Vergi mexanizmlərinin təkmilləşdirilməsi, yeniliklərin tətbiqi iqtisadiyyatın şəffaflaşdırılmasında mühüm əhəmiyyət kəsb edir

 

 

 

Müstəqil ölkəmizin son illərdə əldə etdiyi böyük iqtisadi uğurlar, ilk növbədə sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. Real təminatlara söykənən iqtisadi siyasətin həyata keçirilməsi davamlı tərəqqinin vacib şərtlərindən biridir. İqtisadi inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır. Əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi üzrə yeni istiqamətlər müəyyənləşdirilir. Bu əməkdaşlığın mahiyyəti və məqsədləri barədə məlumatların sahibkar birlikləri və assosiasiyalarına çatdırılması, birgə planlaşdırılan işlərin müzakirəsi məqsədəuyğun haldır. Sahibkarların ictimai birlikləri ilə qurulacaq işlərin əsas prioritetləri sahibkarların qarşılaşdığı problemlərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması, orta və uzunmüddətli dövrdə iqtisadi aktivliyin, habelə dövlət büdcəsinə daxilolmaların artırılması daxildir. Dövlət, ictimai təşkilatlar və sahibkarlar arasında xarici ölkələrin müsbət təcrübələrinin öyrənilməsi, qanunvericiliknormativ bazanın təkmilləşdirilməsi üçün nəzərdə tutulan məsələlər, koordinasiyalı idarəetmə mexanizminin yaradılması, dialoq platformasında inkişaf etdirmək əhəmiyyətlidir.

 

Ölkəmizdə həyata keçirilmiş struktur islahatları iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerlixarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni yerlərinin açılmasına imkan vermişdir. Respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektor sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirilir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə gətirib çıxarmışdır.

 

Bu gün Azərbaycanda iqtisadi inkişafın təmin edilməsində, sahibkarlığın dəstəklənməsi prosesində fəal iştirakçıya çevrilmiş vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində öz töhfələrini vermək iqtidarındadır. Hər bir sahənin fəaliyyət prioritetləri hökumətin başlıca vəzifəsi olan davamlı iqtisadi artımın təmin edilməsinə istiqamətlənməlidir.

 

Qanunvericiliyin ictimai münasibətlərin tələblərinə uyğunlaşdırılması və onun icra mexanizmlərinin effektivliyi əlverişli biznes mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı birgə əməkdaşlığa əsaslanan münasibətlərin qurulması vergi siyasəti üzrə prioritet istiqamətlərdən biridir.

 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də cəmiyyət, biznes və dövlət üçlüyünün əhəmiyyəti vurğulanmaqla yanaşı, biznesə dost dövlət idarəetməsi iqtisadi yüksəlişin təməl amilləri sırasında qeyd edilib. Həmçinin İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən vergi ödəyiciləri ilə vergi qurumları arasında münasibətlərin yeni müstəvidə qurulması, dialoq formatında görüşlərin keçirilməsi, assosiasiyalarla bağlı görülməli olan işlərin intensivləşdirilməsi barədə tapşırıqlar verilib.

 

Sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanmaqla məqsəd birgə fəaliyyət zamanı dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılmasından ibarətdir.

 

Son illərdə vergi sahəsində aparılan islahatlara nəzər salsaq, görərik ki, dövlət-sahibkar münasibətlərinin yeni müstəviyə çıxarılması, qarşılıqlı dialoqa əsaslanan işgüzar münasibətlərin qurulması diqqət mərkəzindədir. İlk növbədə sektoral problemlərin davamlı olaraq öyrənilməsi və inkişaf perspektivləri, qanunvericilik strukturunun dəyişdirilməsi, vergi mexanizmlərinin təkmilləşdirilməsi, dəstək tədbirlərinin görülməsi və yeniliklərin tətbiqi üçün əlverişli şərait yaranmış olacaq.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bu günkü tələblərinə uyğun olaraq təkmilləşdirilir.

