AZƏRBAYCAN ELMİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ

 

...Siz də, elə bizlər də bəlkə də heç zaman torpağımızla, xalqımızla, ordumuzla, bu qədər qürur duyduğumuz olmamışdı. Uzun illərdən bəri düşmən tapdağı altında qalan gözəl Qarabağımızı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edən, böyük qələbəyə imza atan Ordumuz indi hər kəsin qürur mənbəyidir.

 

...Hər zaman dəyanəti, səxavəti, qüruru, qonaqpərvərliyi ilə seçilən, qüdrətli və vüqarlı olan Azərbaycanımız - Qarabağımız milli qəhrəmanlarla yanaşı, həm də müdrik tarixi şəxsiyyətlər, yazıçılar, şairlər, alimlər, pedaqoqlar yetişdirib. O torpağın belə parlaq ziyalı insanlarından birifizika-riyaziyyat elmləri doktoru, professor, akademik, əməkdar elm xadimi Hətəm Hidayət oğlu Quliyevdir.

 

2021-ci il yanvarın 6-da onun 74 yaşı tamam oldu. Ötən il qədər böyük Qələbələr ili olsa da çətinliklərimiz itkilərimiz az olmadı. Bu, həm koronavirus səbəbindən, həm səhhətindəki kiçik narahatlıqdan dolayı onun ad gününü lazımi səviyyədə qeyd edə bilmədik.

 

Hətəm Quliyevin 75 illik yubiley yaşını qeyd etməyə hazırlaşmaq üçün sanki bir il vaxt qalırdı. Qarabağda daha yaxşı işləmək, onu dirçəltmək, təzə yaralarımızı sağaltmaq yubileyi doğma Füzulidə, Şuşada keçirmək arzusu yaranmışdı hamımızda. Elə onun özündə !

 

...AMEA-nın Geologiya Geofizika İnstitutunun Tektonofizika geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev 1947-ci il yanvarın 6-da Füzuli rayonunda dünyaya göz açmış, 1969-cu ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirərək AMEA-nın Riyaziyyat Mexanika İnstitutunda elmi fəaliyyətə başlamışdır. O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2001-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibinin müavini AMEA-nınXəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.

 

H.Quliyev geomexanika, geofizika, geologiya, tektonofizika, geodinamika, dağ-mədən mexanikası, deformasiyaya uğrayan bərk cisim mexanikası, tətbiqi riyaziyyat kosmologiyanın müxtəlif sahələri üzrə görkəmli alimdir. Dünyanın əksər ölkələrində olub, elmi məruzələrlə çoxlu sayda çıxışlar edibdir.

 

Hətəm müəllimin elmi həyatı bir müddət Kiyev şəhəri ilə bağlı olub. 1990-cı ildə akademik Midhət Abbasovun dəvəti ilə vətənə qayıdıb elmi fəaliyyətini AMEA Dərin Neft Quyuları İnstitutunda davam etdirib.

 

Geofiziki tədqiqatların əsasını fundamental fiziki sahələrin müasir riyazi üsullarla tədqiqi, bu tədqiqatlar bazasında yer, günəş sistemi kainatın konkret problemlərinin çözülməsi üsulları, tədqiqat texnikasının texnologiyalarının hazırlanması, ayrı-ayrı məsələlərin həlli nəticələrin şərhi təşkil edir. Son illər müasir informasiya texnologiyalarının geniş tətbiqi bu istiqamətdə ciddi inkişafa səbəb olmuşdur. Bu istiqamətdə aparılan tədqiqatlarda, alınmış nəticələrdə əldə olunmuş uğurlarda AMEA-nın Geologiya İnstitutununTektonofizika geomexanikaşöbəsinin rəhbəri akademik Hətəm Quliyevin əvəzolunmaz xidmətləri vardır.

 

Akademik Hətəm Quliyevin əsas elmi nəticələrinə yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xətləşdirilmiş yanaşmanın işlənib hazırlanması, yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, yer təkində qırışların yarıqların əmələ gəlməsi mexanizmləri onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin faza keçidlərinin başvermə ardıcıllıqları probleminin həlli, çoxkomponentli üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması, yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında daxili strukturunda dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cisimlərin dayanıqlığı, möhkəmliyi, dinamikası dağılması mexanikası üzrə qeyri-xətti məsələlərin həlli bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir.

 

Hətəm Quliyev yüzlərlə elmi əsərin müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə çoxlu sayda istinad olunur. Onun rəhbərliyi ilə 5 elmlər doktoru 20-dən çox fəlsəfə doktoru yetişdirilmiş dünyanın aparıcı neft şirkətlərinin (AMOKO, BP, SHEVRON) bir sıra respublika təşkilatlarının (ARDNŞ, Respublika Seysmoloji Xidmət Mərkəzi, SHİRVAN OİL, ANSHAD PETROL) sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilmişdir. O, Ukrayna Elmi-Texniki Mərkəzinin ARDNŞ-in Elm Fondunun qrantlarının rəhbəri olmuşdur.

