İstedadlı alim, yorulmaz tədqiqatçı

 

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov Azərbaycan pedaqoq-alimləri içərisində öz dəst-xətti, yaradıcılıq üslubu və elmi məhsuldarlığı ilə seçilən tədqiqatçılardandır. Mükəmməl pedaqogika tarixçisi olan prof. Fərux Rüstəmov Əhməd Seyidov, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Hüseyn Əhmədov elmi məktəbinin ənənələrini peşəkarlıqla inkişaf etdirərək, məzmununu, elmi əhatə dairəsini genişləndirməklə daha yüksək zirvəyə qaldırmağa nail olmuşdur. İşgüzarlığı, yaradıcılıq əzmi, geniş erudisiyası, elmi prinsipiallığı, təvazökarlığı, səmimiyyəti, dövlətçiliyə sədaqəti və məhsuldar elmi yaradıcılığı ilə seçilən prof. Fərrux Rüstəmov çağdaş pedaqoji mühitimizdə bəlli elmi mövqeyə və səlahiyyətli söz sahibinə malik alimdir. Professor Misir Mərdanovun təbirincə desək, o, gənc yaşlarından Azərbaycan təhsilinin tarixinə və tarixçisinə çevrilib.

 

 

Fərrux Abbas oğlu Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində dünyaya gəlib. Orta təhsilini doğma kəndlərində, ali təhsilini indiki ADPU-da alıb. Tələbəlik illərində təhsil əlaçısı kimi tanınıb, fakültə Əlaçılar şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olub, “Əla təhsilə görə”, “Əla təhsilə və ictimai işə görə” SSRİ AliOrta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan SSR AliOrta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nininstitut rektorluğunun Fəxri fərmanları ilə təltif olunub. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi Lenin təqaüdünə layiq görülüb. İnstitutu fərqlənmə diplomu ilə başa vuran F.Rüstəmov təyinatla Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbində müəllim və məktəb direktoru (1982-1985-ci illər) işləyib.

Bundan sora o, ADPİ-nin pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə əyani aspiranturasına daxil olub. Prof. H.Əhmədovun elmi rəhbərliyi ilə “Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər) (1989)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, SSRİ EA-nın Sovet Sosioloqları Assosiasiyasının üzvü seçilib (1988).

ADPU-nun “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan F.Rüstəmov az sonra ümumi pedaqogika kafedrasına çalışıb. Burada müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) kimi geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda “Şagirdlərin peşəyönümü” elmi-tədqiqat laboratoriyasına (1996-2000), “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının Pedaqogika, psixologiya, fəlsəfə bölməsinə (2000-2004), Bakı Qızlar Universitetinin pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasına (2007-2011) və “Pedaqoji təhsilin problemləri” elmi-tədqiqat laboratoriyasına (2008-2011) rəhbərlik edib.

2003-cü ildə “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi alan Fərrux Rüstəmov 2006-cı ildən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının professorudur. 2007-ci ildən ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, fakültə elmi şurasının sədri, Universitet Elmi Şurasının üzvüdür.

Professor Fərrux Rüstəmovun elmi yaradıcılığı çox zəngindir. İndiyə kimi onun 35 monoqrafiya, kitab və kitabçası, 31 tədris proqramı, 250-dən çox elmi məqaləsi, 40 tezisi, 180-dən artıq elmi-pedaqojipublisistik qəzet məqaləsi işıq üzü görüb. 15 kitabın tərtibçisidir. 100-ə yaxın kitabın elmi redaktoru və rəyçisi olub. OnunPedaqogika” (prof.Ə.Paşayevlə birgə) (2002), “Şərqdə pedaqogika tarixi” (2002), “Qərb pedaqogika tarixi” (2003), “Yeni dövrün pedaqogika tarixi” (2004), “Ən yeni dövrün pedaqogika tarixi” (2005), “Pedaqogika tarixi” (2006, 2011), “Ali məktəb pedaqogikası” (2007), “Azərbaycan pedaqogikaşünaslığı” (2016), “Karl Rocers və şəxsiyyətyönümlü təhsil konsepsiyası” (2016) tələbələrin stolüstü kitabıdır. Əsərləri Bakı, Moskva, Səmərqənd, Ceboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-PeterburqTbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap edilmişdir.

Akademik Hüseyn Əhmədov öz yetirməsinin yaradıcılığını səciyyələndirərkən yazırdı ki, belə bir əsərləri yazmaq igidlikdir, elmə xidmətdir, böyük zəhmətin nəticəsidir... Fərrux muəllim təkcə “Azərbaycan pedaqogikaşünaslığı” (2016, 888 s.) kitabı ilə özünə sağlığında abidə ucaltmışdır. Professor Yaqub Babayevə məxsus fikirlərdi: “XX əsrin əvvəllərində F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi üçün təkbaşına gördüyü işi Fərrux müəllim pedaqogika tarixi üçün XXI yüzilliyin əvvəllərində eyni həvəs və zəhmətlə yerinə yetirmişdir.

