“Qızılgül”lü Zaqatala...

 

Rayon ağsaqqallar şurasının sədri İsa Əhmədovun söhbətlərindən bu sözləri çox eşitmişəm. Deyir ki, kim “Qızılgül”ün, “Lavanda”nın gözəl ətirlərini sinəsinə çəkib ləzzət almaq, min bir dərdin dərmanı sayılan keyfiyyətli bal yemək istəyirsə yolunu bu yanlardan salsın və görsün ki, zaqatalalılar necə məhsul yetişdirirlər.

 

İsa kişinin dedikləri reallıqdır, dünənin, bu günün yox, lap qədimlərdən bu yana gələn fikirlərdir.

 

 

 

Çünki gülçülük Zaqatala üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biridir. Hələ keçmiş sovetlər birliyi vaxtından burada istehsal olunan gül yağının şöhrəti bütün dünyanı gəzirdi. Doxsanıncı illərin əvvəlində baş verən məlum hadisələr aqrar sahəyə münasibətin zəifləməsinə gətirib çıxardı. Amma müstəqillik illərinin ilk inamlı addımları aqrar bölmənin bu sahəsində də olan süstlüyün aradan qaldırılmasına imkan verdi. Bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də ulu öndər Heydər Əliyevin iqtisadi, siyasi strategiyası böyük əhəmiyyətini göstərməyə başladı və yenidən Zaqatala gülçülüyü öz şöhrətini bərpa etmək yoluna düşdü, bugünkü ürəkaçan səviyyəyə çata bildi. Gülçülüyün daha da inkişaf etdirilməsi üçün 2016-cı ildən etibarən Zaqatalada yeni-yeni gül plantasiyalarının salınmasına başlandı. Yeni gül emalı zavodunun tikintisi məqsədi ilə 100 hektar torpaq sahəsi ayrılaraq “AZROSE” Məhdud Məsuliyyətli Cəmiyyətin sifarişi əsasında rayonun Aşağı Tala kəndi ərazisində ümumi sahəsi 1008 kvadratmetr olan istehsalat, ümumi sahəsi 1256 kvadratmetr olan 3 mərtəbəli inzibati bina, qazanxana və digər lazım olan tikintilər aparılmış 5000 ton tutumu olan su anbarı quraşdırılmışdır. “AZROSE” MMC-nin özünün ərazisində də 3 min kubmetr tutumu olan su anbarı və lazımi obyektlər inşa edilmiş yeni salınan gül plantasiyalarında damcılama üsulu ilə suvarma sistemi şəbəkəsi quraşdırılmışdır. Ötən illərdə burada aparılan digər abadlıq, quruculuq işləri də diqqəti cəlb edir. Aqrar bölmənin bu sahəsinə diqqətin gücləndirilməsinin nəticəsidir ki, həmin istiqamətdə əhalinin məşğulluq səviyyəsi də artmışdır. İl ərzində gül plantasiyalarında 40 nəfər daimi, 150-200 nəfər mövsümi işlə təmin olunur.

 

Zaqatalada gülçülüyün inkişafı ilə əlaqədar bəzi statistik göstəriciləri də xatırlatmaq yerinə düşər. 2016-cı ilin payızında 64 hektarda Bolqarıstandan gətirilən 250 min ədəd “Qızılgül”, 2017-ci ilin birinci rübündə 25 hektarda 500 min ədəd “Lavanda” tingləri əkilmişdir. 2017-ci ilin payızında gül plantasiyaları üçün əlavə 72 hektar torpaq sahəsi ayrılmış və həmin sahələrin 61 hektarında “Qızılgül”, 11 hektarında isə “Lavanda” tingləri əkilmişdir. 2019-cu ildə “Qızılgül” tinglərinin sahəsi 145 hektara, “Lavanda” tinglərinin sahəsi isə 36 hektara çatdırılmışdır. Burada təcrübə məqsədilə 0,20 hektarda nanə də əkilmişdir. Əkin sahələrində olduğu kimi, məhsul istehsalında da illər üzrə artım olmuşdur. Başqa sözlə, 2016-cı ildə 120 ton 787 kiloqram “Qızılgül”, 22663 kiloqramLavanda” ləçəyi istehsal olunmuşdursa, 2019-cu ildə bu göstəricilər müvafiq olaraq 280 ton 71 kiloqrama və 64 ton 800 kiloqrama çatdırılmışdır. 2018-ci ildə 35 kiloqram “Qızılgül”, 290 kiloqram, “Lavanda” yağı istehsal edən Zaqatala gülçüləri 2019-cu ildə bu göstəriciləri müvafiq olaraq 71,5 və 1 ton 46 kiloqrama çatdırmışlar. Həmin məhsullar dünya bazarına çıxarılmışdır. Amerika, Bolqarıstan və Litva ölkələrinə 76 kiloqram “Qızılgül”, 83 kiloqram Lavanda yağı ixrac edilmişdir. Bundan başqa, “AZROSE”də istehsal olunan 1,5 ton gül, 1 ton nanə suyu, 740 kiloqram qurudulmuşLavanda” çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qidatibb sənayesi müəssisələri tərəfindən istehlak olunmuşdur. Ötən ilin göstəriciləri də ürəkaçandır. 2020-ci ildə sözügedən Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Amerika, Türkiyə və Litva ölkələrinə xeyli “Qızılgül” və “Lavanda” yağı ixrac edilmişdir.

