Nəqliyyat sektoru son on ildə

 

İqtisadiyyatın yüksək artım tempinə görə bu gün Azərbaycan dünyanın bir çox ölkələrini üstələyərək liderlər sırasında qərarlaşıb. Məlumdur ki, hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu nəqliyyat sektorunun inkişaf səviyyəsi ilə ölçülür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu mühüm sahəyə diqqətinin nəticəsidir ki, yol-nəqliyyat sektoru son 10 il ərzində böyük inkişaf və tərəqqi yolu keçmiş, infrastrukturu yeniləşərək modernləşmişdir. Azərbaycanın nəqliyyat kompleksi-dəmiryolu, avtomobil, mülki hava nəqliyyatı yollarından gedən quruculuq işləri ölkəmizin son on ildə qazandığı möhtəşəm iqtisadi nailiyyətlərin bəhrəsidir. Bu dövr ərzində müasir standartlara cavab verən avtomobil və dəmir yollarının, yeni aeroportların tikilməsi, yenidən qurulması uğurla həyata keçirilmişdir. Bununla bərabər müasir yol qovşaqlarının, yeraltı və yerüstü piyada keçidlərinin, körpülərin, beynəlxalq nəqliyyat dəhlizlərinin inşası dinamik inkişafımızın göstəricisi olmaqla bu sahəyə dövlətimizin verdiyi önəmin əyani təzahürüdür. Ölkəmizdə daha effektli nəqliyyat sisteminin yaradılmasında müasir dünya texnologiyalarından geniş istifadə olunur.

 

 

 

Son on il ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb və yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması və əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla reallaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat sektorunun inkişafı ilə bağlı qeyd etmişdir ki, Azərbaycan nəqliyyatının bütün sahələri planlı şəkildə davam etdirilir. Hər bir sahənin inkişafı üçün proqramlarımız, layihələrimiz mövcuddur.

 

Son 10 ildə ölkə nəqliyyatının ən sürətlə inkişaf edən sahələrindən biri də dəmir yolu sektorudur. Son illər bu sahənin müasir tələblər səviyyəsində olması məqsədilə dərin islahatlar aparılmışdır. Beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması Azərbaycanı dəmir yolu sahəsində logistik, tranzit ölkəyə çevirmişdir. Ötən 10 il ərzində dəmir yolunda əldə olunan uğurlu nailiyyətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikilməsidir ki, bu da ölkəmiz üçün strateji əhəmiyyətə malik olan layihədir. Bu layihənin tikintisi ölkəmizin tarixi nailiyyətidir və bölgədə tamamilə yeni bir vəziyyət yaratmışdır. Azərbaycan həm regionda, həm də dünyada tranzit ölkəyə çevrilmişdir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycan və region dövlətləri üçün qlobal əhəmiyyətə malikdir. BTQ Bakıdan başlayaraq Gürcüstanın TbilisiAxalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə çatır. Beləliklə, bu dəmir yolu orta Asiyadan Avropaya daşınacaq yüklərin mənzil başına çatdırılmasında ən qısa və sərfəli tranzit yoludur.

 

Azərbaycanın tranzit potensialının artırılması üçün atılan addımlardan biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. “Şimal-Cənub” Beynəlxalq Dəhlizi tam gücü ilə fəaliyyətə başlayandan sonra Avropa ölkələrinin, Rusiyanın, Orta AsiyaQafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin 2-3 dəfə az olmasıdır. “Şərq-Qərb” dəhlizi Azərbaycanın geosiyasi əhəmiyyətini beynəlxalq aləmdə təsdiq edən çox mühüm qovşaqdır. Göründüyü kimi, Azərbaycan dəmir yolu vasitəsilə Asiyanı Avropa ilə birləşdirən körpü rolunu oynayır. Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilibdir. Onu da qeyd edək ki, “Şərq-Qərb” Nəqliyyat Dəhlizi üzərində iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa. Hər ikisi Azərbaycanın üzərindən keçir və təbii ki, ölkəmizin ticarət əlaqələrində imkanlarını daha da genişləndirir.

