Çexov adına Beynəlxalq Teatr Festivalına start verildi

 

Dünən Bakıda Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" mərhələsi öz işinə başladı. Azərbaycan paytaxtında keçiriləcək bu festivalda Fransa, Kanada Belarus teatr kollektivləri çıxış edəcəklər. Festival "İpək yolu" mərhələsinin Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən təşkil olunub. Festivalın vitse-prezidenti Mariya Malkinadır. Festival çərçivəsində nümayiş olunacaq ilk tamaşa - "Aureliyanın oratoriyası"dır. Tamaşanın quruluşçu rejissoru, konsepsiya müəllifi səhnə tərtibatçısı Çarli Çaplinin qızı - Aureliyanın anası Viktoriya Tyeredir. "Yeni sirk" janrına aid edilən, teatr sirk elementlərinin sintezindən ibarət tamaşada klounada, sirk tryukları, illüzionizm, rəqs, pantomim kukla teatr elementləri yer almışdır. Söz, danışıq olmayan bu tamaşanı hamı başa düşür. "Aureliyanın oratoriyası" 2009-cu ildə Moskvada nümayiş olunmuş anşlaqla keçmişdir. Çox ümid edirəm ki, Azərbaycan tamaşaçıları da o cür xoş təəssüratlar alacaqlar.

 

 

Zümrüd

 

Səs.- 2010.- 13 noyabr.- S.- 12.