II Beynəlxalq Musiqi Festivalı çərçivəsində vokal musiqisindən ibarət konsert keçirilib

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki "Fitnes" İstirahət Mərkəzində keçirilən II Beynəlxalq Musiqi Festivalı çərçivəsində vokal musiqisindən ibarət konsert olmuşdur. Konsertdə Azərbaycanın tanınmış vokalçıları - əməkdar artist Gülnaz İsmayılova, beynəlxalq müsabiqələr laureatları Fəridə Məmmədova, Cavid Səmədov və Səbinə Əsədova Avroparus bəstəkarlarından Çaykovski, Raxmaninov, Motsart, Verdinin ölməz əsərlərini ifa etmişlər. İstedadlı vokalçıları fortepianoda Bakı Musiqi Akademiyasının dosenti, beynəlxalq müsabiqələr laureatı Kəmalə Nemanova müşayiət etmişdir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 31 iyul.- S. 12.