 

Azərbaycan dəmir yollarının infrastrukturunun genişləndirilməsi, yeni dəmir yolu xətlərinin çəkilməsi və bərpası işləri uğurla davam etdirilir. Abşeron dairəvi dəmir yolunun Pirşağı-Goradil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı oldu. Yenidən qurulan bu sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam olaraq istifadəyə verildi. Bundan başqa, Bakı sərnişin - Keşlə, Koroğlu-Bakıxanov-Sabunçu, Sabunçu-Zabrat 1, Zabrat 2-Məmmədli-Pirşağı xətti istismara verilmişdir. Bütün bu görülən işlər yüksək standartlara cavab verir. Abşeron dairəvi dəmir yolunun yenidən qurulub istifadəyə verilməsi paytaxtətrafı qəsəbələrdə yaşayan sakinlərin təhlükəsiz bir şəkildə mənzil başına çatmalarına imkan verir.

 

Vurğulayaq ki, işğal altında olan ərazilərimizin azad edilməsi ilə ölkəmizin beynəlxalq nəqliyyat və tranzit infrastrukturunun daha da təkmilləşdirilməsinə yeni imkanlar açdı və bu ərazilərdə beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrinin yaradılmasına və icrasına start verildi. Hazırda Horadiz-Füzuli, Füzuli-Şuşa, eyni zamanda Horadiz-Ağbənd və digər dəmir yol xətlərinin çəkilişinə başlanılıb. Bu dəhlizlərin istifadəyə verilməsi ilə Naxçıvan və Türkiyə arasında dəmir yolu bağlantısı qurulacaq. Bu dəhlizdən həm Rusiya, həm İran, həm də Ermənistan istifadə edəcək. Bu yol gələcəkdə çoxşaxəli əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, Füzulidə yeni beynəlxalq aeroportun tikintisiŞuşaya avtomobil yolunun çəkilişi uğurla davam etdirilir.

 

Ötən il noyabr ayının 16-da Qələbə günündən bir neçə gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulmuş, “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi, qısa müddət ərzində görülmüş işlər nəticəsində yolda gediş-gəliş təmin olundu.

 

“Zəfər yoluöz başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Ölkə başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda avtomobil yolu boyunca torpaq işləri icra olunur. Yolboyu müxtəlifölçülü 10 yeraltı keçid, həmçinin zəruri olan yerdə 4 avtomobil körpüsünün inşası da aparılır. “Zəfər yolu” inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə 8 yerdə kəsişir və kəsişmələrdə yol ötürücülərinin tikintisi də nəzərdə tutulmuşdur. Cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

 

Ötən dövr ərzində həm paytaxt Bakıda, həm də regionlarımızda beynəlxalq standartlar səviyyəsində yeni avtomobil yolları salınmışdır. Yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuşdur. Bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilmişdir. Bundan əlavə, Azərbaycanın Rusiya Federasiyası, İranGürcüstanla sərhədə qədər yeni magistral avtomobil yolu tikilmişdir. 2018-ci il sentyabr ayının 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhəd magistral yolu istifadəyə verilmişdir. Beynəlxalq əhəmiyyətli Bakı-Ələt-Qazax, Bakı-Quba-Rusiya, Ələt-Astara dövlət avtomobil yolları dünya standartları səviyyəsində qurularaq istismara verilmişdir. Ötən 10 ildə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və ətraf qəsəbələrdə yol infrastrukturu yenidən qurulmuş, Bakıda tıxac problemlərinin aradan götürülməsi üçün yeni yollar istifadəyə verilmiş, piyada keçid tunelləri salınmış, körpülər inşa edilmişdir.

