Ulu öndərin sosial siyasət modeli uğura təminatdır

 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə  ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü il ölkəmizdəHeydər Əliyev İlielan edilib. Müasir dünyanın siyasət tarixinə siyasi müdriklik əzəmətlə mənəvi kamilliyi şəxsiyyətində birləşdirən lider nümunəsi gətirən, müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr möhtəşəm quruculuq, dinamik hərtərəfli inkişaf mərhələləri kimi tariximizin qızıl səhifələrinə çevrilib.

Hər  bir dövlətin qüdrəti onun xalqının sosial həyatı, yaşayış səviyyəsi rifah halı ilə qiymətləndirilir. Sosial siyasət əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasına, gəlirlərinin yüksəlməsinə, məşğulluğunun təmin edilməsinə, sosial müdafiəsinin güclənməsinə, səhiyyə, təhsil, mədəniyyət sahəsində təminatlarının həyata keçirilməsinə yönəldilən tədbirlər sistemi olmaqla, hər bir dövlətin iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlı olan daxili siyasətinin mühüm tərkib hissədir.

Dövlət müstəqilliyinin ilk illərində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi,  sosial müdafiə sahəsində ciddi problemlər mövcud idi. İqtisadi tənəzzül dərinləşir, inflyasiya günbəgün yüksəlir, yoxsulluq səviyyəsi artır, qaçqın məcburi köçkünlərin, şəhid ailələrinin müharibə əlillərinin minumum sosial tələbatlarının ödənilməsinin, əməkhaqlarının pensiyaların verilməsinin aylarla gecikdirilməsi cəmiyyətdəki sosial gərginliyi daha da artırırdı.

Azərbaycanda belə acınacaqlı vəziyyət məhz ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra dəyişdi. Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ulu öndər Heydər Əliyev 1994-cü il iyunun 15-də “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqındaFərman, Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi məqsədiləƏhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqındanövbəti sənəd imzaladı. Sosial müdafiənin mükəmməl etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi istiqamətində 1995-ci ildə ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin Konstitusiyanın 16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti xalqın hər bir vətəndaşın rifahının, onun sosial müdafiəsinin layiqli həyat səviyyəsinin yüksəldilməsinin qayğısına qalır.

Bu mərhələlərin hər biri Azərbaycanın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olmaqla, ulu öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən sosial rifah amilinin güclənməsi etibarlı sosial müdafiə sisteminin formalaşması ilə müşayiət olunurdu. Ölkəmizin bütün sahələrdə uzunmüddətli inkişafına xidmət edən genişmiqyaslı islahatların sosial hədəflərlə uğurlu şəkildə uzlaşdırılması təmin edilərək milli iqtisadiyyatın inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi ön planda saxlanılırdı. Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin social-iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına cəmiyyətdəki sosial ixtilafların aradan qaldırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsilə əhalini əmlak sahəsində mövcud olan bərabərsizliyin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.

 Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətin ən əsas xarakterik cəhətləri onun dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, eləcə mükəmməl dünya təcrübəsində uğurla sınaqdan çıxmış normative-hüquqi bazaya söykənməsidir. Heydər Əliyevin sosial siyasətinin inkişaf tarixinə diqqət etsək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial sahədə əhəmiyyətli addımlar atılmışdır. "Şəhid adının əbədiləşdirilməsi şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu sosial müdafiəsi haqqında", "Veteranlar haqqında" digər qanunlar qəbul edilmiş, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman sərəncamlar imzalanmışdı.

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın daha nüfuzludaha şərəfli millət kimi formalaşmasında müstəsna rolu olmuşdur. O, elə bir şəxsiyyətdir ki, tükənməz və əbədiyaşar irsi Azərbaycan var olduqca yaşayacaqdır. Ümumiyyətlə müasir Azərbaycanın bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin müəllifi olduğu və həyata keçirdiyi sosial siyasət bir model kimi elmi-nəzəri əsaslara söykənir. Elə bu səbəbdən də bu model bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə həm də ildən-ilə daha da təkmillləşdirilir. Ölkə əhalisinin rifahının və məmnunluğunun təminatı, həyat səviyyəsinin yüksəldilməsi, həssas qruplara diqqət və qayğının artırılması Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ana xəttini təşkil edir. Atılan mühüm addımlar, xüsusilə son illərdə həyata keçirilən ardıcıl inqilabi sosial islahatlar bu istiqamətdə mühüm uğurların əldə olunmasına, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirilməsinə imkan verib. Həyat səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayan sosial ödənişlərin artırılması sosial islahatların əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb.

 Azərbaycan sosial dövlətdir və ən vacib məqamlardan biri də ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasıdır. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır.    Prezident İlham Əliyev bu sahəni də daim xüsusi diqqətdə saxlayır. Azərbaycan dövlətinin sosial siyasəti, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar, şəhid ailələri, müharibə veteranları və iştirakçılarına dövlətin diqqət və qayğısı göz önündədir. Sözsüz ki, bütün bu işlər Azərbaycanın güclü iqtisadi imkanları hesabına həyata keçirilirPrezident İlham Əliyevin müəyyən etdiyi mükəmməl strategiyanın nətciəsidir. Ulu öndərimizin uğurla həyata keçirdiyi sosial siyasət uzunmüddətli inkişafda və təkmilləşməkdə olan, dünyanın ən sivil və mükəmməl ənənələrinə, dəyərlərinə söykənən bir modeldir. Bu mənada əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ədalətli sosial siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, hər bir vətəndaşın rifah içində yaşamasının, Azərbaycan dövlətinin daha da qüdrətlənməsinin və yeni zirvələrin fəth edilməsinin təminatçısı oldu.

Mustafa KAMAL

Respublika  2022.- 9 oktyabr.- S.3.