Rəşid Behbudovun xatirəsi yad edilib          

 

Xalq artisti Rəşid Behbudovun xatirə günü münasibətlə Dövlət Mahnı Teatrında görkəmli müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun xatirəsi yad edilib. Xalq artistinin adını daşıyan teatrın mətbuat xidmətindən Fəxri Xiyabanda müğənninin qəbrini ziyarət etməklə başlayan mərasim Dövlət Mahnı Teatrında davam etdirilib. Tədbirdə Rəşid Behbudov adına Bakı 2 nömrəli uşaq musiqi məktəbinin şagirdəri geniş konsert proqramı ilə çıxış ediblər. Xatırladaq ki, dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

 

 

Zümrüd

 

Səs.- 2010.- 11 iyun.- S. 12.