 

“Qızılgül”lü Zaqatalanın min bir dərdin dərmanı olan balı da çox dadlıdır. Bunu istifadə edənlər də, istifadə etməyib sorağını eşidənlər də yaxşı bilirlər. İnsanın sağlamlığı üçün hədsiz xeyirli, həm də gəlirli olan bal istehsalını artırmaq üçün rayonda arıçılığın inkişafı istiqamətində də səmərəli tədbirlər həyata keçirilir.

 

EkoZaqatala” MMC tərəfindən “Boz Qafqaz”, “Karpat” və “Karnika” cinslərinə mənsub arılar yetişdirilərək artırılır və fermerlər yüksək məhsuldar, cavan arı ailələri ilə təmin edilirlər. Rayonda 1400-dən artıq arıçılıq təsərrüfatında 30 mindən çox arı ailəsinə xidmət olunur. Bu təsərrüfatlarda il əzrində təxminən 300 ton bal, 40 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 12-15 kiloqram arı südüsair məhsullar istehsal edilir. Rayonun təbii iqlim şəraiti gələcəkdə arıçılıq məhsullarının istehsalının daha da artırılmasına imkan verir.

 

Bal arısı cinslərinin təmizliyinin təmin edilməsi və qorunub saxlanılması məqsədilə ana arıların təbii mayalanması üçün təcrid bölgənin müəyyən olunması istiqamətində işlər uğurla davam etdirilir. Tarixən mövcud olmuşBoz Qafqaz” arı cinsinin təmizqanlı genofondunun qorunması, çoxaldılması və ana arıya olan tələbatın öyrənilməsi ilə əlaqədar rayon ərazisində 200 hektar sahədə təcrid bölgənin yaradılması ilə bağlı müvafiq təşkilatların mütəxəssisləri tərəfindən məqsədyönlü tədbirlər görülməkdədir. Bu məqsədlə fiziki şəxs Mövlüddün Qurbanəliyevə məxsus “Boz dağ Qafqaz” arı cinsi üzrə damazlıq təsərrüfatı qeydiyyatdan keçərək 2021-ci ildən etibarən fəaliyyətə başlamışdır.

 

Ölkəmizdə arıçılıq sahəsinə dövlət qayğısının artırılması üçün “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının icrası məqsədi ilə Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli qərarına əsasən “Arıçılıqla məşğul olan fizikihüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” təsdiq edilmiş və arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində sudsidiya verilməsi nəzərdə tutulmuşdur.

 

Bununla əlaqədar Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 2018-ci il arıçılıq mövsümü üçün birinci mərhələdə sənədlərini təqdim etmiş 816 nəfərə, növbəti mərhələdə sənədlərini təqdim etmiş 249 nəfərə arıçılıqla məşğul olan fizikihüquqi şəxslərə yuxarıda qeyd olunan qaydada subsidiyalar verilmişdir. Növbəti illərdə bu öz qaydası ilə davam etdirilmişdir. Dövlət qayğısı, yaradılan imkan və şərait arı ailəsinin sayının ilbəil artmasına imkan verir.

 

Oxuculara təbiətin bəxş etdiyi iki gözəl sərvətdən, gülçülük və arıçılıqdan söhbət açdıq. Qeyd edək ki, güllər diyarı kimi tanınan Zaqatalanın təbiəti də, insanlarında olan gözəllik də, istehsal etdikləri dadlı balları qədər şirinlikbura pənah gətirənləri heyran qoyur. Hamının sözünün-söhbətinin bir nidası olur: Bu gözəlliyi, bu şirinliyi yaradanlara da, qoruyub artıranlara da eşq olsun.

 

 

 

Rasim AMANOV

 

Respublika.- 2021.- 27 may.- S.9.