Dövlətçiliyimizi xilas etmiş dahi rəhbər

 

 

Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisində misilsiz nailiyyətlər qazanılıb.

 

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətləri danılmazdır. Ümummilli lider Heydər Əliyev dühasına olan xalq sevgisi zaman-zaman öz təsdiqini tapıb. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev böyüklüyü yaşayacaq.

 

Heydər Əliyev tez-tez respublikanın bölgələrinə səfərlər edər, əmək adamları ilə görüşərdi.  Bu dahi şəxsiyyət  Ağdam rayonuna daha çox diqqət və qayğı göstərib. Bu heç də səbəbsiz deyildi. Ağdam ermənilərin sıx məskunlaşdığı keçmiş Dağlıq Qarabağla qonşu idi. Ötən əsrin 70-80-ci illərində Ağdam rayonunun inkişafı çox sürətlə baş verib. Həmin vaxt rayonda 100 min tondan çox üzüm istehsal olunurdu.

 

Keçmiş sovet dönəmində Ağdamda istehsal olunan şərabların sorağı ölkənin hər yerindən gəlirdi, bu şəraba tələbat günü-gündən artırdı. Məhz buna görə də Ağdamda onlarla şərab emalı zavodları var idi. Bu sahənin işçiləri, bir sözlə, üzümçülər yüksək əməkhaqqı və mükafat alırdılar. O dövrdə Ağdama böyük maliyyə vəsaitləri daxil olurdu. Təbii ki, bu da adamların güzəranını yaxşılaşdırırdı.

 

Rayonda eyni zamanda pambıqçılıq, baramaçılıq da inkişaf edib. Ağdam rayonu respublikada pambıq istehsalına görə ikinci yerdə dayanıb. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində rayondakı üzümçülərin və pambıqçıların bir çoxu keçmiş SSRİ-nin ən yüksək fəxri adına —Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Yüzlərlə əmək adamı ordenmedallarla təltif olunub. Azərbaycanın Moskvada ayrıca xalq təsərrüfatı nailiyyətləri sərgisi təşkil olunubbina ilə təchiz edilib.

 

Dahi şəxsiyyət Heydər Əliyev sadə zəhmət adamları ilə ünsiyyətdə olmağı daha üstün sayıb. Adi, sadə kəndli ailəsindən olan pambıqçı və üzümçü qızlar onun qayğısı sayəsində ən yüksək fəxri adlara layiq görülüb. Əliqabarlı adamlarla görüşmək Heydər Əliyev xarakterinin ən yaddaqalan cizgiləridir. Belə insanlardan biri də Xındırıstan kənd sakini Əliabbas Eyvazovdur.

 

Ə.Eyvazov həmin günlərdən birini belə xatırlayır:

 

-Ulu öndər Heydər Əliyev 1972-ci ildə kəndimizə gəldi, pambıq tarlalarını gəzdi, əməkçilərlə söhbət etdi, qayğıları ilə maraqlandı. Sonra isə kənd təsərrüfatı texnikaları parkına baş çəkdi və orada çalışanlarla bir-bir görüşdü. Həmin vaxt  mən orta məktəbi yenicə bitirib çilingər köməkçisi işləyirdim. Ulu öndər bir kənarda dayanan ustama və mənə müraciət edib, “Bəs siz niyə mənimlə görüşmürsünüz”, — deyə soruşdu. Ustam əllərini göstərib “Əllərimiz mazutludur, yoldaş Əliyev. Ona görə” - dedi.

 

Ulu öndər mehribanlıqla gülümsəyib, “Elə əsl sıxılmalı sizin əllərinizdir, zəhmətkeş əlləri” - dedi və bizə yaxınlaşdı. Əlimizi sıxıb işimizə uğurlar arzuladı. İnanın ki, həmin görüş, bu böyük insanın sadəliyi, mehribanlığı məndə böyük təəssürat oyatdı və xoş xatirə kimi yaddaşıma həkk olunub.

 

Həmin görüşün üstündən 50 ilə yaxın bir vaxt keçib. El-oba arasında bu söhbətlər indi də dillərdə dolaşır. Adamlar ulu öndərin xatirəsini həmişə uca tuturlar, adını məhəbbətlə anırlar. İndi qədim Xındırıstan kəndində Heydər bulağı çağlayır, Heydər Əliyev adına park isə  göz oxşayır.

 

Sosialist Əməyi Qəhrəmanı, keçmiş kolxoz sədri İldırım Cəfərovun qızı Aybəniz Cəfərova həmin günləri həyəcanla xatırlayır. Aybəniz xanım indi nəvə-nəticə sahibidir. Rayonun tanınmış ziyalısıdır. Uzun illər Ağdam Xalça Fabrikinin direktoru işləyib. Aybəniz xanım deyir:

 

-Həmin vaxt orta məktəbdə oxuyurdum. Demək olar ki, hər gün evimizdə Heydər Əliyevin Xındırıstan kəndinə səfəri ilə bağlı söhbət olurdu. Rəhmətlik atam çox həyəcan keçirirdi. Ali qonağı qarşılamaq üçün yüksək hazırlıq görülürdü. Ulu öndərin Xındırıstan kəndinə gəlişi sözün əsl mənasında, toy-bayrama çevrildi. Bütün kənd camaatı onun necə sadə bir rəhbər olduğunun şahidi oldu. Demək olar ki, yüzlərlə kənd sakini ilə əl tutub görüşdü, onların vəziyyəti ilə maraqlandı, kiminproblemi olmasını soruşdu.

 

Adamlarla xeyli söhbət etdi. İnanın ki, hər bir kənd sakini Heydər Əliyevi öz evinə qonaq dəvət edirdi. Həmin tarixi səfərdən sonra atam kənddə Heydər Əliyevin şərəfinə bulaq inşa etdirdi. Uzun illər keçməsinə baxmayaraq həmin bulaq bu gün də çağlayır.

 

Ulu öndərin rayonun Qaradağlı, üçoğlan, Əhmədağalı, Qərvənd və digər kəndlərində zəhmət adamları ilə görüşləri bu günyaddaşlarda yaşayır, nəsidən-nəslə bir örnək olur. Adı minnətdarlıqla xatırlanır...

 

Salman ALIOĞLU

 

Respublika.- 2021.- 9 may.- S.7.