III Respublika Dekorativ Tətbiqi Sənət əsərləri sərgisi

 

Gəncədə III Respublika Dekorativ Tətbiqi Sənət əsərləri sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təşkil olunan sərgidə 9 rayondan 37 sənətçinin 100-dən artıq əl işləri nümayiş etdirilir. Sərgidə nümayiş olunan və Azərbaycan mədəniyyətinin rəngarəngliyini əks etdirən xalçaçılıq, tikmə, ağacoyma, metalişləmə, misgərlik və müxtəlif əşyalardan hazırlanmış əl işləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Rafiq Quliyevin verdiyi məlumata görə, sərginin təşkilində əsas məqsəd Azərbaycanın yaddan çıxmış sənət növlərini üzə çıxarıb yaşatmaqla yanaşı, bu sənət nümunələrini dünya ictimaiyyətinə çatdırmaqdır. Bu məqsədlə sərgidə nümayiş olunan ən yaxşı əl işləri seçilərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Rusiyanın paytaxtı Moskvada açılacaq sərgidə nümayiş etdiriləcək.

 

 

Zümrüd

 

Səs.- 2010.- 30 iyul.- S. 12.