“Azərbaycan ədəbiyyatı tarixi”: elmi-nəzəri yanaşmalar, uğurlar və vəzifələr

(əvvəli 28 may tarixli sayımızda)

 

 

 

“Kitabi-Dədə Qorqudun yaranma tarixi zəminində - onun totemizm, tanrıçılıq və islam inancı ilə bağlılığını səciyyələndirən akademik İsa Həbibbəyli tezisləşdirib ki, “Kitabi-Dədə Qorqudbitkin bir ədəbi abidə olaraq VII əsrdə yaranıb... “Kitabi-Dədə Qorqudoğuz tayfalarının ibtidai totem inancından sistemli dini etiqada - Tenqriçiliyə (Tanrıçılığa) keçib, nəhayət, İslam dininin qəbul edilməsinə qədərki həyat tərzi və təkamül prosesləri əksini tapıb. Bu, ayrı-ayrı boyların, motivlərin yaranması və formalaşması proseslərini başa düşməyə - uzun bir tarixi dövrü əhatə etdiyini mənimsəməyə əsas verib”...

Alim “Kitab”dakı vətənçiliyin və aborogenliyin əsaslarını şərhlərlə, izahlarla verib: oğuz tayfaları şamançılıqdan, totemizmdən - Tanrıçılığa və islama qədər təkamül prosesi keçib, vahid coğrafiyada bulunub. Qalın Oğuz Eli oğuzların dədə-baba vətəni olduğunu sübut edib. İç oğuz və Dış oğuz Qalın Oğuz Elinin qoşa qanadı olub.

Akademik İsa Həbibbəyliyə görə, “Kitabi-Dədə Qorqud” Azərbaycan yazılı ədəbiyyatının hələlik birinci məlum nümunəsidir. Bu, xalqımızın yazılı ədəbiyyatının anadilli ilk kitabıdır...

Akademik İsa Həbibbəyli aydınlaşdırıb ki,”Kitabi-Dədə Qorqudfolklorun təməl prinsiplərindən fərqli xüsusiyyətlərə malikdir. Yəni folklor nümunələri (dastanlar) çox variantlıdır. “Kitabi-Dədə Qorqudun isə variantı yox, əlyazmaları - DrezdenVatikan nüsxələri mövcuddur. Müəllifi isə Dədə Qorquddur, - bir şəxsin bədii dühasıdır. Alim yazır ki, “Kitabi-Dədə Qorqudun boyları yox, rəvayətlərinin el variantları vardır. “Kitabi-Dədə Qorqud” - çoxnüsxəli, lakin tək variantlı orijinal bədii əsərdir. “Kitabi-Dədə Qorqudun variantlarının olmaması bu ədəbi abidənin şifahi xalq ədəbiyyatının yox, yazılı ədəbiyyat nümunəsi olmasının dəlalətidir.

Tədqiqatçı yazır ki, “Kitabi-Dədə Qorqudun dövrümüzə qədər gəlib çatan bir neçə əlyazma nüsxəsinin dili, leksik tərkibi, bədii təsvir vasitələri baxımından sabit ölçüdə yaranıb. Müxtəlif boylarda leksik tərkibinə görə dil fərqləri olmayıb, xalq dili xarakterizə edilib. Dastan təsvir-ifadə vasitələri baxımından konkret müəllifin bədii təfəkkürünün məhsuludur...

İsa müəllim “Kitab”ın əlifba məsələsinə də toxunub. Hesab edib ki, VII əsrdə Azərbaycan ərazisində hansı əlifbadan istifadə edilməsi məsələsi də aydın deyil. Orxon-Yenisey kitabələri türk-runik əlifbasında olub. Bu əlifba ilə “Azərbaycanda hər hansı bir elmiya bədii əsərin yazılmasına dair məlumat yoxdur... Dədə Qorqud boyları Dədə Qorqud adlı Dədə ozanın yaratdığı kitabdır...

Müəllif ümumiləşdirmə verib ki, “Qorqud Atanın yaşayıb-yaratdığı VII əsrə qədərki boylamalar, soylamalar, süjetlər, versiyalar ilkin mərhələdə Dədə Qorqud “Oğuznamə”lərinin folklor materialı şəklində mövcud olub geniş yayıldığı dövrdür”. O, bu tezisi də həmin dövrü elmi cəhətdən dastan dövrü adlandıran Anara istinad edib.

