standartlara  müasir tələblərə uyğun olaraq inşa olunaraq fəaliyyətə başlayan məhkəmələrdən biri də Binəqədi Rayon Məhkəməsidir. Azərbaycan hökumətinin  Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və  Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa olunmuş məhkəmə binasının açılışı 21 dekabr 2018-ci il tarixdə Prezident cənab İlham Əliyevin iştirakı ilə baş tutmuşdur. Təkcə onu qeyd etmək lazımdır ki, bu məhkəmə hazırda təxminən  280 000 nəfər əhaliyə xidmət göstərir və  ümumilikdə gələcəkdə 19 hakim (hazırda 16 hakim fəaliyyət göstərir) və 60 nəfər  işçi heyətinin fəaliyyət göstərməsi üçün nəzərdə tutulmuşdur. Məhkəmə kompleksində bütün müasir texniki avadanlıqlarla təchiz olunmuş 12 məhkəmə zalı mövcuddur. Məhkəmə binasında Elektron məhkəmə və Elektron İcra xidmətinin fəaliyyət göstərməsi üçün bütün texniki təminat şəraiti yaradılmışdır. Cənab Prezidentin məhkəmənin inzibati binasının açılışı zamanı verdiyi tövsiyə və tapşırıqlarına bu gün də məhkəmə heyəti tərəfindən dönmədən əməl olunmaqdadır.

 

Bundan başqa, məhkəmələrdə yükünü azaltmaq məqsədilə Məhkəmə-Hüquq Şurasının təklifi ilə hakimlərin sayı 50 faiz, məhkəmə aparatı işçilərinin sayı 75 faizədək artırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatı təsis olunmuşdur. Hakimlərin seçiminə diqqət gücləndirilmiş, 2 çoxmərhələli, şəffaf və obyektiv imtahanlar nəticəsində uğur qazanmış 400-dək namizəd hakim vəzifəsinə təyin olunmuşdur, hazırda bu proses davam edir, 221 nəfər hakimliyə namizəd isə  hazırda müsahibənin müxtəlif mərhələsindədir. Məhkəmə islahatları nəticəsində hakimlərin ən yüksək həddədək - müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir. Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Azərbaycanda hakimlərin seçimi prosesini bilavasitə izləməklə, ölkəmizin təcrübəsini digər Avropa dövlətlərinə nümunə göstərmişdir.

 

Xüsusilə son dövrlər məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi - “Elektron məhkəmə informasiya sisteminin yaradılması, məhkəmələr üçün yeni inzibati binaların inşası, mövcud binaların əsaslı təmir olunması, ölkədə ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsinə xidmət etmişdir. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli fərmanı keyfiyyətcə yeni mərhələdə məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin daha da möhkəmləndirilməsi ilə bağlı yeni hədəflər müəyyənləşdirmişdir. Məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçünYol xəritəsi” olan fərman qısa zamanda kompleks qanunvericilik, institusionalpraktiki tədbirlərin reallaşdırılmasını təmin etmişdir. Belə ki, Ali Məhkəməyə, Məhkəmə-Hüquq Şurasına və Ədliyyə Nazirliyinə sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması tapşırılmışdır. Bununla əlaqədar hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən kommersiya məhkəmələrinin formalaşdırılması təmin edilmişdir.

 

Həmin Fərmanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturununmaddi-texniki təchizatının yaxşılaşdırılması, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi və digər məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilmiş, məhkəmə hakimlərinin ümumi sayının 200 nəfər artırılması təmin edilmişdir.

 

Aparılan məhkəmə-hüquq islahatları hər zaman Azərbaycanda vətəndaşların mənafeləri əsas götürülməklə həyata keçirilir  zamanın aktual çağırışlarına adekvat olması ilə diqqəti cəlb etmişdir. Koronavirus pandemiyasının bəşəriyyəti ciddi şəkildə təhdid etdiyi, dünyanın ən inkişaf etmiş ölkələrini ağır sınaqla üz-üzə qoyduğu bir zamanda biz növbəti dəfə bu reallığın əyani şahidi oluruq. Xalqın genefondunun qorunması, insanların sağlamlığının təmini, ümumən ölkəmizin milli təhlükəsizliyinin gücləndirilməsi məramı önə çəkilməklə həyata keçirilən qabaqlayıcı tədbirlər digər əhəmiyyətli sahələr kimi, məhkəmə-hüquq sferasını da əhatə edir. Məqsəd, ilk növbədə, xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən sosial təcrid tədbirlərinin səmərəliliyini təmin etmək, bununla bağlı cəmiyyətdə nizam-intizamın, hüquq qaydalarının daha da gücləndirilməsinə nail olmaqdır.

