Hüquqi dövlət quruculuğu uğurla davam etdirilir

 

Azərbaycan dövlətinin əbədi müstəqilliyini, demokratik yüksəlişini təmin etmiş ümummilli liderimiz Heydər Əliyev fəaliyyəti dövründə məhkəmə-hüquq sisteminə mühüm önəm vermiş, bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Dahi öndərin respublikamıza rəhbərliyi dövründə Ədliyyə Nazirliyinin dövlət strukturu kimi bərpa olunması, qurumun əsasnaməsinin təsdiq edilməsi ilə qanunların sistemləşdirilməsi məcəllələşdirilməsində, eyni zamanda, məhkəmələrin təşkilati cəhətdən formalaşdırılmasında yeni bir mərhələ başlanmışdır.

 

 

 

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Ədliyyə Nazirliyinin funksiyalarının yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, nazirliyin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni üçpilləli məhkəmə sisteminin yaradılması formalaşdırılması diqqət mərkəzində saxlanılmış, Məhkəmə Nəzarətçiləri Məhkəmə İcraçıları Xidməti təsis edilmişdir. Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması dövlət quruculuğu prosesinin yeni mərhələsi başlanmışdır. Qısa zamanda müdrik rəhbərin dərin məntiqinin, silinməz dəst-xəttinin zəngin siyasi təcrübəsinin ən böyük bəhrələrindən biri olan Konstitusiya layihəsi hazırlanmış geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur.

 

Böyük öndərin ədalətli idarəçilik sistemi yaratmaq amalı onun məhkəmə-hüquq islahatlarını prioritet məsələ olaraq məqsəd seçməsində özünü büruzə vermişdir. Məhz bunun nəticəsidir ki, Heydər Əliyevin təşəbbüsü ilə məhkəmə hakimiyyəti anlayışı ilk milli Konstitusiyamızda öz əksini tapmış, Əsas Qanunda məhkəmə hakimiyyətinə verilən səlahiyyətlərə hakimlərin sərbəstliyi müstəqilliyi daxil edilməklə ölkədə insan hüquqlarının qorunması məhkəmə sistemində ədalət mühakiməsinin səmərəli təşkili baxımından mütərəqqi addımlar atılmışdır. “Biz humanist, demokratik dövlət qururuq, demokratik prinsiplər əsasında yaşamaq istəyirik. İnsan hüquqlarının, insan şəxsiyyətinin qorunmasına çalışacağıq. Ancaq gərək insan da dövlətin qanunlarına riayət etsin. Dövlətin qanunlarına əməl etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır. Başqa yol yoxdur. Biz özbaşınalığa, hərc-mərcliyə yol verə bilmərik”, - deyən ümummilli liderin 1998-ci il fevral ayının 22-də imzaladığıİnsan hüquqlarının azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqındafərmanla insan hüquqlarının təminatı istiqamətində həyata keçirilən tədbirlərin mahiyyəti konsepsiyası da dəqiqləşdirilmiş, bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır.

 

Heydər Əliyev insan vətəndaş hüquq azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə hakim korpusunun formalaşmasında tamam yeni üsul metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Onun rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da qoşulub. Ölkəmizdə hüquq sisteminin ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik institusional islahatlar daha da genişləndirilməkdədir. Demokratik hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2004-cü ilin dekabr ayından etibarən məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi başlanmışdır.

 

Prezident İlham Əliyevin imzaladığı 3 aprel 2019-cu il tarixliMəhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqındafərmanda məhkəmə hakimiyyətinin, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılmasının bütün inkişaf istiqamətləri konkret olaraq müəyyən edilib.

 

Məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsinin başlıca məqsədi regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquqi yardıma tələbatının ödənilməsi üçün regionlarda yeni apelyasiya iqtisad məhkəmələrinin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadəyə, süründürməçilik, korrupsiya hallarının digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun işinin daha optimal şəkildə qurulması, texniki təchizatının yüksəldilməsi, habelə digər mühüm məsələlərin həll olunmasıdır.

 

Dövlət adından çıxarılmış məhkəmə qərarlarının icrası isəMəhkəmə nəzarətçiləri məhkəmə icraçıları haqqındaQanuna uyğun olaraq təmin edilir. Məhkəmə qərarlarının, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən məhkəmə icraçıları xidməti yaradılır.

 

İcra işinin səmərəliliyinin yüksəldilməsində müasir İKT-nin, innovativ xidmətlərin rolu da danılmazdır. Bu mənada məhkəmə fəaliyyətinin elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən, “Elektron məhkəməinformasiya sisteminin yaradılması bu sistemin mühüm tərkib hissəsi olanElektron icra”nın tətbiqi xüsusilə qeyd olunmalıdır.

 

Elektron icra”, ən sadə şəkildə ifadə etsək, kağız üzərindəki icraatın elektron formata köçürülməsi, zəruri icra hərəkətlərinin onlayn rejimdə, avtomatlaşdırılmış qaydada aparılması deməkdir. Bu sistemin tətbiqi məqsədilə icra qurumları zəruri texniki avadanlıqlarla təmin edilib, icra xidməti əməkdaşlarının informasiya texnologiyaları üzrə bilik bacarıqlarının artırılması ilə bağlı təlimlər keçirilib.

 

2017-ci ildən icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatıElektron icrasistemi vasitəsilə aparılır. Həmçinin bu sistemin tətbiqi ilə icra işlərinə vahid qeydiyyat nömrəsinin verilməsi, işlərin icra məmurları arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılması, tərəflərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma s.) çatdırılması, işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olunması, borcluların əmlak vəziyyətinin elektron icra xidmətinə inteqrasiya olunmuş dövlət qurumlarının elektron bazası vasitəsilə yoxlanılması, icra sənədi üzrə tərəflərin icraat materialları ilə tanış olmaq hüququndan yararlanması, statistik hesabatların səhih avtomatlaşdırılmış şəkildə tərtib edilməsi, icra icraatı prosesində, eləcə cəzaların icrası məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə bağlı icra məmurları tərəfindən istifadə olunan prosessual sənədlərin avtomatlaşdırılmış şəkildə tərtib olunması, icra məmurlarının fəaliyyətinin fərdi qaydada qiymətləndirilməsi, elektron imzanın tətbiq edilməsi, habelə icra məmurlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi imkanı yaranıb.

 

Hazırda Prezident İlham Əliyevin ölkəmizə bacarıqla rəhbərlik etməsi, ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi, onun Azərbaycan naminə amallarını böyük məharətlə həyata keçirməsi hər birimizin qəlbini iftixar hissi ilə döyündürür. Onun rəhbərliyi ilə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə inamla irəlilədi bizi Qarabağa apardı! İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti, nəticələri uzun illər təhlil ediləcək, bu qələbənin şəninə dastanlar, romanlar, elmi əsərlər yazılacaq.

 

Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edir.

 

 

 

Ceyhun MUSTAFAYEV,

Bakı şəhəri, Nizami rayon

İcra Şöbəsinin rəis müavini,

kiçik ədliyyə müşaviri.

 

Respublika.- 2021.- 9 may.-S.6.