İşğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlıq bərpa olunur

 

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günüdür

 

 

 

Hazırda ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin tezliklə bərpa olunması, həmin regionda müvafiq infrastrukturların yaradılması və köçkünlərin doğma evlərinə təhlükəsiz qayıdışının təmin edilməsidir.

 

Prezident İlham Əliyevin 2020-ci il 29 oktyabr tarixli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına əsasən işğaldan azad olunmuş ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji tarazlığın bərpa olunması ilə bağlı təkliflərin hazırlanmasına başlanılmışdır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov görülmüş işlər haqqında dedi:

 

– Azərbaycan Respublikasının Dağlıq Qarabağonun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən florafauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulmuşdur. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, əhalinin sudan qəsdən məhrum edilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur.

 

Ermənistanın hərbi təcavüzü nəticəsində 260 min 311 hektar meşə sahəsinin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmuşdur. Bu ərazilərdə 460 növdən çox yabanı ağackol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir. Yüzlərlə növ ağackol bitkiləri (giləmeyvəli qaraçöhrə, ayı fındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, Hirkan şümşadı, Eldar şamı, söyüdyarpaq armud, vələsyarpaq azat, Qafqaz xədicəgülü, Qarabağ dağ laləsi, Şmidt dağ laləsi və s.) məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

 

Bu sahədə xüsusi mühafizə olunan təbiət ərazilərində (Bəsitçay Dövlət Təbiət Qoruğunda 107 hektar, Qaragöl Dövlət Təbiət Qoruğunda 240 hektar, Qubadlı Dövlət Təbiət Yasaqlığında 20 min hektar, Daşaltı Dövlət Təbiət Yasaqlığında 450 hektar, Arazboyu Dövlət Təbiət Yasaqlığında 2200 hektar və Laçın Dövlət Təbiət Yasaqlığında 20 min hektar) “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 70-dən çox flora növü qorunurdu ki, bunların da bir hissəsi artıq məhv edilmişdir.

 

Təbiət abidəsi statusuna malik 152 sayda ağac (Şərq çinarı, palıd, azat, armud), o cümlədən yaşı 120-dən 2 min ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı, 8 xüsusi qiymətli meşə sahəsi (Şərq çinarı, Püstə, Ayı fındığı, Ardıc, Azat, Araz palıdı, Çaytikanı, Pirkal), 6 ədəd geoloji-palentoloji obyekt (Azıx, Tağlar, Xan, Qaxal və Divlər sarayı mağarası, Bazaltın sütunvari aralanması) və digər təbiət abidələri uzun illər misli görünməmiş şəkildə talan edilmişdir.

 

Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən və “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş Ayı fındığı ağacları da kütləvi şəkildə qırılmışdır. Ərazilərdə qəsdən törədilmiş yanğınlar nəticəsində yüz min hektardan artıq torpağın üst münbit qatı otkollarla birlikdə məhv olmuş, faunaflora növlərinin sayı kəskin azalmışdır.

 

Ölkənin iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edən 167 sayda qızıl, gümüş, mis, qurğuşun, civə, daş kömür, müxtəlif növ tikinti materialları və digər faydalı qazıntı yataqları, o cümlədən yeraltı şirin su, mineral su (Şirlan, Turşsus.) yataqları xarici ölkələrin hüquqi şəxslərinin iştirakı ilə Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilərək xarici ölkələrə ixrac edilmişdir.

 

Son hərbi əməliyyatlar zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən kənarda yerləşən təbiət ərazilərini hədəfə almaqla Azərbaycan təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan hərəkətlərini davam etdirmişdir. Göygöl, Daşkəsən, Goranboy, Ağcabədi rayonları ərazilərinin artilleriya atəşinə tutulması nəticəsində Cənubi Qafqazda füsunkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin Göygöl Milli Parkının ərazisində yanğın baş vermiş, florafaunaya, təbii landşafta, həmçinin Ağgöl milli parkına ciddi ziyan dəymişdir.

