GƏNCƏNİN TARİXİ İRSİ--COMƏRD QƏSSAB TÜRBƏSİ

Şeyx Nizami yurdu ulu Gəncədə onun qədimiliyini, zəngin tarixini əks etdirən və sübut edən memarlıq abidələri yetərincədir. Belə ki, 500-dən yuxarı tarixi abidə siyahıya alınmışdır ki, bunlardan 300-ə yaxını dövlət tərəfindən qorunur. VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan İmamzadə kompleksi, Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi, Qazaxlar məscidi, Şahsevənlər məscidi, Qırıxlı məscidi, Ozan məscidi, Hüseyniyyə məscidi və ya Tatlar məscidi, Bağbanlar məscidi və ya Mirzə Kərim məscidləri bu gün fəaliyyətdədir. Eyni zamanda Mollacəlili məscidi, Zərrabi məscidi, Xəlfəli məscidi, Qızıl Hacılı məscidi, Şərəfxanlı məscidi, Hüseyniyyə məscidləri mədəniyyət idarələrinin nəzdində fəaliyyət göstərir. Gəncənin qədimiliyini əks etdirən çoxlu sayda zəngin tarixə malik türbələr və abidələr şəhərə marağı daha da artırır. Cavad xan türbəsi Gəncə şəhərində, Şah Abbas meydanında, Şah Abbas məscidinin yaxınlığında yerləşən türbə. Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilibüstü günbəzlə örtülmüşdür. Türbənin mərkəzində Cavad xanın məzarı durur.

Comərd Qəssab türbəsi-Qədim Gəncə ərazisində, Bakı-Gəncə dəmir yolu xəttindən cənubda yerləşən tarixi memarlıq abidəsidir. Türbədə dəfn edilmiş Comərd Qəssab rəvayətə görə, Gəncədə böyük hörmətə malik dürüst, çəkidə dəqiq, mərd, əliaçıq və xeyriyyəçi qəssab olmuşdur. Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizguşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Onun tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışığından istifadə olunmuşdur. Məhz bu baxımdan, Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biri, eyni zamanda Gəncənin memarlıq məktəbinin gözəl nümunəsi, ən qiymətli abidəsi, incisi, sözün əsl mənasında tarixin yadigarı olan Comərd Qəssab türbəsindən söz açmaq istərdim...

Bu türbənin divarında, daşında bənzərsiz naxışlar, Gəncənin zəngin keçmişindən xəbər verir. Türbə sovet hakimiyyəti illərində baxımsızlıqdan dağılmışdı. Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda tarixi abidələrin, müqəddəs dini məbədlərin qorunub saxlanmasına, təmirinə və bərpasına xüsusi fikir vermişdir. Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, tarixi abidələrinin bərpası, yeni prinsiplər əsasında inkişafı üçün real şərait yarandı. Bu vəzifələrin yerinə yetirilməsinə 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra başlanıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyada zəngin tarixin, ənənələrin, tolerant dəyərlərin mövcud olduğu məkan kimi tanıtdı. Məhz onun bariz nümunəsidir ki, dövlət başçısı cənab İlham Əliyev belə abidələrin bərpası və yenidən tikilməsi üçün olduqca mühüm addımlar atmışdır. Bəli, özünəməxsus memarlıq üslubu ilə fərqlənən Gəncə abidələri xalqımızın uzaq və qaranlıq keçmişinin öyrənilməsində müstəsna əhəmiyyətə malik olan abidələrdən biri də Comərd Qəssab türbəsidir. Gəncə sakinlərinin yaddaşında əfsanə şəklində qorunub saxlanan Comərd Qəssab barədə çoxlu sayda əfsanə və rəvayətlər bu gün də Gəncənin yerli sakinləri arasında dolaşmaqdadır. Öz dövründə Əlyar (Əli Aşiq) adını qəbul edən Comərd Qəssab Gəncə şəhərinə yadellilərin hücumu zamanı şəhəri müdafiə edərkən qəhrəmancasına döyüşərək şəhid olmuş və şəhər əhalisi onu həlak olduğu yerdə dəfn etmişdir. Təxminən VII-VIII əsrlərə aid edilən Comərd Qəssab türbəsi Gəncə çayının sağ sahilində İmamzadə dini ziyarətgah kompleksinin cənubuna doğru təxminən 1500 m məsafədə, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Məhz ilk dəfə məqbərə burada olubmuş. Vaxtilə Comərd Qəssab türbəsi yerli əhali tərəfindən müqəddəs ziyarətgah yer sayılaraq, daim ziyarət edilib. Comərd Qəssab türbəsində ilk dəfə 1920-ci illərdə Azərbaycan Arxeologiya Komitəsi və 1940-cı ildə isə arxeoloq İsaq Cəfərzadə tərəfindən arxeoloji tədqiqatlar aparılıb. Türbə 1139-cu il zəlzələsində dağılsa da sonradan yerli əhali tərəfindən bərpa edilərək 1950-ci illərə yarı uçuq, qəzalı vəziyyətdə çatıb. 1950-cı illərdə isə türbə baxımsızlıqdan tam yararsız vəziyyətə düşüruzun müddət bu vəziyyətdə qalır. 2004-cü il dekabr ayının 2-də Comərd Qəssab türbəsinin yenidən açılışı olub. Türbənin bərpası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Comərd qəssabın qəbri üzərində əvvəlki türbənin bənzəri olaraq 8 tağlı, üzəri günbəzlə tamamlanan məqbərə inşa edilərək şəhər sakinlərinin ixtiyarına verilib.

Gəncə şəhər sakinləri və qonaqlar Gəncəyə daimi göstərdiyi sonsuz diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar. Bəli, ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Zabit XƏLİLOV

Respublika 2022.- 4 oktyabr.- S.10.