Tədqiqatçının elmi-nəzəri yanaşmalarının başqa bir yönü Dədə Qorqudun tarixi şəxsiyyət olmasının müəyyənlikləri ilə əlaqəlidir. Bunun üçün ən yaxşı mənbə “Kitab”ın özüdür. Alimə görə, “Kitabi-Dədə Qorqudun müqəddiməsi Dədə Qorqudun kimlik pasportudur. Yəni o, təsvir edilmiş hadisələrin içindədir, əsas iştirakçıdır. Orta əsr tarixi mənbələrində də, Dədə Qorqudun əksini tapmış mənbələrdə də məlumat vardır. Bu barədə ilk məlumatlara XIV əsr - Misir məmlük tarixçisi Seyfiddin Əbubəkr ibn Abdullah ibn Aybək əd-Dəvadarinin “Dürlər xəzinəsi və zəmanə tarixlərindəki seçilmişlərin toplusu” kitabında özünə yer amış “Ulu xan Ata Bitik” mətnində rast gəlirik...

Dədə Qorqud yaradıcı - yazıçı və ya şair kimiİsa Həbibbəylinin maraq dairəsində olub. O, Dədə Qorqudun ustad ozan, “həm şair, həm dastançı, həm bəstəkar, həmdə öz yaratdıqlarını ifadə etməyi bacaran məharətli xalq sənətkarı kimi “qaibdən dürlü xəbər verdiyini”, “İlhamsahibi olduğunu, boy-boyladığını (hekayətlər yaratmış və ya danışmış - İ.H.), soy-soyladığını (şeir qoşmuş - İ.H.) diqqətə çatdırıb.

“Kitabi-Dədə Qorqudklassik yazılı ədəbiyyata mənsub mətnə malik olmayıb. Alimin yazdığı kimi, “Müqəddimə”dən başqa, digər boylar demək olar ki, “adlarında, ya da mətnlərində titullu, vəzifəli, hörmətli bir şəxsə müraciət əsasında formalaşıb”.

Dastanda “xanım, hey” nidasından istifadə edilib ki, bu da onun bir çox bəyə, xana müraciəti əsasında yaradıldığını göstərir. Alimin qənaəti belədir ki, “Kitabi-Dədə Qorqudun VatikanDrezden əlyazmalarında hadisələr üçüncü şəxsin dilindən söylənilib. Bu isə “boyların və soyların alp ozanların dilindən yazıya alındığını düşünmək üçün əsas verir”. “Ona görə də “Kitabi-Dədə Qorqudun VII əsrdə canlı ifa prosesində mirzələr tərəfindən yazıya alınmış əlyazması Dədə Qorqud - alp ozan qiraəti, nüsxəsi, yaxud xan-sultan nüsxəsi adlandırıla bilər”.

“Azərbaycan ədəbiyyatının Homeri Dədəm Qorqud” bölməsində İ.Həbibbəyli antik yunan ədəbiyyatının yaradıcısı Homerlə Dədə Qorqudun müqayisəsinə yer ayırıb. Bildirib ki, Avropa ədəbiyyatşünaslığında “Homer məsələsi” olduğu kimi, Azərbaycan ədəbiyyatşünaslığında da Dədə Qorqudun müəllifliyi mövzusu açıq qalıb. Ozanlıq, qopuz çalıb söz qoşmaq, şair-bəstəçi xüsusiyyətləri Homerlə Dədə Qorqudun şəxsində kəsişir, - deyən müəllif əlavə edib ki, Homer yazıb-oxumaq bacarmayıb, onun zamanında - e.ə. VIII-VII əsrlərdə belə yunan yazısı meydanda olmayıb, “qorqudşünaslıqda Dədə Qorqudunda yazıb-oxumaq, savad əldə etmək qabiliyyəti və imkanları haqqında heç bir məlumat yoxdur”...

