Pandemiya ilə mübarizə ümumxalq işidir

 

Artıq bir ilə yaxındır ki, pandemiya Yer kürəsini öz cənginə almışdır. Şübhəsiz ki, bu da insanların xoş növrağını pozur, onlar bu xəstəliyin qarşısında aciz qalırlar. Bir çox ölkələrdə yoluxmalar artır, ölüm halları çoxalır.

 

Pandemiya ilə əlaqədar dünyanın bir çox ölkələrində tətbiq olunan qadağalar daha da sərtləşdirilir. Çünki açıq şəkildə etiraf olunur ki, koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə ciddidir. Bununla əlaqədar olaraq insanlar arasında təmasları maksimal dərəcədə azaltmaqinfeksiya zəncirlərini qırmaq üçün məhdudiyyətləri sərtləşdirmək məcburiyyəti yaranıb.

 

Dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Həkimlər vətəndaşların məsuliyyətli olmasını tövsiyə edir. Bir sözlə, hər kəs yoluxmadan uzaq olmaq üçün hər addımda məsuliyyətli olmalıdırlar.

 

Azərbaycanda da vəziyyət gərgin olaraq qalıb. Virusa yoluxmaların qarşısını almaq üçün ölkəmizdə sərt karantin rejimi tətbiq edilir.

 

Mütəxəssislər koronavirusla əlaqədar yaranmış vəziyyətin mürəkkəbliyini qeyd edirlər. İndi dünyanın diqqəti peyvənd barədə gələn xəbərlərdədir. Artıq dünyanın bəzi ölkələrində vaksinasiyaya başlanılmışdır.

 

Mütəxəssislər koronavirusdan qorunmaq üçün sadə tələblərə-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla sosial məsafəni gözləməyi tövsiyə edir, əhali arasında geniş maarifləndirmə işləri aparır, pandemiya ilə bağlı müxtəlif televiziya kanallarında təqdirəlayiq verilişlər hazırlanır. Ancaq doğru taxılmadığı halda maskanın da heç bir faydası olmur. Əgər koronavirusdan qorunmaq üçün maska taxılarsa, bu, düzgün formada taxılmalıdır. Maska tənəffüs yollarını tamamilə bağlamalıdır. İnsanlar arasında məsafə saxlanmasına fikir verilməlidir. Digər qaydalara düzgün əməl etmək də eyni dərəcədə zəruridir.

 

Belə ki, əllərin gigiyenası, tez-tez sabunla yuyulması bu virusu əlimizdən apara bilər. Yoluxma saylarında əsas artım faktoru ailədaxili yoluxma ilə bağlıdır. Bir nəfər yoluxaraq bütün ailə üzvlərini yoluxdura bilir. Koronavirusa yoluxan şəxs həkim nəzarəti ilə evdə müalicə alıb sağala bilər. Bir şərtlə ki, ətrafdakıları qorusuntam özünütəcrid rejiminə əməl etsin.

 

Qeyd etmək lazımdır ki, koronavirusdan xilasın ən ümdə yolu onun haqqında zəruri məlumatlara malik olmaqdır. O zaman gözəgörünməz düşmənlə mübarizə aparmaq bir qədər asanlaşır. Vətəndaşlardan bəziləri bu xəstəlik haqda kifayət qədər məlumatlı deyillər. COVİD-19-da ağırlaşma zamanı ciyərlərdə problemlər yaranır. Bəzən isə bu xəstəlik yüngül soyuqlama ilə müşahidə edilir.

 

Virus aşkarlanan şəxs özünü təcrid etməli, işə bu barədə məlumat verməlidir. Necə deyərlər, günü-günə satmamalıdır.

 

Bir həkim tək tövsiyə edirəm ki, bütün insanlar evdən çıxarkən maska taxmalı, sanitariya qaydalarını qoruyub saxlamalı, paltarlar hava şəraitinə uyğun olaraq seçilməli, həmçinin səyahət zamanı tibbi əlcəklərdən istifadə edilməlidirlər.

 

Evə çatarkən hər kəs ilk növbədə əlləri antibakterial sabunlarla yaxşı-yaxşı yumalı, lazım gəldikdə spirtdən istifadə edilməlidir.

 

İnsanlar özlərində istilik, nəfəsdarlığı, öskürmə hiss etdikdə vaxt itirmədən həkimə müraciət etməli, sağlamlıqlarının qorunması qayğısına qalmalıdırlar.

 

Koronavirusla mübarizəyə heç də hamı düzgün riayət etmir. Maska taxmağı unudur, tez-tez ictimai yerlərdə olurlar. Bəzən də insanlar cəm halda bir yerə yığışıb söhbət edir, istədikləri şəxslərlə təmasda olurlar. Çalışmaq lazımdır ki, belə hallara yol verilməsin, kimliyindən asılı olmayaraq, həkimlərin tövsiyələrinə düzgün riayət edilsin. Koronavirusla ciddi mübarizə aparılsın. İnsanlar payız-qış mövsümündə özlərini necə qoruyub saxlamalıdırlar? Xeyli vaxtdır ki, qış bizi yaxalayıb. Qış elə bir fəsildir ki, orqanizm bu dövrdə zəifləyir. Mütəxəssislərin fikrincə, qışda insan öz qida rasionuna xüsusi diqqət yetirməlidir ki, xəstəlik ehtimallarından uzaq olsun. Çünki havalar soyuduqca, bədənin xəstəliklərə qarşı müqaviməti aşağı düşürbundan qaynaqlanan qrip, soyuqdəymə kimi xəstəliklərə yoluxmamaq üçün immunitet sistemini gücləndiməyə ehtiyac vardır.

 

Qeyd etmək lazımdır ki, qış fəslində təzə tərəvəz, limon və meyvələrin yeyilməsi immuniteti qoruyub saxlamağa kömək edir. Sağlam qidalanmaq üçün karbohidrat, zülal, yağ, vitaminlərdən düzgün qəbul edilməsi vacibdir.

 

Ölkəmizdə pandemiya şəraitində əhalinin sağlamlığı qorunub saxlanılmalı, yoluxma hallarının artım dinamikasına yol verilməməli, COVİD-19 infeksiyasının müalicəsi üçün peyvənd başlanana qədər maskaya üstünlük verilməlidir. Belə olan təqdirdə cəmiyyətin həyatı mümkün qədər normal vəziyyətə qayıdacaqdır.

 

Vaqif QƏLƏNDƏR,

 

“Qələndər” Klinikasının rəhbəri.

 

Respublika.- 2021.- 20 yanvar.- S.9.