 

Ölkədaxili nəqliyyat infrastrukturlarının müasir dünya standartlarına uyğunlaşdırılması xarici adamlarının bu sahənin inkişafına investisiya qoyulmasına və ölkəmizə sərmayə yatırmasında mühüm rol oynayır. Belə ki, beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış və daxili infrastrukturun mükəmməl olması xarici investorları özünə cəlb edən amillərdən biridirbu səbəbdən mükəmməl nəqliyyat-kommunikasiya sistemi olmayan ölkədə biznes sahəsində uğur qazanmaq mümkün deyil. Ona görə də tarixi İpək Yolunun bərpası Azərbaycan, eləcə də, AvropaAsiya ölkələri üçün böyük önəm daşıyan layihədir. Avropa-Qafqaz-Asiya Beynəlxalq Dəhlizi olan - TRASEKA-nın keçdiyi dövlətlər içərisində ölkəmizin xüsusi yeri var. Buna görə də tarixi İpək Yolunun bərpasına həsr olunmuş Bakıda keçirilən Konfransda 32 ölkənin nümayəndə heyətinin iştirakı ilə “Avropa-Qafqaz-Asiya dəhlizlərinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş” imzalanmışdır. Həmin bu layihənin icrası sayəsində Azərbaycan ərazisindən keçməklə daşınan tranzit yüklərin həcmi ildən-ilə çoxalır ki, bu da ölkəmizin siyasi, strateji əhəmiyyətini artırmaqla yanaşı, gəlirlərini də yüksəldir.

 

Bu gün Azərbaycanda nəqliyyatın təkmilləşdirilməsi istiqamətində və son 10 ildə görülən ən böyük işlərdən biri də Bakı Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsidir. Bildiyimiz kimi, keçən əsrin 30-cu illərində tikilən liman bu günün tələblərinə cavab vermirdi. Bu isə o demək idi ki, dinamik və sürətlə inkişaf edən ölkəmizdə yeni və çoxfunksiyalı limanın tikilməsinə ehtiyac yaranmışdı. Bununla bağlı Prezident sərəncam imzalamış və həmin sərəncama əsasən limanın baş planı və layihəsi hazırlanaraq 2010-cu ilin noyabrında inşasına başlanılmışdı. Bununla bərabər həm də bərə terminalı, quru yük terminalı, avtomobil və dəmir yolları, eləcə də digər infrastruktur obyektlərinin tikintisinə başlanıldı. Dəniz Ticarət Limanı 2016-cı ildə tikilib istifadəyə verildibununla da Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı yaradıldı. Və beləliklə də Bakı Dəniz Ticarət Limanı vasitəsilə daşınan yükərin həcmi ildən-ilə yüksəldi.

 

Azərbaycanın tranzit daşımalarındakı rolu haqqında Azərbaycan Prezidenti İlham Əliyev vurğulamışdır: “Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu möhkəmləndiririk. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir, magistral yollar salınır. Biz dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyuruq. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük, çox mühüm rol oynayacaqdır. Regionda digər mühüm layihələr məhz bununla bağlıdır. Türkiyəni Azərbaycanla dəmir yolu vasitəsilə birləşdirmək - Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunu işə salmaq indi bizim əsas vəzifələrimizdən biridirbuna nail olacağıq. Belə olan halda Azərbaycanla Türkiyə dəmir yolu ilə birləşir və bütün yükdaşımalar bu marşrutla aparılacaqdır”.

 

Bu gün sürətlə və dinamik inkişaf edən Azərbaycanda yol-nəqliyyat sektorunun daha da modernləşməsi, nəqliyyatın bütün sahələrində qarşıya qoyulmuş layihələrin vaxtında, yüksək keyfiyyətlə icra olunması istiqamətində işlər uğurla davam etdiriləcək və ölkənin nəqliyyat sektoru iqtisadi inkişafımızın təmin edilməsində mühüm rol oynayacaqdır. Azərbaycan bundan sonra da həm regionda, həm də dünyada nəqliyyat sahəsində əldə etdiyi yüksək mövqeyini saxlayacaqdır.

 

 

 

Əli SADIQOV

 

Respublika.- 2021.- 18 may.- S.3.