Qazinin döyüş xatirələri

 

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 27 sentyabr tarixdə Ermənistan silahlı qüvvələri genişmiqiyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdular. Müzəffər Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində döyüşlərdə öz gücünüdöyüş hazırlığını əyani şəkildə sübut etməklə ölkəmizə möhtəşəm qələbə qazandırdı və uzun illərdən sonra ərazi bütövlüyümüz təmin edildi.

 

Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Bu günlərdə 1966-cı ildə Füzuli rayonunun Gövşad kəndində anadan olmuş Adil Şahbaz oğlu Quliyev redaksiyamızın qonağı oldu. O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Birinciİkinci Qarabağ Vətən müharibəsində iştirak etmiş II qrup Qarabağ qazisidir. Adil Quliyev keçdiyi döyüş yollarından danışaraq dedi:

 

- 1984-1986-cı illərdə Sovet ordususu sıralarında xidmət etmişəm. 1988-ci ildə xalq hərəkatına qoşulmuşam. Gövşad kəndinə yaxın olan qonşu kəndlərdə çoxlu erməni yaşayırdı və onlar tərəfindən dəhşətli təxribatlar törədilirdi. 1990-cı ildə özünümüdafiə dəstəsi yaradaraq kəndlərimizin müdafiəsinə qalxdıq. Sonra biz yeni formalaşan özünümüdafiə taborunun sıralarında 1992-ci ildə yaradılmaş “N” saylı hərbi hissənin tərkibinə qatıldıq. Mən bölük komandiri vəzifəsinə təyin edildim. “Gövşad bölüyüFüzuli rayonunun ərazisində keçirilmiş döyüş əməliyyatlarında daim iştirak etmiş və verilən tapşırıqları layiqincə yerinə yetirmişdir.

 

1993-cü ilin avqust ayında heç kimdən əmr və ya göstəriş olmadan tərk olunmuş Füzuli şəhərinin müdafiəsində dayanmışdıq. Avqust ayının 21-i günorta saatlarında şəhərdə kəşfiyyat apararkən Dədəli dairəsində 5 düşmən tankının dayandığını gördük. 15 nəfərlik heyət şəhərin boş olduğunu düşünərək istirahət edirdi. Biz xəlvətcə onlara yaxınlaşıb hamısını məhv etdik. Xankişi Kərimov, Malik Hacıyev, Akif Eyvazov, Vidadi Əhmədov, Şakir Quliyev, Namiq QafarovEtibar Mahmudov böyük şücaət göstərsə də, 23 avqust 1993-cü ildə Füzuli şəhəri yağı düşmən tərəfindən işğal olundu. Mən həmin döyüşdə ağır yaralanaraq Hərbi hospitalda müalicə olundum və sağaldıqdan sonra yenidən “N” saylı hərbi hissəyə qayıtdım. 1994-cü ilin yanvar ayında Horadiz əməliyyatında iştirak etdim. 1996-cı ilin sentyabr ayında səhhətimdə yaranmış problemlə əlaqədar ordudan tərxis olundum. II qrup Qarabağ müharibəsi əliliyəm.

 

12 iyul 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma başlayanda biz 274 nəfər Birinci Qarabağ müharibəsi iştirakçısı Ali Baş Komandana müraciət edərək ölkəmizdə səfərbərlik elan olunmasını və köhnə döyüşçülərin də bu prosesə cəlb olunmasını xahiş etsək də, istəyimiz qəbul edilmədi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks tədbirlər nəticəsində düşmən geri otuzdurulduona ciddi zərbə vuruldu.

 

27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Biz yenidən Ali Baş Komandana müraciət edərək könüllü olaraq cəbhəyə getmək istədiyimizi bildirdik. İstəyimiz tezliklə yerinə yetirildi. Sentyabrın 29-da “N” saylı hərbi hissənin tərkibində döyüşlərə qatıldıq. Bir çox yaşayış yerlərinin və yüksəkliklərin düşmən tapdağından azad olunmasında iştirak etdik. Oktyabrın 20-də döyüş tapşırığını yerinə yetirərkən sağ qolumun dirsək nahiyyəsindən ağır qəlpə yarası alaraq hospitala göndərildim. Hazırda müalicəm davam edir.

 

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük döyüşlərdə öz gücünü, qüdrətini və döyüş hazırlığını əyani şəkildə sübut etməklə Azərbaycana möhtəşəm qələbə qazandırdı.

 

Mən fəxr edirəm ki, Vətən müharibəsində iştirak etmişəm. İnanıram ki, düşmən tərəfindən dağıdılmiş kənd və qəsəbələrimiz möhtərəm Prezidentimizin diqqət vəqayğısı sayəsində qısa vaxtda bərpa ediləcək və biz öz doğma ata-baba yurdumuza qayıdıb firavan yaşayacağıq.

 

Kamil İSMAYILOV

 

Respublika.- 2021.- 27 yanvar.- S.6.