Ümumrespublika Kitab Bayramı bölgələrdə davam etdirilir

 

Dünən Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Xaçmaz rayonunda III Kitab Bayramı keçirildi. Tədbirdə 20 adda kitab sərgiləri təşkil edilib. Kitab bayramında "Cırtdan" Kukla Teatrının aktyorları Cik-Cik xanım, Məlikməmməd, Göyçək Fatma, Tıq-Tıq xanım, Siçan bəy Ana Torpaq obrazlarının dili ilə uşaqları bayram münasibətilə təbrik ediblər.

Kitab bayramında mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Xaçmaz rayon icra hakimiyyətinin  başçısı Şəmsəddin  Xanbabayev,  ziyalılar, geniş ictimaiyyət, kitabxanaçılar,  məktəblilər, KİV nümayəndələri iştirak ediblər. Uşaq yazıçı şairlərindən  Ələmdar Quluzadə, Zahid Xəlil, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Nüşabə Məmmədli başqaları kitab bayramında oxucularla görüşüblər. Sonra nağıl qəhrəmanları uşaqların görüşünə gələrək, onları kitab bayramı münasibətilə təbrik edərək, ana təbiətə qayğı ilə yanaşmaqdan, torpağa olan məhəbbətdən söz açıblar. Kiçik yaşlı uşaqlar kitab, təbiətin mühafizəsi ilə bağlı şeirlər söyləmiş,  uşaq xor kollektivinin muğam ifaçılarının mahnıları dinlənilib. Kitabxanaçılar təbiətdə davranış qaydaları ilə bağlı  kiçik yaşlılarla viktorina keçirib viktorinada suallara düzgün cavab verənlər kiçik hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda "Təbiət ilhama çağırır bizi" adlı müsabiqəsi üzrə qaliblər elan olunub, diplom hədiyyələrlə mükafatlanıblar. 

Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə növbəti tədbir Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə dünən Qusar rayon Nəriman Nərimanov adına Mədəniyyət İstirahət Parkında Ümumrespublika Kitab  Bayramı keçirilib.

Bayram münasibəti ilə istirahət parkında müxtəlif mövzularda kitab sərgiləri fotosərgilər təşkil olunmuşdur. Tədbirdə rayon Mədəniyyət Evinin Pedaqoji Kollecin özfəaliyyət kollektivləri maraqlı musiqi, rəqs nömrələri ilə çıxış ediblər. Məktəblilər kitaba, mütaliəyə həsr etdikləri  səhnəcikləri nümayiş etdiriblər. 2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Ekologiya ili" elan edilməsi ilə əlaqədar müxtəlif viktorinalar keçirilib.

Tədbirdə rayon icra hakimiyyət başçısının müavini Elman Mustafayev,  Qusar rayon mədəniyyət turizm şöbəsinin müdiri David İbramxəlilov, rayon MKS-nin direktoru Zahir Mustafayev çıxış ediblər. Bayram tədbirində rayon ziyalıları, ictimaiyyətin nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları, məktəblilər, habelə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları da iştirak ediblər.

 

 

Zümrüd

 

Səs.- 2010.- 22 may.- S. 12.