Mübariz İbrahimov Azərbaycan gəncliyinin qürur mənbəyidir

 

Dünya birliyi Ermənistanı törətdiyi vandalizm aktına görə cəzalandırmalıdır

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasından qırx gündən artıq vaxt keçməsinə baxmayaraq ermənilər onun cəsədini hələ də qaytarmayıblar. Beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, ermənilər öncə, cəsədi verməkdən imtina etmiş, sonra isə Qırmızı Xaç Komitəsinə cəsədin onlarda olmadığını bildirmişdir.

Erməni vandalizminin növbəti mərhələsi Mübariz İbrahimov şəhid olduqdan sonra onun cəsədinin foto-şəkillərinin yayımlanması zamanı üzə çıxıb. Azərbaycan ictimaiyyəti bu şəkillərin internetdə yayımlanmasından həm kədərləndi, həm də qəzəbləndi. Məsələ ilə bağlı münasibətlərini öyrəndiyimiz müsahiblərimiz şəkillərin təhqir edilmiş formada yayımlanmasını ermənilərin vəhşiliyi kimi dəyərləndirdilər.

 

Millət vəkili Fəzail Ağamalı:

 

- Ermənilərin vəhşi xislətli olmaları hamımıza məlumdur. Ermənilər hər gün atəşkəsi pozur və qəbul olunmuş razılaşmaya məhəl qoymurlar. Milli qəhrəman Mübariz İbrahimovun cəsədini qaytarmamaları ilə bağlı ermənilər konkret mövqe ortaya qoymayıblar. Onlar iddia edirlər ki, cəsəd onlarda yoxdur. Lakin zorakılığa məruz qalan M.İbrahimovun şəkillərinin erməni saytlarında yayımlanması onların yalan danışdıqlarını bir daha göstərmiş oldu. Ermənilər beynəlxalq konvensiyanın tələblərinə zidd hərəkət edərək, milli qəhrəmanın cəsədini yox etməyə çalışırlar. Şəkillərdəki bir fraqmentdə milli qəhrəmanın əllərinin bağlı olması adamın ağlına müxtəlif fikirlər gətirir. Ola bilsin ki, Mübariz İbrahimov yaralanaraq əsir alınıb və əlləri bağlı şəkildə öldürülüb, ya da öldürüldükdən sonra bağlanılıb. Təbii ki, bütün bunlar bizim üçün müəmmadır. Ancaq nəticə etibarilə, cəsədə qarşı erməni vəhşiliyinin bariz nümunəsidir.

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni:

 

- 50 günə yaxındır ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun cəsədi qaytarılmır. Mübarizin cəsədinin qaytarılması üçün, həm ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, həm beynəlxalq təşkilatlar  Beynəlxalq Qırmızı Xaç Komitəsi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Biz Milli QHT Forumu olaraq milli qəhrəmanın cəsədinin qaytarılması yönümdə müəyyən işlər görürük. İyun ayının 30-da keçirilən tədbirdə bu məsələ haqqında fikirlər səsləndirilib. Müxtəlif versiyalar irəli sürülüb. Versiyalardan biri yayımlanan şəkillərin qəhrəmanın şəhid olduğu gün çəkilməsi ehtimalını irəli sürmək imkanını verir. Həmçinin, Mübarizin cəsədində müxtəlif zorakılıq əlamətlərinin olması ermənilərin cəsədə xəsarət yetirmələri açıq şəkildə ortadadır. Əlbəttə, erməni vandalizmi hər kəsə bəllidir. Bizim tələblərimiz erməni tərəfin milli qəhrəmanımızın cəsədini dərhal Azərbaycan Respublikasına qaytarması yönümdədir.

 

Politoloq Cümşüd Nuriyev :

 

- Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin Azərbaycan tərəfinə qaytarılmaması, o cümlədən, cəsədinin şəkillərinin internet məkanında yayımlanması bir daha erməni vandalizminin mahiyyətini ortaya qoyur. Bu soysuzlar hər zaman özlərini bütün dünyaya bir yazıq xalq kimi göstərmək istəyirlər. Lakin tarix göstərir ki, vandalizm törədənlər xalq hesab olunmurlar. Ermənilərin barbarlardan heç bir fərqi yoxdur. Düşüncə tərzi, bəşəri məhəbbəti olan kəs meyitlər üzərində çirkin əməllər törətmir. Ancaq ermənilərin bu kimi çirkinlikləri ilə  biz tanışıq. Hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, insanın cəsədinə xəsarət yetirmək yolverilməzdir. Mübarizin cəsədinin aqibətindən xəbərimiz yoxdur. Lakin deyilənlərə görə, düşmən cəsəd üzərinə vandalizm aktı tətbiq edib. Bildiyimiz kimi, İnsan Haqları üzrə 1948-ci ildə qəbul olunmuş beynəlxalq konvensiyada da, ölmüş hərbçilər üzərində bu kimi çirkinliklərin törədilməsinə qadağa qoyulub. Bütün bunlar beynəlxalq aləmdə pislənib bunun adı vandallıq adlandırılıb. Ermənilər bir daha xalq olmadıqlarını, etnik toplum olduqlarını nümayiş etdirdilər. O cümlədən, qeyd etmək istəyirəm ki, Mübariz Azərbaycanın mübarizliyini, cəsarətini, igidliyini onlara göstərmiş oldu. Ermənilər Mübarizin ölüsündən qorxurlar.  Onların bu çirkin əməllərinə  Xocalıda da şahid olmuşuq.