 

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunbu Qanunun tətbiqinə dair Fərmandan irəli gələn məsələlərlə vergi islahatlarının başlıca istiqamətləri vergi qanunvericiliyinə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə mühüm dəyişikliklər edilmişdir. Sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcudyeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi iqtisadi münasibətlərdə şəffaflığın təmin edilməsi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində edilən dəyişikliklər davam etdirilir. Bu sahədə aparılan işlərin mühüm bir istiqaməti də iqtisadi dövriyyələrin şəffaflaşdırılması, elektron qaimə-faktura ilə olan əməliyyatlar üzərində nəzarətin təmin edilməsidir.

 

Vergidən yayınma hallarının aşkar olunması məqsədilə dövlət vergi orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı qanunun tələblərini pozan vergi ödəyiciləri müəyyən edilironlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür və maliyyə sanksiyası tətbiq edilir. Sahibkarlar lüzumsuz maliyyə sanksiyalarına məruz qalmamaq üçün qanunvericiliyin tələblərinə əməl etməli, əməliyyatların elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi tərtib olunmalıdır.

 

Artıq ötən ildən ölkəmizdə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən Əlavə Dəyər Vergisi (ƏDV)-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm Dövlət Vergi Xidmətinin 2020-ci ildə uğurlu layihələrindən biri kimi qiymətləndirilir. Biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan bu layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

 

Ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, reallaşdırılma prosesində müsbət qiymətləndirilən əsas prioritetlərdəndir.

 

Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 2020-ci ildə iqtisadiyyata, həmçinin sahibkarlıq subyektlərinə genişmiqyaslı dövlət dəstəyi göstərilib. Bu tədbirlərə pandemiyanın zərərlərini azaltmaq, yerlərini qorumaq üçün maliyyə dəstəyinin göstərilməsi, müddətli vergi güzəştləri və tətillərinin tətbiq edilməsi, güzəştli kreditlərin verilməsi və digər mexanizmlər daxildir. Qeyd edək ki, ötən il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib, 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul olunub. Pandemiyadan bilavasitə zərərçəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üçün vergidən tam azadolma, mənfəət vergisi üzrə isə 75 faizlik güzəştlər olunmuşdur. Nəzərdə tutulmuş dəstək tədbirləri çərçivəsində sosial sığorta yükünün azaldılması məqsədilə sahibkarlıq fəaliyyəti həyata keçirən şəxslər üçün sosial sığorta dərəcəsinin azaldılması fərdi sahibkarlar tərəfindən büdcədənkənar dövlət fonduna ödənilən sosial sığortanın dərəcəsi tikinti və ticarət sektorunda minimum əməkhaqqının 50 faizi, digər sahələrdə 25 faizi həddindədir. Pandemiyanın sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı çətinliklər nəzərə alınaraq, təqdim olunan qanun layihəsinə əsasən, 1 yanvar 2021-ci il tarixədək tikinti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sosial sığorta yükü 25 faizə, digər sahibkarlıq subyektlərində isə 15 faizə endirilmişdir. Hətta qanun layihəsində 2021-ci ildən sonra da sahibkarlıq subyektlərinin sosial sığorta yükünün aşağı salınması ilə bağlı müddəalar da vardır.

 

Pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, biznesin aktiv fəaliyyətə qaytarılmasının hazırda qarşıda duran əsas şərtlərdəndir. Bu məqsədlə 2021-2025-ci illər üçün ciddi və dərin institusional islahatların həyata keçirilməsini tələb edən vəzifələr müəyyənləşdirilib. Torpaqlarımızın işğaldan azad edilməsi Qarabağ bölgəsinin dirçəlişi kimi mühüm məsələni gündəmə gətirib, iqtisadi inkişaf planlarına yenidən baxılması zərurətini yaradıb. Bu tarixi qələbə ölkəmizin inkişafında yeni səhifə açır. İşğaldan azad olunmuş ərazilərin iqtisadiyyata reinteqrasiyası və bölgənin iqtisadi imkanlarının reallaşdırılması Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsində böyük amil olacaq.

 

 

 

Bəybala BƏYBALAYEV

 

Respublika.- 2021.- 22 may.- S.9.