Rusiya Təhsil Akademiyası prof. F.Rüstəmovun akademik Hüseyn Əhmədovla birgə yazdığı “Müasir dövrdə Azərbaycanda təhsilin inkişafının əsas istiqamətləri” (Moskva, 2000) əsərini nəşr etmişdir. İlk pedaqoq alimdir ki, 2010-cu ildə Tehranın “Xorşidafərin” nəşriyyatı onunPedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə” kitabını nəşr etmişdir. “Yarımçıq ömrün sahibi” (2000) və “Professor Əmrulla Paşayev” (2015), “Pedaqoji fakültə-50” kitablarının tərtibci-müəllifi olan prof. F.Rüstəmov elmi pedaqogikanın banisi Y.A.KomenskininBöyük didaktika” əsərinə genişÖn sözyazaraq latın qrafikası ilə nəfis şəkildə nəşr etdirmişdir (2012). “Azərbaycan Milli Ensiklopediyası”nın “Azərbaycan cildi”ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılmasının Fərrux müəllimə həvalə edilməsi onun yüksək nüfuzunun, intellektual səviyyəsinin təsdiqi kimi dəyərləndirilməlidir.

Son illərdə professor Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixini araşdırmaqla məşğuldur. Bu mənada onunAzərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” (2019), “Ali Pedaqoji İnstitutun salnaməsi” (2020), “Azərbaycan Ali Pedaqoji İnstitutu” (2020) kitabları nəşr olunmuş, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorlarıAzərbaycan Dövlət Pedaqoji Universiteti-100” kitabları isə çapa hazırlanır.

Professor F.Rüstəmov müxtəlif vaxtlarda Rusiya, Yunanıstan, Albaniya, İtaliya, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, İspaniya Portuqaliyada keçirilən Beynəlxalq konfranslarda iştirak etmişdir.

Prof. F.Rüstəmovun elmi rəhbərliyi ilə 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, 5 nəfər isə müdafiə ərəfəsindədir. Elmi məsləhətçiliyi ilə 2 nəfər pedaqoji elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir.

Prof. F.Rüstəmov 1997-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil İnstitutunda ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olmuşdur. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini olmuşdur. Hazırda Dissertasiya Şurasının üzvü, həmin şuranın nəzdində fəaliyyət göstərən elmi seminarın rəhbəridir.

Təhsillə bağlı normativ-hüquqi sənədlərin hazırlanmasında yaxından iştirak edən prof. F.Rüstəmov Azərbaycan Respublikası Milli Məclisinin “Elm Təhsil Məsələləri Daimi Komissiyası”nın təhsil haqqında Azərbaycan Respublikasının Qanununu hazırlayan işçi qrupunun, Azərbaycanda müəllim kadrları hazırlığının strategiya konsepsiyasını hazırlayan işçi qrupunun, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, “Həyat bilgisifənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri olmuşdur.

Prof. Fərrux Rüstəmovun çoxşaxəli elmi-pedaqoji fəaliyyəti dövlət ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildəTərəqqimedalına layiq görülmüş, 2011-ci ildə isə onaƏməkdar elm xadimifəxri adı verilmişdir. 1998-ci ildə Moskva Beynəlxalq Pedaqoji Akademiyasının həqiqi üzvü, 2010-cu ildə isə Pedaqoji Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademikMehdi Mehdizadə”, “Gənc alimlərQızıl qələmmükafatları laureatıdır. “Avropa Nəşr Mətbu evikomissiyasının qərarı iləƏn yaxşı vətənpərvər tədqiqatçı alimqızıl medalı (2009), Təhsil Nazirliyinin Kollegiyasının qərarı iləAzərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” (2010) döş nişanı ilə təltif edilmiş, “VektorBeynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları”, ADPU-daİlin muəllimi” (2007), “İlin alimi” (2011, 2013, 2015) müsabiqələrinin qalibi olmuşdur.

Professor F.Rüstəmov akademik Hüseyn Əhmədovun 50 nəfər yetirməsindən biri olsa da, atamın ona xüsusi hüsn-rəğbəti vardı. Atam Fərrux müəllimin hər uğuruna sevinir, kitablarına həvəslə ön söz yazır, onun yaradıcılığını təqdir edir, xüsusən publisistikasını bəyənirdi. Seçdiyi peşənin, mənsub olduğu elmin layiqli təmsilçisinə çevrilən Fərrux müəllimi H.Əhmədov keçən əsrin 80-ci illərində pedaqogika elminə gələn tədqiqatçıların birincisi hesab edir, yetirməsi ilə daim qürur duyurdu.

Mən Fərrux müəllimi gəncliyimdən tanıyıram. İndi əziz dostumun 60 yaşı tamam olur. Onun ömür yolu uğurlu məhsuldar keçmiş, özünün zəhməti istedadı nəticəsində xeyli nailiyyətlər qazanmışdır. Əziz dostumu həmkarımı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.

 

Hümeyir ƏHMƏDOV,

pedaqogika üzrə elmlər doktoru, professor,

Rusiya Təhsil Akademiyasının xarici üzvü,

RF Əməkdar elm və təhsil xadimi.

 

Respublika.- 2021.- 12 yanvar.- S.6.