 

Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, eləcə də Cinayət Məcəlləsinə Milli Məclisdə edilmiş son əlavə və dəyişikliklər bu baxımdan aktuallığı ilə diqqəti cəlb etməklə, pandemiyaya qarşı tədbirlərə ciddi töhfə sayıla bilər. İnzibati Xətalar Məcəlləsinin “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyenakarantin rejimlərinin pozulması”na dair 211-ci maddəsinə edilən dəyişikliyə əsasən inzibati məsuliyyəti nəzərdə tutaraq müvafiq cərimələrin məbləği artırılmışdır.

 

Bundan başqa, Cinayət Məcəlləsinə əlavə olunanEpidemiya əleyhinə rejimin, sanitariya-gigiyenaya karantin rejimlərinin pozulması”na dair 139-1.1-ci maddəyə görə 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Karantin rejiminin pozulması insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəzərdə tutulmuşdur. Həmçinin, Ali Məhkəmənin Plenumunun 19 mart 2020-ci  il və 23 aprel 2020-ci il tarixli “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” qərarları isə xüsusi karantin dövründə məhkəmələrin rejiminin  tənzimlənməsi, vətəndaşların sıx müraciət etdiyi məhkəmə orqanlarında sosial təcrid qaydalarına düzgün riayət olunmasına xidmət edir.

 

Koronavirusa yoluxması ciddi fəsadlar verə biləcək 65 yaşı ötmüş məhkumların əfv edilməsi də dövlətimizin başçısı cənab İlham Əliyevin son vaxtlarda həyata keçirdiyi müdrik və uzaqgörən addımlar sırasındadır. Belə ki, 6 aprel 2020-ci il tarixli əfv fərmanı ilə yaşı 65-i keçmiş məhkumların azad edilməsi pandemiya dövründə humanist və insanpərvər addımlardan olmuşdur. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunması onların mümkün risklərdən qorunması, sağlamlığı və ailə qayğısı ilə əhatə olunmaları baxımından humanist addım kimi qiymətləndirilir.

 

Eyni zamanda,  18 mart 2021-ci il tarixdə cənab Prezident tərəfindən imzalanmış növbəti əfv  sərəncamı ümumilikdə 625 nəfərə şamil  olunmuşdur. Belə  ki, həmin sərəncama əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən  azad edilmiş,  azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, ömürlük azadlıqdan  məhrumetmə  cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, eyni zamanda azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilmiş, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi  təxirə salınmış 3 nəfər cəzadan azad olunmuş, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işlərinə məhkum olunmuş 12 nəfər cəzasının çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilmişdir.

 

Ölkə ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılanan sərəncamların təxirə salınmadan icrası məqsədilə Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar Xidmətin aidiyyəti məsul işçiləri azad olunan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, operativ zəruri sənədləşdirmə işləri aparılaraq çoxsaylı KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu humanist qərarın vaxtında və tam icrası təmin edilmişdir.

 

Dövlətimizin humanist siyasətinin təzahürü olan məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi üzrə tədbirlər də davam etdirilmiş, növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq ümumilikdə 400-dək məhkum azadlığa buraxılmışdır.

 

Hüquq ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr etmişdir. Belə ki, Məhkəmə-Hüquq Şurası, hakimlərin assosiasiyaları, apelyasiyabirinci instansiya məhkəmələrinin hakimləri də bu nəcib təşəbbüsə qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkhaqlarından 550 min manat məbləğində vəsaitin köçürülməsini təmin etmişlər.

 

2020-ci il ölkəmiz üçün  koronavirus epidemiyasına qarşı mübarizə ilə bağlı müəyyən çətinliklərlə başlasa da, Azərbaycan xalqı üçün Zəfər ili kimiyadda qalmışdır. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında ordumuzun və xalqımızın birgə əzmi ilə 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarımız 44 günlük müqəddəs və ədalətli müharibə nəticəsində işğaldan azad olmuşdur.

 

Artıq bu ildən başlayaraq  cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etmək üçün quruculuq və bərpa işlərinə başlanılmışdır. Hüquq ictimaiyyəti və xalqımızla birlikdə həmin ərazilərdə  Böyük Qayıdışın  baş tutacağı anları, məhkəmə-hüquq islahatlarının gələcəkdə həmin əraziləri  də əhatə edərək çoxsaylı ədalət saraylarının inşası və fəaliyyətə başlayacağını izləyəcəyimiz günlər uzaqda deyil.

 

Bu gün tam əminliklə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilən qərarları, yürütdüyü siyasəti xalqımız  böyük razılıq hissi ilə qarşılayır və insanların mütləq əksəriyyəti bu gün cənab İlham Əliyevi müstəqilliyin, ərazi bütövlüyünün, siyasi sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın və həmrəyliyin təminatçısı bilir, ona inanır və güvənir.

 

Araz KAZIMOV,

Binəqədi Rayon Məhkəməsinin sədri.

 

Respublika.- 2021.- 9 may.- S.4.