Azərbaycan dünyada tolerant ölkə kimi tanınır

 

 

Azərbaycanda dini durum hər zaman sabit olmuş, ölkəmizdə mövcud müxtəlif dinlərə məzhəblərə mənsub dindarlar arasında hər hansı formada xırda narazılıq belə heç vaxt müşahidə edilməyib. Təbii ki, bunun da kökündə xalqımızın tarixin süzgəcindən keçib gələn tolerantlıq ənənələri dövlətin bu sahədəki uğurlu siyasəti dayanır. Prezidentin birbaşa rəhbərliyi ilə Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi tədbirlər qəbul etdiyi qərarlar öz müsbət nəticəsini verir.

 

Bu gün xalqımız qələbə sevinci yaşayır. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 ilə yaxın Ermənistanın işğalında qalmış ərazilərimizi azad etdi. Bununla yanaşı, erməni təcavüzkarları tərəfindən bu ərazilərdə yerləşən yaşayış məntəqələrinin, müxtəlif təyinatlı tikililərin, infrastrukturun, təbii ehtiyatların, ekoloji mühitin vəhşicəsinə dağıdıldığının, talan edildiyinin şahidi olduq. Bu barbarlıq aktlarında Azərbaycan xalqının tarixi mədəni irsinə, həmçinin dini abidələrinə qarşı erməni faşizminin bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğu açıq görünür. Həmin ərazilərdəki dağıntıların miqyası olduqca böyükdür, eyni zamanda dini abidələrə qarşı dərin nifrət təhqir elementləri xüsusilə özünü göstərir.

 

Demək olar ki, iki-üç məscid istisna olmaqla, bütün müsəlman dini abidələri məhv edilib, eyni zamanda ermənilər Qafqaz Albaniyasına aid xristian abidələrinə müxtəlif simvol elementlər əlavə etməklə qriqoryanlaşdırmağa çalışıblar. Bu cür vandalizm aktları nəinki Azərbaycan xalqına, eyni zamanda bütün bəşəriyyətin mədəni irsinə qarşı təcavüzdür.

 

Ordumuzun şanlı qələbəsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva azad olunmuş torpaqlara tez-tez səfər edirlər. Belə səfərlərdən biri bu il martın 15-də Xocavənd rayonuna orada yerləşən Hünərli kəndindəki Alban kilsəsinə olmuşdur. Məbədə baxış keçirəndən sonra Prezident İlham Əliyev təəssüratlarını bölüşərək demişdir: “Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni erməniləşdirmək istəmişlər burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı? Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir. Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır. Onlar bizim qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər, biz onları ifşa etmişik. Bu kilsənin - Alban məbədinin bu vəziyyətdə olması bir daha erməni saxtakarlığını göstərir. Erməni kilsəsi olsaydı, bunu təmir etdirərdilər. Sonra da bəziləri bizə irad tuturlar ki, biz xristian abidələrinə yaxşı baxmırıq. Bunu ermənilər bu günə salıblar.

 

İndi gəlsinlər, baxsınlar Azərbaycanın müxtəlif yerlərində xristian abidələri necə qorunur. Bu qədim Alban kilsəsini görərlər bir müddətdən sonra biz necə təmir etdirəcəyik. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir bütün dünya bunu bilir”.

 

Bəli, Prezident İlham Əliyev son illərdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən , dini ziyarətgahların əsaslı təmiri yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Maddi-mədəniyyət abidələrinin bərpası mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir. Dini, mədəni tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilmişdir.

 

Bu sahədə Heydər Əliyev Fondununonun prezidenti Mehriban xanım Əliyevanın da nəcib işləri çoxdur. Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına zaman-zaman öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır.

 

Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir.

 

Həqiqətən də azad olunmuş torpaqlarda dağıntıların miqyası çox böyükdür. Onların sayı və vəziyyətinin tam qiymətləndirilməsi müəyyən müddət tələb edir. Bu məsələ ilə bağlı dövlətimiz tərəfindən xüsusi qurum yaradılıb və işin nəticəsi barədə həm yerli, həm də beynəlxalq ictimaiyyət mütəmadi məlumatlandırılır. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərliyi və tapşırığı əsasında Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Bildirək ki, fəaliyyət göstərdiyi ilk gündən Heydər Əliyev Fondu Azərbaycanda tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətində bir çox layihələr həyata keçirib. Qürurverici haldır ki, qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə başlanan layihə çərçivəsində yerlixarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək, işğal illəri ərzində Şuşa şəhərində, eləcə də Qarabağın azad edilmiş digər şəhər və rayonlarında dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılıb. Sözsüz ki, bu işlər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə digər dini konfessiyalara aid məbəd və abidələr də təmir olunaraq bərpa ediləcək.

 

Söhrab SƏFİYEV

 

Respublika.- 2021.- 27 may.- S.4.