Tarixi nailiyyət

 

Yüz üç il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

 

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himnigerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeriroluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişikbu, bizim milli bayramımızdır”.

Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edərkən biz o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda, Azərbaycanda demokratik respublika yaranması uğrunda mübarizə aparanları, demokratik dövlətin təşkil olunmasında iştirak edənləri, onun rəhbərliyində fəaliyyət göstərənləri-Məhəmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirik. Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır.

Müstəqil dövlət hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət hesab edilir. Bu müstəqilliyin əldə edilməsi təsadüf nəticəsində olmurya hədiyyə edilmir. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir.70 illik Sovet hakimiyyəti dövrünün hökm sürməsinə baxmayaraq, Azərbaycan xalqı daim bu tarixi hadisənin yenidən təkrar olacağına, öz həqiqi azadlığına qovuşacağına inanırdı. Hələ ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixini dərindən mənimsəyərək, Azərbaycanı uzun, lakin xalqımız üçün müqəddəs bir amala doğru aparırdı. Məhz həmin dövrdə ölkədə milliləşdirmə siyasəti nəticəsində bir çox işlər görülürdü.

1993-cü ildə çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Ümummilli lider Azərbaycan dövlətçiliyinin bütün vacib sahələrinin yenidən inkişaf etməsi üçün gərgin əmək sərf edirdi. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparıldı. Nizami ordu yaradıldı. Ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsindən də faydalandı. 1998-ci ildə ulu öndər Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncamda qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Həmin Sərəncamdan irəli gələn vəzifələri icra edən Azərbaycan tarixçiləri qısa müddətdə AXC-nin zəngin irsinin öyrənilməsi istiqamətində böyük işlər gördülər. İlk dəfə Cümhuriyyətin daxilixarici siyasəti ilə bağlı sanballı monoqrafiyalar və sənəd topluları hazırlandı. Müxtəlif ölkələrin arxivlərində saxlanılan və bilavasitə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif məsələlərinə həsr olunmuş sənədlər də Azərbaycana gətirilərək, elmi dövriyyəyə cəlb edildi. Xüsusilə qeyd etmək lazımdır ki, bu sənədlər təkcə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü deyil, müstəqilliyə gedən yolda Azərbaycan milli hərəkatının keçdiyi çətin, lakin şərəfli yolu özündə ehtiva edirdi.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət daşıdığını hər zaman vurğulamış və müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılmasını böyük tarixi nailiyyət kimi qiymətləndirmişdir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışarkən Azərbaycanın Milli Ordusunun 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etdiyini və qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytardığını xüsusi vurğulamışdır.

Dövlətimizin başçısı Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsini milli faciə kimi qiymətləndirmişdir. “Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi”.

Lakin bütün bunların fonunda biz bu gün gələcəyə böyük ümidlə baxırıq. Dövlətimizin başçısı İlham Əliyev davamlı və dinamik inkişaf strategiyası əsasında bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün biz fəxrlə deyirik ki, müstəqil Azərbaycan nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regionalya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır.

Taleyimizin indi öz əlimizdə olduğunu, - deyən Prezident İlham Əliyev dünyaya bir daha mesaj verdi ki, müstəqillik Azərbaycanın ən böyük sərvəti, ən böyük neməti və ən böyük xoşbəxtliyidir. Azərbaycanın müstəqilliyi əbədidir və sarsılmazdır. Xalq-iqtidar birliyi dövlət müstəqilliyimizi daha da gücləndirəcək, əbədi edəcək.

Son 200 ildə torpaqlarımızın bir hissəsini itirmişik. İndiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 44 günlük müharibədə Azərbaycan ilk dəfə olaraq öz tarixi ərazilərini işğaldan azad etdi. Prezident İlham Əliyev sərkərdə qətiyyəti siyasi müdrikliklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

 

Məhəmməd MUSAYEV,

ArchiCO Engineering Group” MMC-nin baş direktoru.

 

Respublika.- 2021.- 28 may.- S.8.