 

İşğalçı Ermənistan tərəfindən Şuşa meşələrində qadağan olunmuş silahlardan ( fosfor tərkibli sursat) qəsdən istifadə etməklə ekoloji terroru davam etdirmiş, yanğınlar törətmişdir. Çoxillik (palıd, ardıc, fıstıq, vələs, şam, göyrüş, qoz) ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir.

 

Həmin ərazilərdə ümumi həcmi 631 milyon kubmetr olan su anbarı, o cümlədən Tərtər çayı üzərində inşa edilmiş, sututumu 560 milyon kubmetr olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng Su Anbarı texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün təhlükə mənbəyinə çevrilmişdir.

 

Bu ərazilərdə yerləşən 10 hidrometeoroloji və 4 radiometeoroloji stansiyada, 15 hidroloji və 2 aqrometeoroloji, 1 meteoroloji, 16 atmosfer proseslərinə fəal təsir məntəqələrində müşahidələr dayandırılmış və müşahidə bazaları sıradan çıxarılmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olub. Ölkə başçısı Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

 

Erməni qəsbkarları torpaqlarımızı işğal altında saxladıqları dövrdə, digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin, demək olar ki, yarısını məhv edib, ağacların kökünü yandırıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

 

Dövlətimizin başçısı, birinci xanım və qızları səfər çərçivəsində Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində çinar ağacları əkdilər və Bəsitçaya balıq buraxdılar.

 

Yeri gəlmişkən, oxucularımıza məlumat vermək istəyirik ki, Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Ölkə başçısı Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verdi.

 

Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olub. Ölkə başçısı Zəngilan Beynəlxalq Hava Limanının, Horadiz-Zəngilan avtomagistral yolunun təməlini qoymuş və 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən ilk “Ağıllı kəndpilot layihəsinin icrasına start verdi. Layihənin icrası 5 komponent üzrə aparılacaqdır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuşinnovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinikaelektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibatiictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

 

Ermənistanın təxribatları, təbiətimizə və təbii sərvətlərimizə qarşı həyata keçirdiyi ekoloji terror, meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərə dair məlumatın və bu hallara son qoyulması ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbinin dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və xarici qurumların diqqətinə çatdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülmüşdür.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmişİşğaldan azad olunmuş ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2021-2023-cü illər üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair Tədbirlər Planı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi tapşırılmışdır.

 

Əmrdən irəli gələn vəzifələrin, o cümlədən real vəziyyətin qiymətləndirilməsi zamanı vaxt itkisinə yol verməmək, Agentliyin fəaliyyət sahələrinə aid müraciətlərə operativ baxılması məqsədilə İşçi qrupu yaradılmışdır.

 

“Tədbirlər Planı”na əsasən işğaldan azad olunmuş ərazilərdə icra olunması nəzərdə tutulmuş layihə sənədlərinin əvvəlcədən dövlət ekoloji ekspertizasında razılaşdırılmasına dairAvtomobil Yolları Dövlət Agentliyinə”, “Azərbaycan Dəmir Yolları” QSC-yə, “Azəriqaz” İB-yə, “Azərsu”, “Azərişıq”, “Azərenerji” və “Azərbaycan MeliorasiyaSu Təsərrüfatı” ASC-yə məktub göndərilmiş, həmin qurumların əməkdaşları ilə görüş keçirilmişdir.

 

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması və şəhərin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC-dən daxil olmuş 110/35/10 kv-luqŞuşa”, “Şükürbəyli”, “Füzuli”, “Kəlbəcər” yarımstansiyalarının tikintisi layihə sənədlərinə dövlət ekoloji ekspertizasının rəyi verilmişdir. Şuşa şəhərinə çəkilən “Zəfər yolu”, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolununFüzuli şəhərində inşa olunacaq beynəlxalq hava limanının tikintisi ilə əlaqədar layihələrin icrası aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir.

 

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin sürətlə aparılması üçün işlərin mühüm dövlət və sosial əhəmiyyəti nəzərə alınaraq daxil olan müraciətlər nəzarətdə saxlanılmaqla, bu sahədə lazımi işlərin müsbət həlli üçün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

 

 

 

Kamil İSMAYILOV

 

Respublika.- 2021.- 23 may.- S.7.