 

Hətəm müəllim Beynəlxalq Geofizika İttifaqının Azərbaycan bölməsinin vitse-prezidenti, “Amerika neftçi mühəndislər cəmiyyəti”nin üzvü, “Amerika neftçi geoloqlar cəmiyyəti”nin Azərbaycan bölməsinin üzvü, Mühəndis geoloqlar geofiziklərin Avropa Assosiasiyasının üzvü, İqtisadi Geologiya üzrə Beynəlxalq İttifaqın üzvü, Azərbaycan geoloqlarının geofiziklərinin milli komitələrinin üzvü, Beynəlxalq Geofiziki jurnalın beynəlxalq redaksiya heyətinin üzvü, T.Şevçenko adına Kiyev Milli UniversitetininVestnikjurnalının, “Geodinamikajurnalının redaksiya heyətinin üzvü olub.

 

Onun elmi nailiyyətləri dünyanın bir sıra aparıcı alim mütəxəssisləri tərəfindən qəbul olunur bəyənilir. Keçən il AZƏRTAC-ın yaydığı rəsmi bir məlumat hamımızı sevindirdi. Məlumatda deyilirdi: “...Son illər akademik, professor Hətəm Quliyev digər alimlərimizlə birgə Azərbaycanın geologiya geofizika elmi sahəsindəYer səthinin qabarması Yerin formalarının dəyişimikimi elmi yanaşma tədqiqat modellərini ortaya çıxarmaqla elmimizin inkişafında böyük uğurlara imza atıb. Belə uğurlardan biri Hətəm Quliyevin bu yaxınlarda ərsəyə gətirdiyi, elm sahəsində yeni bir irəliləyiş kimi dəyərləndirilənBir daha Yerin ilkin etalon modeli (YİEM) haqqındaböyük həcmli elmi məqaləsinin Amerika Geofiziklər İttifaqının nüfuzlu jurnallarından olan “Earth and Space Science” jurnalında dərc olunmasıdır”.

 

Bəli, professor Hətəm Quliyev Qarabağın sayılan ziyalılarından, qeyrətli, qayğıkeş, mərd vətəndaş idi. Qarabağı, Azərbaycanı öz canından da artıq sevirdi. Füzuli ziyalılarının ağsaqqalı kimi 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günlərində Ali Baş Komandana müraciət ünvanladı. 8 oktyabr 2020-ci ildə President.az saytında dərc olunan müraciətdə deyilirdi: “Hörmətli cənab Ali Baş Komandan!

 

İndiki mürəkkəb şərəfli dövrdə Sizə bildirməyi özümüzə borc bilirik ki, biz Füzuli ziyalıları bütün xalqımız kimi Sizinlə fəxr edir, qürur duyur Sizin daxili xarici siyasətinizi tam olaraq dəstəkləyirik.

 

Ali Baş Komandan kimi Sizin əmrinizlə işğalçı Ermənistana qarşı artıq bütün cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatına başlanılmışdır. Qəhrəman Azərbaycan Ordusunun əzmi şücaəti nəticəsində bir çox ərazilərimiz, o cümlədən Füzuli rayonunun işğal altında olan bir çox kəndləri erməni qəsbkarlarından təmizlənmişdir. Bu parlaq qələbə heç şübhəsiz ki, Sizin yürütdüyünüz qətiyyətli siyasətin nail olduğunuz yüksək ordu quruculuğunun nəticəsidir.

 

Azərbaycan Silahlı Qüvvələri həqiqətən bölgənin ən qüdrətli ordusudur hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadirdir.

 

Cəbhədən gələn hər növbəti qələbə xəbəri bütün azərbaycanlılar kimi, bizlərdə də böyük qürur hissi oyatmış, vətənpərvərlik duyğularını qüvvətləndirmişdir. Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndiyə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı kimi biz də əminik. İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü hamımız səbirsizliklə gözləyir, o günün uzaqda olmadığına bütün varlığımızla inanırıq. Biz həmişə Sizinləyik, cənab Prezident!

 

Biz Sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan! Biz Sizin arxa cəbhədə əmrinizə hazır olan əsgərlərinizik! Var olsun Azərbaycan, var olsun Qarabağ! Qarabağ Azərbaycandır!”

 

Təəssüf ki, azad olmuş torpaqlarımızı görmək ona qismət olmadı, 2021-ci il aprelin 21-də Hətəm müəllim haqq dünyasına qovuşdu.

 

Biz onun 75 illik yubileyini həmin torpaqlarda - Şuşada, Füzulidə onsuz da olsa belə keçirəcəyik!

 

Biz, bu gün, qürurla deyə bilərik ki, Hətəm müəllim elmin zirvələrinə qalxmış, öz sözünü demiş bir alim idi! Onun elmi-ictimai fəaliyyəti, həyatı ilə bağlı xoş xatirələr Hətəm müəllimi yaxından tanıyan, onu sevən insanların qəlbində daim yaşayacaq.

 

Akif MUSAYEV,

AMEA-nın müxbir üzvü, professor.

Əlövsət Qaraca ƏLİYEV,

Azərbaycan İnformasiya və Cəmiyyət İctimai Birliyinin rəhbəri.

 

Respublika.- 2021.- 22 may.- S.11.