Araşdırmaçının dastandakı süjet və motivlərə yanaşma fərdilikləri elmi cəhətdən yenidir. ümumtürk folklorunda Bayandur xan, Qazan xan, Dədə Qorqud, Bükdür Əmən, AlpAruz, Beyrək, Basat və Təpəgöz haqqında süjetlər, motivlər vardır. Böyük Oğuz Elinin bilicisi Dədə Qorqud da “Oğuznamə”sində folklor motivləri və obrazlarından istifadə edib, onları fantazisiyasından keçirib. Dastanda adları çəkilməyən çoxlu surətlər də olub ki, “ustad ozan Dədə Qorqudun özünün qoşub-düzdüyüboylara daxil etdiyi yaddaqalan, cəlbedici və əhəmiyyətli personajlardır”...

Akademik bildirib ki, müqəddiməçilik ənənəsinin ilki “Kitabi-Dədə Qorquda məxsusdur. Kitabın əvvəlində müəllif adının çəkilməsi ilk dəfə Dədə Qorquddan yazılı ədəbiyyata keçib, epik mənzum dastanlarımızda, Nizaminin “Xəmsə” əsərlərində, habelə, klassik ədəbiyyatımızda davam etdirilib.

Dastanın dili, əsasən, sadə cümlələr üzərində qurulub. Bu, “Oğuznamənin” bütün boylamalarının cümlə quruluşu, sintaksisidir. Başqa sözlə, “Dədə Qorqud boylarının hamısı Dədə Qorqudun dilindən deyilmiş bədii mətnlərdir”.

“Kitabi-Dədə Qorqudun janrı ilə bağlı ilk təyinat yazılı ədəbiyyatda Anara məxsus olub. Anar müəllim hər bir boyu “oğuznamə” hesab edib, onu fərqli janrlarda göstərib. (Basat və Təpəgöz - yarıfantastik, “Domrul boyu” - fəlsəfi poema, Qazanla bağlı boylar və “Beyrək boyu” çoxşaxəli roman forması, Buğac, İmran, Yegrək, Səgrək boyları hekayə, novellalar, “İç oğuzla dış oğuzun dönük çıxması və “Beyrəyin ölduğu boy” - faciə). Akademik Tofiq Hacıyev bu boyu sonu faciə ilə bitən rekviyem, yas simfoniyası adlandırıb. Kamal Abdulla isə əlyazma versiyasını əsl tarixi roman adlandırıb.

Akademik İsa Həbibbəylinin fikrincə boyların janrları elmi-nəzəri həllini gözləyən məsələdir. O, hesab edib ki, çoxəsrlik oğuz epoxasını epik vüsətdə əks etdirməsi, çoxşaxəli süjeti, mükəmməl kompozisiyası, obrazların həyatının əsas mərhələləri, dastanın romana, eposun epopeyaya uyğunluğu, şifahidəki eposla yazıdakı epopeyanın eyni cür ideya-məzmun çevrəsi, epos-epopeyaya aid geniş epoxa problemləri, çoxşaxəli süjetinə görə “Kitabi-Dədə Qorqud” roman-epopeyadır.

Tədqiqatçıya görə, “Kitabi-Dədə Qorqudepos janrlı əsərlərdən fərqlidir. Alim bu fərqləri üzə çıxarıb - “Koroğlu” ilə müqayisələr aparıb: “Koroğlubir mövzuda ayrı-ayrı aşıqlar tərəfindən bir neçə variantda yaradılıb. “Kitabi-Dədə Qorqud” isə əlyazma nüsxələri ilə az fərqli yekvariantlı əsərdir.

Alimin elmi-nəzəri yanaşmaları müqayisəli bədii faktlara istinad edib: Homerin əzbər söylənib sonra başqaları tərəfindən yazıya alınmış “İliada” və “Odisseya”sı, Ş.Rustavelinin “Pələng dərisi geymuş pəhləvan” adlı folklor qaynaqlı yazılı eposu, Udmurt qəhrəmanlıq eposu “Vətənim”, korolo-fin yazılı eposuKalevala” və s.

Akademik İsa Həbibbəyliyə görə “yazılı epos” - yazı yazmaq anlamı yox, “qoşub-düzmək” mənasındadır, hətta, “Kitabi-Dədə Qorqudun əlyazma nüsxələrinin olması ilə “yazılı epos anlayışı eyniləşdirilməməlidir, hər hansı əsərin üzünün köçürülüb yazıya alınması, əlyazma mətninin hazırlanması texniki məsələdir, yazılı epos da konkret müəllif tərəfindən bədii təxəyyüllə yaradılmış eposdur”...

Akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqudun yazılı ədəbiyyat nümunəsi kimi tədqiqi ilə bağlı xeyli tezis, müddəa göstərib, elmi qənaət hasil edib. Yekun müddəası isə budur ki: “Dastanla müqayisədə bədii forma baxımından “Kitabi-Dədə Qorqudun yazılı ədəbiyyatdakı roman-epopeya janrında yaradılmış bədii əsər” olması şifahi xalq ədəbiyyatı abidəsi olmasından üstündür”.

2018-ci ilə qədər “Kitabi-Dədə Qorqudun 2 əlyazma nüsxəsindən bəhs olunub. Akademik İsa Həbibbəyli isə mənbələr əsasında 8 əlyazma nüsxəsi göstərib.

Alim tədqiqatında bütün boyların şərhini və izahını verib. “Dədə Qorqud - alp ozan qiraəti, yaxud Xan-Sultan əlyazması” əsasən VII əsrdə Dədə Qorqud, onun davamçıları olan alp ozanların şənliklərdə, rəsmi şəxslərin iştirak etdiyi məclislərdə mirzələr tərəfindən canlı ifadan yazıya alınıb. Bu əlyazma yazılı mətn kimi dövrümüzə qədər gəlib çatmayıb.

Müəllif hesab edib ki, “Xan-Sultan əlyazması Dədə Qorqud boylamaları və soylamalarının ilk stenoqramıdır”.

Alimə görə XIV əsr “Dəvadari əlyazması” “Dədə Qorqudun müstəqil nüsxəsi deyil, 2-3 səhifəlik mətndir. Misir Məmlük - türk tarixçisi Aybək Dəvadarinin adı ilə bağlıdır. Ulu xan Ata bitik” kitabında qeyd edildiyi kimi, oğuznamə süjeti Ulu Ay ata ilə ulu Ay anadan başlayıb, türklərin mənşəyindən monqolların yürüşlərinədək çoxəsrlik tarixi dövrün hadisələri içərisində geniş yer tutmayıb. Ulu xan Ata Bitik kitabı, əsasən, monqolların və qıpçaqların tarixi haqqında qısa mətndir.

Akademik İsa Həbibbəyli “Dəvadari nüsxəsi” və “Dəvadari əlyazması”nın elmi cəhətdən düzgün olmadığını qeyd edib. Dəlili də budur ki, Dəvadari adlı şəxs Dədə Qorqud mətnləri ilə xüsusi məşğul olmayıb.

“Kitabi-Dədə Qorqudun Almaniya Drezden Kral kitabxanasındakı nüsxəsinin faksimelisi 1998-ci ildə ölkəmizə gətirilib və AMEA-nın Əlyazmalar İnstitutuna bağışlanıb. Alim hesab edir ki, “Drezden nüsxəsi” bütün əlyazmalar üçün əsas təməl mətndir.

Vatikan nüsxəsi 1950-ci ildə italyan şərqşünası Ettoro Rossi tərəfindən Vatikan kitabxanasından tapılıb. “Hekayəti-Oğuznameyi-Qazan bəy və qeyri” adlı əlyazmadır, 6 boy və müqəddimədən ibarətdir. Bu əlyazma Drezden nüsxəsi ilə eyniyyət təşkil edir. Hər ikisi eyni bir mənbədən köçürülüb. XVI əsrdə yazıya alınıb. E.Rossi Vatikan nüsxəsi haqqında kitab yazıb və 1952-ci ildə əlyazmanın faksimelisi ilə birlikdə çap etdirib.

M.Ergin, O.Ş.Gökyay, S.Tezcan, H.Bolsşoten “Kitabi-Dədə Qorqudun Vatikan nüsxəsini Türkiyədə nəşr etdiriblər. Fərhad Zeynalov, Samət Əlizadə DrezdenVatikan nüsxələrini 1988-ci ildə Azərbaycanda çap etdirib. Vatikan nüsxəsi isə 2018-ci ildə professor Tərlan Quliyev tərəfindən nəşr olunub.

Berlin nüsxəsi 1916-cı ildə Türkiyədə Rüfət Kilisli tərəfindən kitab kimi çap edilib. Fotofaksimelisinin surəti Bakıda Xəzər UniversitetininElmi əsərlər” jurnalında nəşr olunub.

