"Qara Qarayev tələbələrinin xatirəsində"  

 

Dahi Azərbaycan bəstəkarı, görkəmli-alim pedaqoq, ictimai xadim SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı SSRİ Azərbaycan Dövlət mükafatları Laureatı, akademik Qara Qarayevin 92-ci ildönümü ilə əlaqədar Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Qara Qarayevə həsr olunmuş "Qara Qarayev tələbələrinin xatirəsində" kitab foto-albomu işıq üzü görüb. Kitabda bəstəkarın yaradıcılıq fəaliyyəti xronoloji ardıcıllıqla yerləşdirilib. Kitabın əsas məzmunun görkəmli bəstəkarın 40 ilə yaxın pedaqoji fəaliyyəti ilə bağlı müxtəlif dövrlərdə onun sinfini bitirmiş tələbələrinin xatirələri təşkil edir. Tərtibçi-redaktor Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevadır. Kitabın təqdimatı fevral ayının 5-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda olacaq. Tədbirdə görkəmli bəstəkarın tələbələrinin çıxışları dinlənəcək, əsərlərindən parçalar səslənəcək.

 

 

Zümrüd

 

Səs.- 2010.- 5 fevral.- S. 12.