Tarixə yazılası günlər

 

Azərbaycan xalqı öz tarixinin ən qürurverici və tarixinin şanlı səhifələrindən birini yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə 30 ilə yaxın bir müddətdə düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Cəmi 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuz tərəfindən düşmən ordusu tamamilə darmadağın edildi, 80 faizə qədər hərbi sursatı və çoxlu sayda canlı qüvvəsi məhv edildi. Beləliklə, 30 illik işğala son qoyuldu. Ağdam, Laçın, Kəlbəcər rayonları isə siyasi yolla, heç bir itki vermədən tam azad olundubu qələbə dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.

 

Ərazilərimizin, o cümlədən tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın işğaldan azad olunmasında aparılan istər birinci, istərsə də ikinci Vətən müharibəsində mərd və qəhrəman oğullarımız mübarizəyə qalxdılar, çoxlu sayda igid əsgərlərimiz Vətən uğrunda döyüşlər zamanı şəhidlik, qazilik zirvəsinə yüksəldilər. Xalqımız heç bir zaman qəhrəman övladlarımızın xatirəsini unutmurunutmayacaq, çünki düşmən üzərində əldə etdiyimiz bu şanlı qələbə onların qanı və canı bahasına əldə edilmişdir. Bu gün haqqında söhbət açacağımız Azərbaycanın mərd, igid oğlanlarından biriBirinci Qarabağ döyüşlərində könüllü olaraq iştirak edərək böyük şücaət və qəhrəmanlıqlar göstərmiş II qrup Vətən müharibəsi əlili, Səbail rayonu Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polis əməkdaşı Fəqan Nəsibovdur. O, bizimlə söhbətində dedi:

 

Bu gün Azərbaycan Ordusunun ən müasir hərbi texnika, silah-sursatla təchiz olunması, Silahlı Qüvvələrimizin vətənpərvər, yüksək döyüş hazırlığı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgərlərimizin rəşadəti və qəhrəmanlığı ilə 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazanaraq XXI əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Xalqımıza bu möhtəşəm Qələbənin sevincini yaşadan Ali Baş Komandana və şanlı Azərbaycan Ordusuna və əsgərinə, bu günü bizə bəxş edən, canı, qanı ilə tarix yazan şəhidlərimizə, qazilərimizə borcluyuq. Azərbaycan Prezidentinin 17 il ərzində bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da həyata keçirdiyi islahatlar, müasir hərbi biliklərə malik kadrların hazırlanması düşmən üzərində qələbəmizi təmin etdi, erməni işğalı altında olan ərazilərimiz əsl sahibinə — Azərbaycan xalqına qayıtdı.

 

Birinci Qarabağ müharibəsində özüm haqda danışmazdan əvvəl onu da qeyd edim ki, 44 günlük döyüş günlərində bizim kollektivin əməkdaşları mənimlə birlikdə mütəmadi olaraq N saylı hərbi hissələrdə olurduq. Biz əsgərlərimizə apardığımız müəyyən sovqatları təqdim edirdik, onlara görüşümüzdə Birinci Vətən müharibəsində əldə etdiyimiz təcrübə, əsgərlərimizin o dövrdə də göstərdikləri igidlik və qəhrəmanlıqlardan söhbət açırdıq. Onlar bizimlə söhbət əsnasında qəti əminliklə bildirirdilər ki, Qarabağı, işğal olunmuş torpaqlarımızı son qarışına qədər azad olunması yolunda son damla qanımıza qədər vuruşacaq, axıra qədər gedəcəyik.

 

