Bakı gecələri - 2010” Estrada-Mahnı Festivalı

 

Bakı gecələri - 2010” Estrada-Mahnı Festivalında iştirak etmək üçün Təşkilat Komitəsinə ümumilikdə 54 bəstəkar mahnı müəllifi, 63 şair həvəskar söz yazarı, 25 aranjimançının ərsəyə gətirdiyi 100-ə yaxın mahnı təqdim olunmuşdur.

Üç konsert proqramından ibarət seçim turunda Təşkilat Komitəsi tərəfindən seçilən mahnılar müğənnilərin ifasında təqdim olunub professional münsiflər heyəti tərəfindən bu mahnılar sözlərinə, aranjimana ifa tərzinə görə qiymətləndirilib.

Birinci konsert tamaşaçılara münsiflər heyətinə sentyabr ayının 13-də, ikinci konsert oktyabr ayının 11-də, üçüncü konsert isə noyabrın 15-də təqdim olundu. İlkin üç mərhələdə yüksək bal toplamış 20 əsər final günü 23 dekabr tarixində Heydər Əliyev Sarayında keçiriləcək Qala-konsertə vəsiqə qazandılar. Finalda səslənən mahnılarQran-Pri 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən ifaçılarBakı gecələri Estrada-Mahnı Festivalının Laureatıadına layiq görüləcəklər. Bu ilBakı gecələri - 2010” Estrada-Mahnı Festivalının qalibini tamaşaçılar www.baku-art.az saytındaOnlinesəsvermədə iştirak etməklə müəyyən edə bilərlər.

Onlinesəsvermənin bu günə olan nəticələrinə görə, Leyla RamazanlınınQələbəmahnısı 121 səslə liderdir. Manananın ifa etdiyiTək səninləmahnısı 117, Təranə VəlizadəSarı gəlinilə 109, Nadir Qafarzadənin isə ifa etdiyiÖlərəm sənsizmahnısı 103 səslə lideri izləyirlər.

Xatırladaq ki, tamaşaçılar səs verməklə istənilən sevdikləri mahnınıBakı gecələri - 2010” Estrada-Mahnı Festivalının qalibi edə bilərlər.

Qeyd edək ki, səsvermə dekabr ayının 21-dək davam edəcək.

 

 

Səs.- 2010.- 18 dekabr.- S. 12.