Misirdə görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunmuş kitab çapdan çıxıb

 

 

 

Misirdə şərqşünaslıq elminin Azərbaycanda və dünyada aparıcı xadimi, görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında “Məhcər ədəbiyyatında şərqşünasların əsərləri sırasında Aida İmanquliyeva nümunəsi” adlı kitab çapdan çıxıb.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərsəyə gələn əsərin müəllifi misirli alim, professor Raşa Ğanimdir. “Ərəb Mütəfəkkirləri Evinəşriyyatında ərəb dilində nəfis şəkildə çap olunmuş kitab müqəddimə üç fəsildən ibarətdir.

 

Görkəmli şərqşünas-aliminYeni ərəb ədəbiyyatı korifeylərifundamental monoqrafiyasını təhlilini aparan müəllif qeyd edib ki, Aida İmanquliyeva ən yüksək peşəkarlıqla ərəb ədəbiyyatında modernləşmə cərəyanını araşdırıb, məhcər ədəbiyyatı nümunələrini dərinliyi ilə tədqiq edib, ərəb ədiblərinin yaradıcılığında liberal meyilləri ənənəvi yaradıcılıq üslubuna xas olan əsərlərin xüsusiyyətlərini araşdırıb.

 

Kitabda qeyd olunub ki, 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərənAsiya Afrika ölkələri xalqları ədəbiyyatlarıixtisası üzrə müdafiə şurasının sədri olub. O, Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında onun hüdudlarından kənarda layiqincə təmsil edib. Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan görkəmli alim uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır.

 

Aida İmanquliyevaya həsr olunmuş kitabın işıq üzü görməsi Misir mətbuatının da diqqət mərkəzində olub. “Cümhuriyyə”, “Əl Vəsilə” “Dar Əl Marifqəzetləri, “Əl Diplomasi”, “Yeni dünya xəbərləriinformasiya portalları, “Diplomasy magazinejurnalı, “Asiaelyomagentliyinin saytında digər KİV- bu barədə materiallar yayımlanıb.

 

 Respublika.- 2021.- 10 oktyabr.- S.4.