Türkmən səhra nüsxəsi 2019-cu ildə “Kitabi -Dədə Qorqudun üçüncü əlyazması hesab olunur. Əli Məhəmməd Xoca tərəfindən tapılıb.

AlimSalur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” boyunu “Kitabi-Dədə Qorqud” boylarını tamamlayan 13-cü boy hesab edir. Araşdırıcıya görə, Türkmən səhra nüsxəsi XIX əsrin birinci yarısında Türkmənistanın Mərv şəhərindən köçmüş azərbaycanlılar tərəfindən İrana gətirilib. Əlyazmanın belə adlandırılması da bununla bağlı olub. Kimin tərəfindən yazıya alınması məlum deyil. XVII əsrə aid edilir, - müəllif qənaətləri bunlardır.

1936-cı il avqustun 4-də professor Bəkir Çobanzadə Şərqşünaslıq İnstitutunun əlyazmaları fondundan Dədə Qorqudun 13-cü boyunu - Leninqrad-Sankt-Peterburq nüsxəsini tapıb. Amma bu, ehtimal olunur. Hələ ki əldə belə bir boy yoxdur. Professor Bəkir Çobanzadə boyla bağlıQiymətli tapıntıadlı məqaləsiniBakinskiy raboçiyqəzetinin 4 avqust 1936-cı il tarixli sayında dərc etdirib.

1950-51-ci ildə “Kitabi-Dədə Qorqud” dastanı sovet rəhbərliyi tərəfindən tənqid olunub, tədqiqatçıları günahlandırılıb. XVIII qurultayda (24 may 1951) M.Bağırov məruzə edib (“Kommunist” qəzeti, 26 may 1951”), “Kitabi-Dədə Qorqudu millətçi kitab kimi damğalayıb, nəşri və tədqiqini dayandırıb. Kitab 1956-cı ildən bəraət alıb. M.Arif, H.Araslı, Ə.Dəmirçizadə, M.Təhmasib “Kommunist” qəzetində “Kitabi-Dədə Qorqud” dastanları barəsində “Kitabi-Dədə Qorqudun qadağası və bəraəti” adlı məqalə çap etdirib (“Kommunist” qəzeti, 17, 26 mart 1957).

F.F.Ditsin 1815-ci ildə çap etdirdiyiHomerinki ilə müqayisədə yeni aşkarlanmış Oğuz siklopu” məqaləsi “Basatın Təpəgözü öldürməsi” boyu ilə birlikdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 25 dildə kitab halında çap olunub.

Akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqudu milli dövlətçilik tariximizin Ata kitabı, Qalın Oğuz Eli mövzusunu Azərbaycan qorqudşünaslıq elmində dövlət müstəqilliyi dövründə meydana çıxan və XXI əsrdə formalaşan yeni elmi istiqamət kimi qiymətləndirib.

“Azərbaycan ədəbiyyatı tarixininİntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər)” adlı ikinci hissəsində 19 məqalə verilib, onlardan ikisi icmal, 17-si isə oçerkdir. Kitabın axırında əhatəli ədəbiyyat siyahısı, ingiliscə və rusca xülasələr verilib.

Görkəmli elm təşkilatçısi, akademik İsa Həbibbəylinin layihə rəhbərliyi ilə “Azərbaycan ədəbiyyatı tarixinin III cildi (XIII-XVI əsrlər-Orta əsrlər ədəbiyyatı) nəşr edilib. Hazırda vacib vəzifə çoxcildliyin IV (XII-XVIII əsrlər-erkən yeni dövr), V (XIX əsr-yeni dövr), VI (XX əsr-sovet dövrü), VII və VIII (XX-XXI əsrlər-müstəqillik dövrü), IX (Cənubi Azərbaycan ədəbiyyatı) və X (mühacirət ədəbiyyatı) nəşrlərini çapa hazırlamaqdır. Akademik nəşrlərin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulub. Bu yolda filoloji elmimizin böyük qurucusu, akademik İsa Həbibbəyliyə və onun rəhbərlik etdiyi mütəşəkkil və fədakar institut kollektivinə yeni uğurlar arzulayırıq.

 

Əlizadə ƏsgƏrli,

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun elmi işlər

üzrə direktor müavini,

filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2021.- 30 may.- S.14.