 

Politoloq Eldar Namazov:

 

- Ermənilərin mentaliteti, milli xüsusiyyətləri artıq hamımıza məlumdur. Mübarizin cəsədinin hələ qaytarılmaması onların milli xüsusiyyətlərindən irəli gəlir. Mübarizin cəsədini qaytarmamalarının səbəblərindən biri onların cəsəddən qisas almaq istəkləridir. Hesab edirəm ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal bu məsələ ətrafında ölçü götürməlidir. O cümlədən, beynəlxalq təşkilatlar da öhdəliklərini lazımınca yerinə yetirməlidirlər. Qoy bütün beynəlxalq ictimaiyyət ermənilərin törətdiyi bu vəhşiliyi görsün qiymətləndirsin. Azərbaycana qarşı yönələn təhlükələrin vaxtında neytrallaşdırılması buna layiqli cavab verilməsi üçün əməli addımlar atılmaqdadır. Cənubi Qafqazda yüksək döyüş qabiliyyəti hazırlıq səviyyəsinə görə ən güclü silahlı qüvvələrə malik ordu məhz Azərbaycana məxsusdur. Maddi-texniki təchizatları, mənəvi-psixoloji durumu hərbi hazırlığı yüksək olan Azərbaycan Ordusu düşmən üzərində mənəvi qələbə qazanıb. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun düşmən ordusunu lərzəyə gətirən qəhrəmanlıqları Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda cəsurluq, igidlik, mərdlik nümayiş etdirən milli qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığı ilə barışmayan düşmən qəhrəmanın cəsədinə qarşı qeyri-insani zorakılıq əməlləri törədərək, onun ruhunu təhqir etmişdir.

  

Politoloq Elşad Mirbəşiroğlu:

 

- Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov erməniləri o qədər yandırıb-yaxıb ki, onlar hətta öz zəifliklərini gizlədə bilmir bütün dünyaya nümayiş etdirirlər. Bütün bunlar bizə belə deməyə əsas verir ki, müharibənin başlanacağı təqdirdə, Mübariz kimi 5-6 nəfər onların bütün ordusunu məhv etməyə qadirdir. Ermənilər tutduqları əməldən zövq alırmış kimi, M.İbrahimovun şəkillərini internet saytlarında yayımlayırlar. Onların bu hərəkətləri qəhrəmanın hücumundan qorxduqlarını nümayiş etdirir. Bununla da, özlərində insani keyfiyyətlərin olmadığını göstərmiş olurlar. Onu da qeyd etmək lazımdır ki, ermənilərin üzünü biz Xocalıdan tanıyırıq. Xatırladaq ki, onlar cəsədləri tanınmaz hala salmışdılar. Onlar meyitləri təhqirlərə, zorakılıqlara məruz qoyurdular. Eynilə onların Mübarizin cəsədi ilə bu cür rəftar etmələrinə şübhə yoxdur. Şəkillərin yayımlanması da buna bariz nümunədir. Onlar, hətta cəsədi qaytarmaq istəmirlər. Cəsədin onlarda olmadığı isə cəfəngiyyatdan başqa bir şey deyil. Onu da qeyd etmək istəyirəm ki, biz bir xalq olaraq ermənilərin təcavüzkar qorxaqlıqları  qarşısında Azərbaycan oğlunun qəhrəmanlıq nümunəsini gördük. Silahlı Qüvvələrin Ali Baş Komandanının Mübariz İbrahimovu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görməsi erməniləri narahat edir. Mübariz İbrahimovun cəsarəti onu göstərir ki, xalqımızın oğulları öz vətəni uğrunda canlarından da keçməyə hazırdır.

 

 

Bəxtiyar MƏMMƏDOV

 

Səs.- 2010.- 7 avqust.- S. 10.