Naxçıvanda milli mətbuat günü qeyd edilib

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının icrasının Naxçıvan Muxtar Respublikasında təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər həyata keçirilmişdir.

İyulun 22-də isə "Şərq qapısı" qəzeti redaksiyasının, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının mətbəənin açılış mərasimi keçirilmişdir.  Rəmzi açılışı bildirən lent kəsildikdən sonra yeni binanın iclas zalında milli mətbuatımızın 135 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yubiley münasibətilə muxtar respublikanın bütün mətbuat işçilərini səmimi qəlbdən təbrik edərək demişdir: "Əkinçi"nin ictimai düşüncəyə gətirdiyi ən böyük yenilik, şübhəsiz ki, millət naminə fəaliyyət olmuşdur. Bu gün qətiyyətlə demək mümkündür ki, Azərbaycan jurnalistikası "Əkinçi" qəzeti sayəsində ictimai fikir institutuna çevrilə bilmiş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Münbit Azərbaycan ictimai mühitinə səpilən "Əkinçi" toxumu yeni pöhrələr vermiş, məhz bu hesaba milli ziyalılarımızın böyük bir nəsli yetişərək formalaşmışdır. Bu amili yüksək dəyərləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: "Əsası Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə qoyulmuş, şərəfli tarixə zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli-azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi həlli işinə əhəmiyyətli töhfələr vermişdir".

Ali Məclisin sədri qeyd etmişdir ki, milli mətbuatımızın jurnalistikamızın yolu hamar olmamış, xalqın oyanışını, milli ruhun yaddaşın bərpasını qarşısına məqsəd qoyan əksər qəzet jurnallarımız ağır senzura şərtləri altında nəşr olunmuş, qısa müddətdən sonra fəaliyyətləri dayandırılmışdır.

Azərbaycanda azad müstəqil mətbuatın yaradılması ümummilli lider Heydər Əliyevin adı, siyasi dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ulu öndərimiz kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, ölkəmizdə jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır.

Kütləvi informasiya vasitələrinin dövlət qayğısı ilə əhatə olunması ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam inkişaf etdirilir. Mətbuat orqanlarının əlavə dəyər vergisindən keçmiş borclarından azad olunması, kütləvi informasiya vasitələrinin inkişafının stimullaşdırılması, mətbuat işçilərinin mükafatlandırılması dövlət orqanları ilə mətbuat arasında qarşılıqlı inam etimad körpüsünün yaranmasına səbəb olmuşdur. Ölkəmizdə söz, fikir məlumat azadlığının təmin edilməsi, tam sərbəst şəraitdə yüzlərlə qəzet jurnalın nəşri, mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsi yaradılmış şəraitin, mətbuata dövlət qayğısının əyani ifadəsidir.

1993-cü ildən ötən dövrdə ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 36 qanun, fərman sərəncam qəbul olunmuş, qanunçuluq bazasının təkmilləşdirilməsi mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə imkan yaratmışdır.

Ali Məclisin sədri mətbuat orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prinsipinin Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, hal-hazırda muxtar respublikanın kütləvi informasiya vasitələrində 400-ə yaxın işçi çalışır. Onların fəaliyyəti gündəlik həyatımızda hiss olunur. Aydın məsələdir ki, bu fəaliyyət kifayət qədər çətin məsuliyyətli sahəsinə aiddir. Jurnalistika doğrunu, həqiqəti əks etdirmək, onu olduğu kimi başqasına, cəmiyyətin digər üzvlərinə çatdırmaq sənətidir. Bu yolda fərqlənənlərin əməyi layiqincə qiymətləndirilmiş, muxtar respublika jurnalistlərindən 2 nəfəri Prezidentin fərdi təqaüdünə layiq görülmüş, 7 nəfər müxtəlif orden medallarla, 28 nəfər isə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.

Bildirilmişdir ki, milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli dəyərlərlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması kimi vacib məsələlər bu gün aktualdır. Bu mənada muxtar respublika mətbuatı bir daha "Əkinçi" qəzeti ilə başlanan ənənəyə qayıtmalı, daha çox informasiya-maarifçilik işi görməlidir.

Mətbuat orqanları, jurnalistlər keçmiş tarixlə yanaşı, bu gün gedən proseslərə diqqəti artırmalı müasir dövrün tarixini yaratmalıdırlar.

Ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycan mətbuatının qarşısında duran vəzifələrdən danışaraq demişdir: "Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət şəffaflığın təmin edilməsində, milli həmrəyliyin tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında... mühüm rol oynamalı, tədris maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir". İnanırıq ki, mətbuat orqanlarımız ölkə rəhbəri tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səylərini bir daha artıracaq, informasiya cəmiyyətinin formalaşmasına öz töhfələrini verəcəklər.

Sonra "Şərq qapısı" qəzeti redaksiyası "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin otaqlarına, xidmət sahələrinə mətbəəyə baxış olmuşdur. Yeni mətbəənin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, burada ən müasir avadanlıq yerləşdirilmişdir.

Ali Məclisin sədri idarəetmə düyməsini basaraq mətbəəni işə salmış, texnoloji prosesləri izləmişdir. "Şərq qapısı" qəzetinin ilk rəngli nüsxəsi çap olunmuşdur.

 

 

Səs.- 2010.- 23 iyul.- S. 6.