Özümün Birinci Vətən müharibəsindəki döyüşlərdə iştirakım barədə onu deyim ki, 1968-ci ildə Qazax rayonunda anadan olmuşam. Rusiya Federasiyasının Kamçatka vilayətində 1986-1988-ci illərdə hərbi xidmət keçərək 1989-cu ildə Kalininqrad Ali Milis məktəbinə qəbul olunaraq təhsil almışam. Lakin 1990-cı ildə erməni silahlı birləşmələrinin əsassız torpaq iddiası ilə ölkəmizə qarşı həyata keçirdiyi müharibəyə biganə qalmayıb torpaqlarımızın müdafiəsində iştirak etmək üçün təhsil aldığım milis məktəbinin rəhbərliyinə Vətənimizə qayıtmaq istədiyimi bildirdim. Çünki xaricdə yaşayan bütün soydaşlarımız kimi, mən də Azərbaycanımızın belə bir ağır vaxtında kənarda qala bilməzdim. Nəhayət, 1990-cı ildə mən Qazax Rayon Milis Şöbəsinə gəldim və həmin şöbədə xidmətə başladım. Bir neçə vaxt təlim keçdikdən sonra, rayonun Ermənistanla həmsərhəd - kəndlərini və dinc əhalimizi düşməndən qorumaq üçün ezam edildim. Təxminən 1990-cı ilin 20 avqust tarixində artıq Qazax Rayon Milis Şöbəsi tərəfindən dislokasiya üzrə xidmətə başladıq. Xidmətimin birinci gününü rayonumuzun Quşçu-Ayrım kəndində etdim. İlk öncə düşmənin hər an hücum edə biləcəyi müvafiq yerləri müəyyən etdim. Avqust ayının 24-də Ermənistanla həmsərhəd Yuxarı Əskipara kəndinə xidmətə yollandıq. Bir gün sonra erməni silahlı birləşmələrinin kəndimizə qəfil hücumunu dəf etdik və döyüşlərdə bir neçə erməni silahlılarını məhv etdik. Ancaq onu da qeyd edim ki, erməni silahlı birləşmələri 1991-ci ildə daha çox canlı qüvvə və ağır texnikalarla hücumlar edirdilər. Çünki bu döyüş əməliyyatlarında onlarla bərabər, ermənipərəst dövlətlərdən gəlmiş muzdlu döyüşçülər də çox idi. Vurğulayım ki, ən ağır döyüşlərdən biri 1991-ci ildə rayonumuzun Qızıl Hacılı kəndində başladı. May ayının 24-25 tarixlərində düşmən çoxsaylı canlı qüvvəsi və ağır zirehli texnikası ilə kəndə hücum etdi. Həmin gün səngərdə məninlə birlikdə silahdaşım Ələddin Vəliyev idi. Düşmən canlı qüvvəsi və bir neçə zirehli texnikası ilə bizim durduğumuz mövqeyə yaxınlaşırdı. Biz döyüş mövqeyimizdə möhkəm dayanaraq düşməni çox yaxın məsafəyə buraxdıq və atəş açmağa başladıq. Qəfil atəşimizdən məhv edilmiş əsgərlərini görüb özlərini itirdilər, qorxuya düşdülər. Sonra mən düşmənin arxa sağ cinahına keçdimqumbaraatan mərmisi ilə BRDM-i susdurdum. Zirehli texnikanın içərisində olan ekipaj üzvləri çıxmağa cəhd etsələr də, onların hamısını məhv etdim. İyun ayında Quşçu-Ayrım kəndinin müdafiəsi zamanı düşmən hücumlarının qarşısı tərəfimizdən qətiyyətlə alındı və həmin döyüşdüşmnin 5-dən artıq canlı qüvvəsi öldürüldü. Bundan başqa, Qazax rayonunun (1991-ci il 19 iyun) Barxudarlı kəndinin müdafiəsi zamanı da düşmənə ağır zərbələr vurduq. 1991-ci ildə Qazax rayonunun Yuxarı Əskipara kəndinə erməni torpaqlarından keçib getməli, həmin kəndə gedib, orada olan yaşlı insanları, azyaşlıları kənddən təhlükəsiz yerlərə köçürməli idik. Düşmənin silahlı hücumu 8 saatdan artıq davam etdi. Hiyləgər düşmənin məhv edilməsi üçün strateji döyüş mövqelərini tutduq. Həmin döyüşdə Yuxarı Əskipara ilə həmsərhəd erməni kəndlərinə və erməni silahlılarına rəhbərlik edən Şaşik adlı ermənini şəxsən mən məhv etdim. Erməni silahlılarının rayonumuzun Bağanis-Ayrım kəndinə hücum edərək, kəndin dinc sakini Dədəş adlı kişinin 4 nəfər ailə üzvünü və həmin kəndin daha 3 sakinini diri-diri yandırmaları məni düşmənə qarşı daha amansız olmağa vadar etdi. 16 sentyabr 1991-ci ildə saat 15-16 radələrində Qazax rayonunun Bala Cəfərli kəndində xidməti vəzifəmizi yerinə yetirərkən düşmənin ardı-arası kəsilmədən atdığı xırda çaplı avtomat silahlarının atəşinə məhəl qoymurduq. Həmin gün mənimlə xidmətdə olan Həsənov Mirzalı ilə birlikdə kəndin sol cinahında olan əraziyə qalxdıq. Mən döyüş helikopterinin 2-ci dairəsində helikopterə atəş açdım. Helikopter havada uçuş mövqeyini itirərək yerə enməyə çalışsa da, eniş edə bilmədi, yerə düşərək partladı. Bundan qorxuya düşən 2-ci helikopter istiqamətini dəyişərək eniş etdi. Həmin dövrdə, yəni 1991-ci ilin 5 noyabrında Qazax rayonunun Xeyirimli, Quşçu-Ayrım və Yuxarı Əskipara kəndləri uğrunda gedən döyüşlərdə Alıyev Niftalı və Mikayılov Azadla birlikdə kəndin giriş istiqamətindəki təpəcikdə mövqe tutduq. Zirehli texnikanı vurmaq üçün yaxın məsafədən atəş açdım və texnika sıradan çıxdı. Bu an mənimlə döyüşdə olan yoldaşım Azad Mikayılov döyüş mövqeyini dəyişərək məndən 6-7 metr məsafə aşağı endi. Həmin an onun cansız bədənini gördüm, o, şəhid oldu. Onun meyitini düşmənin aparmasına imkan vermədən çox çətinliklə döyüş mövqeyindən çıxarıb uzaqlaşdırdım və xidməti milis maşını ilə rayon xəstəxanasına göndərib yenidən öz döyüş mövqeyimə qayıtdım. Ondan bir saat sonra özüm də ağır yaralandım və müalicə aldıqdan sonra ön cəbhəyə qayıtdım. 7 yanvar 1992-ci ildə Qazax rayonunun Qızıl hacılı kəndinin bir hissəsini ermənilər işğal etdibiz kənddən çıxmağa məcbur olduq. Təxminən 2-3 saatdan sonra mövqelərimizi bərkidərək ağır döyüşdən sonra kəndi işğaldan azad etdik. Bu döyüşdə düşmən böyük itkilər verdi. Heç zaman yaddan çıxmayan ağır döyüşlərdən biri də Quşçu-Ayrım uğrunda gedən vuruş idi. Həmin döyüşdə də Rayon Milis Şöbəsinin əməkdaşı Möhsün Cəfərovun, Mərdənin və özünümüdafiə kənd sakinləri Çingiz, Əlövsət və digər qəhrəmanlarla düşməni məğlub etdik. Onu da qeyd edim ki, sərhəd rayonlarının müdafiəsində, döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən Qazax Rayon Milli rotasını əməkdaşı Məmməd Alıyevin də xidmətləri əvəzsizdir. 1992-ci ilin noyabr ayının əvvəllərində xidməti vəzifəmizi yerinə yetirmək və ərazi bütövlüyümüzü qorumaq üçün Yuxarı Əskipara kəndinə ezam olunduq. Həmin əraziyə erməni silahlı birləşmələri nəzarət edirdilər. Onlar bizi mühasirəyə alıb, tərk-silah etməyi planlaşdırdılar. Lakin Qazax Rayon Milis Şöbəsi rotasının tağım komandiri kapitan Qayıb Cibişovun gördüyü tədbirlər nəticəsində düşmənlə 5 saatlıq atışmadan sonra mühasirədən çıxa bildik.

 

Qeyd edim ki, Birinci Qarabağ müharibəsindəki döyüş əməliyyatlarında düşmənin 1-ci döyüş helikopterini, 7-dən çox zirehli texnikasını və təxminən 170-ə kimi canlı qüvvəsini məhv etmişəm. Vurğulayım ki, bunların hamısı 1990-cı ildə xidmət etdiyim Qazax Rayon Polis Şöbəsinin müvafiq sənədlərində öz əksini tapıb. Bundan başqa, döyüşlərdəki göstərdiyim şücaətlər barədə o dövrdə mənimlə birlikdə çiyin-çiyinə döyüşən əsgər yoldaşlarım, hal-hazırda Qarabağ qaziləri, müharibə veteranları və digər 1000-ə yaxın insanlar öz imzaları ilə bu xidmətlərimi təsdiq ediblər. Fürsətdən istifadə edərək qeyd edim ki, neçə illərdir ki, müəyyən aidiyyəti qurumlara müraciət etsəm də, layiq olduğum adı ala bilməmişəm.

 

Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı və qürurlu günlərini yaşayır. Ərazi bütövlüyümüz təmin olundu, düşmən üzərində həm hərbi, həm də siyasi müstəvidə möhtəşəm qələbə çaldıq, 30 illik işğala son qoyuldu. Artıq erməni barbarlarının dağıtdığı şəhərə, qəsəbə və rayonlarımızın yenidən qurulması işlərinə start verilib. Qısa bir zaman kəsiyində Qarabağımız və işğal altından azad olunmuş ərazilərimiz dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.

 

Əli SADIQOV

 

Respublika.- 2021.- 29 yanvar.- S.6.